ABŞ Rusiya və Türkiyəni mühasirəyə alır Vaşinqton nədən Türkiyəni yox, Yunanıstanı dəstəkləyir?

20 noyabr, 2021 11:00

Son günlər Polşa ilə Belarus arasında çox ciddi gərginlik yaşanır. Düzdür, qaçqınlar və miqrantlar bu gərginliyin səbəbi kimi görünsə də, əsl səbəb Polşanın Amerikaya, Belarusun isə Rusiyaya yaxın olmasından qaynaqlanır. Başqa sözlə desək, söhbət böyük dövlətlər arasındakı amansız rəqabətdən gedir. Ona görə ABŞ-ın Yunanıstana hərbi güc cəlb etməsinə də bu kontektsdən yanaşmalıyıq.

ABŞ Rusiyanı Qara dəniz, Şərqi Avropa, Balkanlar, Baltik dənizi və Orta Asiya istiqamətindən əhatəyə almağa cəhd göstərir. ABŞ-ın Yunanıstana hərbi güc cəmləşdirməsinin və Aralıq dənizinin şərqinə göstərdiyi marağın bir məqsədi də Türkiyəni əhatəyə almaq, digər hədəfləri isə Rusiyanı dövrəyə salmaq və Çinin bu regionda artan istəklərini əngəlləməkdir.

Məlumdur ki, Çin “Bir zolaq, bir yol” layihəsi çərçivəsində Egey və Aralıq dənizlərinə böyük maraq göstərir və Yunanıstanın Pirey limanına sərmayə yatırır. Yunanıstanın strateji limanlarından biri olan Afina limanında isə Rusiyanın ağırlığı artır. Ona görə də Amerikanın Yunanıstana topladığı hərbi güc, heç şübhəsiz ki, digər səbəblərlə yanaşı, bunlarla da əlaqədardır.

Bu, hələ hamısı deyil. Beləliklə, ABŞ Yunanıstanı dəstəklədiyini açıq bəyan edir və Türkiyəyə siqnal göndərir, həmçinin göstərir ki, Afina ilə Ankara arasındakı gərginlikdə o, Afinanın tərəfindədir.

Hazırda Yunanıstan Amerikanın bazasına çevrilir və ABŞ Yaxın Şərqə, Mərkəzi Asiyaya, Qara dənizə, Qafqaza, Xəzər hövzəsinə doğru irəliləməyə çalışır. Əfqanıstandan məğlub çıxan ABŞ Orta Asiyada baza tapmayıb, İranın öhdəsindən gələ bilməyib, İraqdakı hərbi imkanlarını xeyli azaldıb, Suriyada Əsədi devirə bilməyib. Qarabağdakı təşəbbüsü tamamilə Rusiyaya buraxan ABŞ, Yunanıstan vasitəsilə Egey dənizindəki mövqeyini gücləndirir.

ABŞ, eyni zamanda Gürcüstanı və Ukraynanı NATO üzvü etmək istəyir və Montro boğazlar konvensiyasından yan keçməklə Qara dənizdə daimi qalmaq niyyətindədir.

Bu şərtlərlə Türkiyə ABŞ-ı Qara dənizə çağırmaq əvəzinə, onu regiondan uzaq tutmalıdır. Bunun üçün isə Montro konvensiyasına tam sadiq qalınmalıdır.

Ankara Rusiya, Çin, İran və digər qonşu ölkələrlə əlaqəni gücləndirməli, Türkiyənin öncül rol oynadığı ittifaqları möhkəmləndirməli və türk dünyası,islam ölkələri ilə əlaqələri daha da genişləndirməlidir.

İstehsalçı iqtisadiyyat prioritet olmalıdır. Bunun üçün strateji planlamanın həyata keçirilməsi çox vacibdir. Daxili tələb ilə ixrac potensialı nəzərə alınmalıdır. Təhsildəki, elmdəki, hüquqdakı və demokratiyadakı səviyyə mütləq qaldırılmalıdır.

Mustafa Kamal Atatürkün bir sözünü unutmayaq: "Əsas - daxili cəbhədir”...

“Cumhuriyet” - (Türkiyə)

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR