Rusiyapərəst proksilər İran və Suriya qoşunları ilə toqquşdu

05 sentyabr, 2021 00:02

Müəllif: İgor Pankratenko

Bu həftə Suriya ordusunun seçmə hissələri İrana meylli könüllülərlə birlikdə Dəraa əl-Bəlad anklavına hücuma keçdi. 10 il əvvəl Suriyada vətəndaş müharibəsinin başlanmasına səbəb olan üsyan da məhz buradan başlamışdı.

Dəraa əl-Bəlad anklavı uzun müddətdir bütün Əsəd klanı üçün qıcıqlandırıcı tikan sayılır. Dəraa əyalətinin bir hissəsi hələ 3 il əvvəl hökumət qoşunlarının nəzarətinə keçib, ancaq bu anklav fəth olunmamış qalaraq digər əyalətlər üçün nümunəyə çevrilib. O, strateqlərin və politoloqların xəritələrində Dəməşqə loyal rəngdə göstərilir, əslidə isə Əsəd rejiminə qətiyyən tabe deyil.

Həm anklavın, həm də bütün əyalətin sakinləri Dəməşqdə oturan klanı niyə sevməlidir ki? Atəşlər, havadan bomba zərbələri, əraziyə ərzaq və yanacağın çatdırılmasını blokadaya almaq cəhdləri - bütün bunlar heç vaxt dayandırılmayıb. Burada “Sülh və Suriyanın ərazi bütövlüyü uğrunda çalışan” Dəməşq rejimi ümumiyyətlə mövcud deyil - nə administrasiyası var, nə infrastrukturu, nə sosial, nə də humanitar sahədə hiss olunur.  Yalnız barışmazlıq və qeyri-loyallıqda daimi ittihamlar səslənir.

10 il ərzində burada özünəməxsus yaşam formalaşıb. Asan olmayan, ancaq spesifik yaşam. Nəsə daşıyırlar, alırlar, qaçaqmalçılıqla məşğul olurlar - bəxtlərindən İordaniya ilə sərhəd yaxındadır, Colan təpələrinə, İsraillə sərhədə qədər də məsafə 150 kilometrdir, avtomobildə qaçaqmalçı cığırları ilə 3 saatlıq yoldur.

Anklavın Əsəd hakimiyyətini qəbul etməməsinə Dəməşqdə yenə də dözərdilər. Əvvəl-axır, bütün Suriyada bu cür anklavlar az deyil - onlar xəritədə rejimə loyal rəngə boyanıb, əslində isə nəzarətdən kənardadırlar. Suriya ərazisinin az qala 25 faizinə amerikayönümlü kürdlər nəzarət edir, Dəməşq isə nəzarətin praktik olaraq tam bərpa olunduğunu söyləməkdədir.

Ancaq Dəraa əl-Bəlad anklavının misalında 3 faktor faciəvi rol oynayır: prezidentin qardaşı Mahir Əsədin acgözlüyü, İranın İslam inqilabı keşikçiləri Korpusunun (İİKK) ölkənin cənubu ilə bağlı planları, nəhayət Dəməşqlə iranlıların bu rayonlardan Moskvanı sıxışdırmaq səyləri.

Burada izah edək ki, məhz Rusiya tərəfi 2018-ci ildə anklav ətrafındakı vəziyyətin tənzimlənməsinin təşəbbüskarı olub.  Həmin vaxt İsraillə sərhəddə Moskvanın iştirakı ilə “sünni buferi”nin formalaşması planı reallaşdırılmağa başladı. Burada məqsəd dəfələrlə İsrailə qarşı “Suriya cəbhəsi” açacaqlarını vəd edən, hələliksə sünniləri öz torpaqlarından qovaraq əmlaklarını ələ keçirən İİKK-nin və Tehrana loyal çoxsaylı yerli və əcnəbi könüllü dəstələrin iştirakını minimuma endirmək idi.

Bu, Tehranda qıcıq yaratdı, Dəməşqdə isə qaçaqmalçılıq axınından gəlir götürən və qaçaqmalçılardan xərac alan Mahir Əsədi qəzəbləndirdi. Ancaq 2018-ci ildə Dəməşq və iranlılar narazılıqlarını nümayiş etdirmək və Rusiyaya qarşı aktiv müqavimət göstərmək gücündə deyildilər.  Deyinirdilər, başqa istiqamətlərdə əvəz çıxmağa çalışırdılar - ancaq elə də böyük miqyasda yox.

Nəhayət, bu ilin yayında Dəməşq vədənin yetişdiyi qərarına gəldi. Gərginliyin eskalasiyası, anklava qarşı ultimatumlar və Moskvaya qarşı “terrorçularla mübarizə”də passiv olması ilə bağlı ittihamlar başladı. Əmirliklərlə, səudiyyəlilərlə, amerikalılarla və fransızlarla gizli danışıqlar aparan Əsəd klanı özündə Moskvaya açıq şəkildə etiraz etmək gücünü hiss etdi.

İran kontingenti, proksiləri və məsləhətçiləri üçün isə prezident dəyişikliyinə baxmayaraq Suriyada hücum siyasətinə, İsrail və İordaniyaya  təhlükə yaratmağa, öz mövqelərini bu dövlətlərin sərhədlərinə doğru çəkməyə hazır olduqlarını nümayiş etdirmək olduqca vacibdir.

Xoşagəlməzliyi hiss edən Moskva bu günlərdə anklavın Dəməşqlə barışığının “yol xəritəsi”ni təklif etməklə münaqişəni nizamlamağa çalışdı. Həmin planda sağlam və qarşılıqlı faydalı bir çox təklif var - buraya qaçqınların geri dönməsi və Dəməşq tərəfindən səhiyyə, elektrik, su, ərzaq məhsulları ilə təchizat kimi sosial problemlərin həlli, sosial ödənişlərin təşkili daxildir.

Danışıqlar prosesinin təminatı üçün Dəraa əl-Bəlad anklavının yaxınlığına Rusiya hərbçilərinin özlərinin formalaşdırdığı 5-ci ordu korpusunun və Rusiyaya loyal olan 8-ci briqadanın hissələri göndərilib. Buraya həm də Rusiya hərbi polisinin bir neçə patrul dəstəsi cəlb olunub - burada məqsəd həm də Dəməşq və Tehrana əsl ev sahibin kim olduğunu nümayiş etdirməkdir.

Ancaq artıq gecdi. Mahir Əsədin 4-cü korpusu və İran proksiləri irəli düşdülər.  Rusiyaya loyal bölmələri atəşlə blokpostlardan və nəzarət-buraxılış məntəqələrindən uzaqlaşdıran suriyalılar və iranlılar havadan və yerdən anklava hücuma keçdilər.

Mahir Əsədin acgözlüyü və “İranın Suriya kontingenti”nin ambisiyaları yenidən sadə suriyalılar üçün qan və qaçqınlarla nəticələndi. Bütün Suriyada Dəraa əl-Bəlad kimi anklavların çoxluğunu nəzərə alsaq, bu müharibənin hələ uzun müddət davam edəcəyini söyləmək üçün heç də peyğəmbər olmaq lazım deyil.  Dəməşqdə isə sülh uğrunda mübarizəni hakim klanın üzvü olmayan sonuncu suriyalıya qədər davam etdirməyə hazırdırlar.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"