Sülh müqaviləsi hansı halda imzalana bilər? - ŞƏRTLƏR

21 sentyabr, 2021 12:53

Müharibədən sonrakı dövrdə Ermənistan və Azərbaycan arasında sülh danışıqlarının aparıldığı barədə iddialar səngimir. Ötən həftə Ermənistan mediası Moskvada “sülh müqaviləsi” ilə bağlı müzakirələrin aparıldığı iddiasını tirajlayıb.

İddiaya görə, Ermənistan müdafiə naziri Arşak Karapetyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyada keçirilən “Qərb-2021” hərbi təlimləri çərçivəsində Azərbaycanla “sülh müqaviləsi”nin detallarını müzakirə edib.

İndiki durumda Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması mümkündürmü? Belə bir müqavilə imzalanarsa, şərtləri necə olmalıdır?

"Azsiyaset" xəbər verir ki, bu barədə modern.az-a danışan sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov xatırladıb ki, artıq Azərbaycan və Ermənistan arasında “10 noyabr” razılaşması mövcuddur. Müqavilə çərçivəsində Ermənistan bir çox öhdəlikləri üzərinə götürsə də, müxtəlif bəhanələrlə məsuliyyətdən yayınır:

“Məsələn, Zəngəzur dəhlizinin açılması ilə bağlı addım atılmaması, Ermənistanın Azərbaycan ərazilərinə aid hələ də siyasi məqsədlərinin olması razılaşmaya uyğun deyil. Münaqişə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları ilə başlayıb. Amma rəsmi İrəvan yeni şəraitdə belə bu siyasəti davam etdirməyə çalışır. Parlament seçkilərindən sonra baş nazir Nikol Paşinyanın təqdim etdiyi proqramda Qarabağa aid hansısa müddəalar nəzərdə tutulur. Bu isə Ermənistanın “miatsum” siyasətinin davamıdır. Erməni rəhbərliyi bundan əl çəkməsə, heç bir sülh müqaviləsi və ya bənzər sənəd də imzalana bilməz”.

Tofiq Zülfüqarov hesab edir ki, əgər sülh müqaviləsi imzalanacaqsa, mütləq şəkildə həmin sənəddə Ermənistan bütün Qarabağın Azərbaycan ərazisi olduğunu qəbul və bəyan etməlidir:

“Qarabağda istənilən məsələ Azərbaycanın qanunları əsasında, Azərbaycanın dövlət qurumları ilə həll olunmalıdır. Məhz bu zaman sülh mümkündür. İndiki şərtləri nəzərə aldıqda sülh məsələsinə pessimist yanaşıram. Çünki Ermənistanın niyyətinin daha çox istəyi görüntü yaratmaq olduğu aşkardır. Ermənilər elan edirlər ki, Türkiyə ilə münasibətləri qaydasına salmaq istəyirlər. Halbuki əvvəldən şərt qoymağa çalışırlar. Burada erməni siyasi oyunu var. Onların rəsmi olaraq həm konstitusiyasında, həm də “Müstəqillik Bəyannaməsi”ndə Türkiyəyə qarşı ərazi iddiaları yer alıb. Qonşu dövlətlərə iddiaları davam etdirərək, onlarla əlaqə qurmaq mümkün deyil. Azərbaycan tərəfi Ermənistanın oyunlarını bilir və görür. Hətta mən deyərdim ki, Ermənistan rəhbərliyi özü də artıq beynəlxalq ictimaiyyətin onun uydurduğu yalanlara inanmadığını dərk edir. Yenə də real addımlarla uyuşmayan bəyanatlar səsləndirərək, Ermənistanın “sülhpərvər” imicini yaratmağa çalışmaqdan əl çəkmirlər”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR