"Azərbaycan BMT TŞ-nın 3 üzvü ilə qarşıdurmaya getmək istəmədi" - Minsk qrupu yenidən qayıdır

29 sentyabr, 2021 13:26

Minsk Qrupu həmsədrlərinin BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla bir arayaya gəlməsi vasitəçilərin yenidən prosesə qoşulmasına rəvac verib.

Qeyd edək ki, həmsədrlərin prosesə qayıtması ABŞ və Fransanın başlıca tələblərindən biri idi, Ermənistan da eyni mövqedən çıxış edird. Rusiyaya gəldikdə, rəsmi Moskva əsas təşəbbüskarlardan biri kimi çıxış etməsə də, vasitəçilərin yenidən aktivləşməsinə qarşı çıxmır.

Amma 44 günlük müharibənin yaratdığı reallıqlara uyğun olaraq vəziyyət tamamilə fərqlidir. Azərbaycan Qarabağ münaqişəsini bitmiş sayır, bu kontekstdə Minsk Qrupu ilə müzakirə etməyə heç bir mövzusunun olmadığını bəyan edib. Bununla yanaşı rəsmi Bakı həmsədrlərin Azərbaycan və Ermənistan arasında problemlərin həllində vasitəçi olmasına etiraz etmir.

Beləliklə, həmsədrlər yenidən müzakirələrə qayıdıblar, amma bu dəfə əsas ziddiyət onların missiyasının nədən ibarət olacağıdır. Azərbaycan Qarabağ məsələsini müzakirə etməyəcək, o zaman vasitəçilərin mandatı nədən ibarət olacaq?

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirir ki, bölgəyə hakim olan Türkiyə-Rusiya tandemi "Qərb ortaqları"nı münaqişə sonrası siyasi prosesə qaytarmağa qərar verdi. Onun sözlərinə görə, bu qərarın niyə məhz indi verilməsi ilə bağlı bir sıra versiyalar var. 

"Təbii ki, ilk növbədə Azərbaycan Türkiyə ilə birlikdə BMT Təhlükəsizlik Şurasının 3 daimi üzvü ilə qarşıdurmaya getmək istəmədi".

T.Zülfüqarov 26 sentyabr 2020-ci ilədək mövcud olan status-kvonu bu günlə müqayisə etməyi doğru sayır: 

"Həmsədrlər tamamilə yeni şəraitdə çalışacaqlar. Əlbəttə, ermənilər Azərbaycanın 5 rayonun azad edilməsi ilə bağlı təkliflərini qəbul etsəydilər, bu gün bizim şərtlərimiz fərqli olardı. Hamı bilir ki, əvvəllər Şuşa və Hadrutun azad edilməsi tələb edilməmişdi. Eyni zamanda Laçın və Kəlbəcər rayonları Qarabağın statusu təsdiqlənəndən sonra boşaldılmalı idi. Bizim üçün strateji məsələ olan Zəngəzur dəhlizi ilə bağlı ümumiyyətdə ortada heç nə yox idi. Bundan başqa, Azərbaycanın silahlı qüvvələrinin azad edilmiş bölgələrə qayıtmasının qadağan edilməsi və yalnız yüngül silahlı hüquq-mühafizə qüvvələrinin ərazidə olmasına icazə verilməsi və s. məsələlər gündəmə gətirilmişdi".

Keçmiş nazir hazırki vəziyyətə nəzərə salaraq vurğulayır ki, regionda Türkiyə-Rusiya tandeminin hakim olduğu dövrdə əsgərlərimizin qəhrəmanlığı və Ali Baş Komandanın siyasi iradəsi sayəsində çox şey əldə edə bildik. "Prezidentin Minsk Qrupunun nə etməli olduğu barədə dediklərinə əlavə olaraq qeyd etmək istəyirəm ki, əsas mövzulardan biri sülhməramlıların mandatı və onların tərkibinin dəyişdirilməsi ola bilər. Məhz bu mövzu gündəmə gəlsə, vasitəçi tərəflər arasında qarşıdurma başlayacaq. Təbii ki, Ermənistanda da qərbyönümlü və rusiyapərəst qüvvələr arasında qarşıdurma davam edəcək və bu, obyektiv olaraq bizə siyasi manevrlər üçün geniş meydan açacaq", - deyə Tofiq Zülfüqarov vurğulayıb.

Onun sözlərinə görə, Ermənistan-Azərbaycan münaqişəsinin yeni mərhələsində Bakının mövqeləri daha güclü və daha hazırlıqlıdır(azpolitika.info).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR