İran raketlərinin Naxçıvanla sərhəddə yaylım atəşi... - Hədəfə dəymir

06 oktyabr, 2021 00:08

Müəllif: Dmitriy Roy

İranla sərhəddə yerləşən Naxçıvanda oktyabrın 5-də Azərbaycan və Türkiyə hərbçilərinin “Sarsılmaz qardaşlıq - 2021” adlandırılan birgə təlimləri başlayıb. Bu, Bakı və Ankaranın son bir neçə həftədə İranın Azərbaycanla sərhəddə keçirdiyi irimiqyaslı təlimlərə layiqli cavabıdır.

İran hərbçiləri geniş miqyasda və gen-bol hərəkət edir. Onlar Azərbaycan əleyhinə Tehranın hər küncündən eşidilən isterik təbliğat fonunda fəal şəkildə öz “güclər”ini nümayiş etdirirlər. Üfüqə yüksələn, ancaq hədəfə dəyməyən raket atəşləri, “dost atəşi”ndən itkilər, İslam inqilabı keşikçiləri korpusunun (İİKK) Xəzər kənarındakı Aştara limanında 4000 sürətli kateri - bütün bunlar həyəcan təlqin etməli və İranın niyyətində ciddi olduğuna başqalarını inandırmalıdır.

Ancaq alınmır... «Mənim bərnidəki əziz hörümçəklərim », - vaxtilə ayətolla Xamenei İran siyasi elitalarını bu cür adlandırmışdı və həmin tərif bu gün heç vaxt olmadığı qədər özünü doğruldur.  O elitaların gizli kompleksləri elə fəvvarə vurur ki, Tehranda sağlam ağıla yer qalmayıb.  Azərbaycanla münasibətlərin gərginləşməsi üçün sərsəm bəhanə - sionizmin qarşısını kəsmək (nə!?), yarım əsr əvvəlin köhnəlmiş taktikası və silahları, Ermənistana alternativ yolun çəkilməsi kimi əsl cəfəngiyyat. Bundan sonra istər-istəməz fikirləşirsən - bu gün Tehranda müharibə təbili çalanların ağlı başındadırmı?

Onlar gülünc və axmaq göründüklərinin, növbəti dəfə bütün dünyaya özlərini heç bir razılaşmanın mümkün olmadığı, əllərində dəf tutan  qəzəbli cırtdanlar kimi göstərdiklərinin fərqindədirlərmi?  Onların bugünkü guruldayan millətçiliyi 44  günlük müharibəni uduzan “qardaşlar”ı ermənilərin millətçiliyinə bənzəyir və İran elitalarındakı adekvatlıq hissini yox edib.  Və onlar bu hissi itirəndən sonra siyasi səhnədə döyüşkən rəqslər edirlər. Fərqində də deyillər ki, əlcəkləri deşilib, özləri nokaut ərəfəsindədirlər, tumanları da, üzr istəyirəm, yaxşı vəziyyətdə deyil.

Əvvəlki yazımızda İran elitalarının qeyri-adekvatlığının ideya səbəbləri müfəssəl təsvir olunub - əlavə sözə ehtiyac qalmayıb.  Yalnız onu söyləmək qalır ki, bu elitalar təkcə ideologiyada və daxili siyasətdə əsassız deyillər, onlar həm də müasir beynəlxalq münasibətlərin mahiyyətini tamamilə anlamırlar.

Qarabağdakı dondurulmuş münaqişə uzun müddət İran diplomatik müdrikliyinin nümunəsi kimi təqdim edilirdi. İran diplomatları qürurlanaraq sinələrini döyəcləyir və qəti anlamırdılar ki, XXI  əsrin əvvəlinin beynəlxalq münasibətləri - dinamikadır.  2010-cu illərdən sonra isə son dərəcə dinamikadır, formalaşmış balanslar, təsir və əks-təsirlər sistemi  tamamilə yenidən biçilir.

Türkiyənin yüksəlişi,  Azərbaycan dövlətçiliyinin ölkəni subregional liderlər cərgəsinə çıxaran qüsursuz formalaşması, xarici bazarlara can atan biznesin yeni maraqlarının yaranması - İran bütün bunları nəzərdən qaçırdı və hər şeyin onillər boyu dəyişməyəcəyinə ümid bağladı.

Ümumiyyətlə bu, islam respublikasının diplomatiyasının doğuş travmasıdır, səbəblərini isə İran siyasi elitalarının mentalitetində axtarmaq lazımdır. Onlar hansısa nəticəyə nail olan kimi sakitləşir və hər şeyin öz-özünə davam edəcəyinə inanırlar.  İran Yəməndəki müttəfiqləri olan husiləri bu cür itirdi - onlar getdikcə daha az Tehran tərəfə boylanırlar. İran Orta Asiyanı, Tacikistanı və Qırğızıstanı da bu cür itirdi. Yerli şiələrin İran əleyhinə əhvalının hazırda zirvədə olduğu İraqın itirilməsi də bu cür baş verdi.

İrana sadiq qalanların dəyəri isə elə də böyük deyil. Belə ki, Fatimiyun, Zeynəbiyun batalyonları, hüseynilər və Hezbollah yalnız İran büdcəsinin İİKK-na aid məxfi maddələrindən daima və səxavətlə maliyyələşmək şərti ilə loyallıqlarını saxlayırlar. “Qardaş” Bəşər Əsəd  də əlverişli imkanda İrana arxa çevirərək BƏƏ ilə, Səudiyyə Ərəbistanının  himayədarlıq etdiyi iordaniyalılarla razılığa gəlməyə çalışır.

Qasım Süleymaninin kədərlə söylədiyi kimi, “əsas müttəfiqimizin ideya yox, dollar olduğu bu sistemi biz özümüz yaratmışıq”.  Və əgər iyirmi il əvvəl ürəkləri “Hər gün Aşura, hər yer Kərbəla” şüarı ilə bir vuran yetərincə insan vardısa, hazırda İranın siyasi və dini elitasının ətaləti və təkəbbürü sayəsində həmin şüara “ancaq dollar bizə daha yaxındır” sonluğu da əlavə olunub.

Biz İranda sosial-iqtisadi sahədə sistemli böhrandan dəfələrlə yazmışıq. Hər şey daha pis imiş - söhbət artıq islam respublikasının ideya böhranından gedir. Əks halda İran ordusunun Quru qoşunlarının komandanı Kiumars Heydərinin sözlərini dəyərləndirmək çətindir. O isə fikirləşmədən bəyan edib ki, sən demə, Azərbaycanın Qarabağ müharibəsi zamanı cəlb etdiyi yaraqlıların mövcudluğundan narahatdır.

«Ermənistanla Azərbaycan arasında müharibə gedəndə Bakı həmin ərazilərə çoxlu sayda “İŞİD” terrorçusunu dəvət edib.  Və biz tam əmin deyilik ki, onlar həmin ərazini tərk ediblər”, -  Heydəri bəyan edərək ermənilərin döyüş qabanları və timsahları barədə nağıllarını büsbütün təkrarlayıb.

«Kiminlə oturub durursansa, elə ona da layiqsən”, - rus atalar sözündə deyilir.  Tehranın son kartı onun Bakıya qarşı iddialarını Moskvanın dəstəkləyəcəyi idi.  Ancaq bu kart da vuruldu. Kreml İranın avantürasına qoşulmaq istəmir, Bakı və Ankara ilə mübahisəli məsələlərini isə müstəqil həll etməyə öyrəşib.  Ona görə də iranlıların bölgədə yeganə müttəfiqi qalır - o da Yerevandır.  Əcəb müttəfiqdir.

İran qeyri-adekvatlığı və ambisiyaları ilə özü-özünü beynəlxalq yada çevirir, sivilizasiyanın kənarına yollayır. Orada isə yalnız qəzəblənmək, gələcəyə şütüyən sürət ekspreslərinə daş və dəyənək atmaq olar.  Bundan qatara heç nə olmayacaq, ancaq Tehran qatarların şütümədiyi yerə çevrilmək kimi ciddi risqlə qarşılaşacaq - onun görünüşü olduqca əcaib təsir bağışlayır.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR