İranın geri çəkilməsinin pərdəarxası... - Nə baş verir?

21 oktyabr, 2021 10:33

Azərbaycan - İran münasibətlərində gərginliyin yüksələn xətt üzrə inkişaf etməsi ciddi narahatlıq doğururdu. Rəsmi Tehranın təcavüzkar Ermənistan üçün “oksigen balonu” funksiyasını yerinə yetirməsi tərəflər arasındakı ziddiyyəti daha da dərinləşdirdi. 

İrana məxsus yük maşınlarının separatçıların nəzarətində olan Azərbaycan torpaqlarına qeyri-qanuni səfərlərinin intensiv xarakter almağa başlaması ziddiyyətləri açıq müstəviyə çıxardı. Azərbaycan hakimiyyətinin haqlı narazılığını dilə gətirməsi qarşı tərəfdən “süngü” ilə qarşılandı. Rəsmi Bakının haqlı tələbinə şantaj və təhdid diliylə cavab verən İran iki dövlət arasındakı gərginliyi pik həddə çatdırdı.

İran ayətullahlarının təhdid xarakterli çıxışlarının bu öıkənin KİV-lərində geniş yayılması Azərbaycanın qarşı qarayaxma kampaniyasının aparılması ilə müşayiət olundu. Azərbaycan tərəfin təmkinli, amma səlis cavabları İranda xoş qarşılanamsa da, rəsmi Tehranı özünün xarici siyasətində müəyyən korrektələr aparmağa vadar etdi. Ötən gün qəbul edilən qərar bu prizmadan qiymətləndirilə bilər.

Qeyd edək ki, İranın Yol və Nəqliyyat Təşkilatı dünən nəqliyyat şirkətlərinə təlimat göndərərək sürücülərin və İran vətəndaşlarının Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ümumiyyətlə, Laçın dəhlizinə girişini qadağan edib. Sözügedən qurumun Beynəlxalq Tranzir İdarəsinin baş direktoru Məhəmməd Cavad Hedayəti beynəlxalq nəqliyyat şirkətlərinin həmkarlar ittifaqlarına təlimat məktubu yazaraq Azərbaycan Respublikasının sözügedən ərazisinə bu ölkənin rəsmi sərhədləri xaricində hər hansı bir girişi bu ölkənin ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib.

Yol və Nəqliyyat Təşkilatı Ermənistan ərazisi vasitəsilə Azərbaycan Respublikasının Laçın dəhlizindən Dağlıq Qarabağ bölgəsinə girişlə barəbər, Qarabağ bölgəsi ilə hər hansı ticarət müqaviləsinin imzalanması və mal-əmtəə qaiməsi sənədlərinin verilməsinin də yasaq edildiyini bildirib.

İran niyə geri çəkildi? Son bir neçə ayda Azərbaycan xalqının əsəbləri üzərində “rəqs edən” Tehranın bu jestinə səbəb nədir?

Hadisələrin təhlili göstərir ki, İran bu addımı məcburiyyət qarşısında atıb. Belə ki, rəsmi Bakını “dişinə” vuran Tehran “bu hənanın o hənadan olmadığını” anlayandan sonra geri çəkilməyə qərar verib. Əsas səbəb Azərbaycanın siyasi hakimiyyətinin və xalqının prinsipial və dönməz mövqeyidir.

Sözsüz ki, məlum qərarın qəbulunda Azərbaycan-Türkiyə münasibətləri də müəyyən rol oynayıb. Ankaranın Bakını heç bir halda meydanda tək qoymayacağını başa düşən İran özünə əlavə problemlər yaratmaq istəmədiyi üçün ziyanın yarısından qayıtmalı oldu. Azərbaycanın ötən əsrin 90-cı illərindən fərqli olaraq, güclü və inadkar olması Tehranı hadisələrə soyuq başla yanaşmağa vadar etdi.

Digər vacib bir məqam isə Qarabağ münaqişəsinin tənzimlənmə prosesində yeni siyasi şəraitin yaranmasıyla bağlıdır. ATƏT-in Minsk qrupunun yenidən “dirilməsini” istəməyən Rusiyanın ermənilərin nazı ilə oynamaq fikrində olmadığı aşkar müşahidə olunur. ABŞ və Fransanın bölgədəki proseslərə təsir etməsini istəməyən Kreml yeganə çıxış yolunun Azərbaycanın haqlı mövqeyini dəstəkləmək olduğunu yaxşı başa düşür. Aydın məsələdir ki, bu siyasət İranın regionda təklənməsinə gətirib çıxara bilər. Eyni vaxytda həm Azərbaycan, həm Türkiyə, həm də Rusiya ilə kəllə-kəlləyə gəlməyin yaxşı perspektiv vəd etmədiyini gözəl anlayan Tehran sürücülərinin ayağını Qarabağdan kəsməlklə doğru addım atmış oldu. İranın bu addımının iki ölkə arasında buzları əridəcəyini söyləmək mümkündür. Buna hər iki tərəfin ehtiyacı var. Azərbaycanda saxlanılan iranlı sürücülərin bu gün azad edilməsi də bu istiqamətdə atılmış pozitiv addımlardan biridir. 

Siyasət həm də şəraiti düzgün qiymətləndiirb vaxtında qərar qəbul etmək elmidir...

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR