Putin hücuma hazırlaşır, ya qorxudur? - "Qərb Putinin dediyi qırmızı xətlərə əməl etmək istəmir"

25 noyabr, 2021 18:00

Havadan yenə müharibə qoxusu gəlir. Ötən yaz Rusiya Ukrayna ilə sərhədə minlərlə əsgər yığanda Kremlin yeddi ildən sonra böyük hərbi əməliyyata başlaya biləcəyi ilə bağlı xəbərlər, şayiələr yayıldı. Yeddi il öncə Moskva Ukraynanın Krım yarımadasını ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlamışdı.

Üstündən bir neçə ay keçəndən sonra bu qorxular yenidən, daha güclü şəkildə baş qaldırıb. “The New York Times”, “Bloomberg” kimi media orqanları Rusiyanın bu qış mümkün hücumu ilə bağlı xəbərdarlıq edirlər. Bəzi ekspertlər potensial hücumun 2014-cü ildən miqyasına görə daha böyük olacağını deyirlər.

Peykdən çəkilən fotolar belə bir ehtimalın mümkünlüyünü göstərir. ABŞ kəşfiyyat rəsmiləri və Ukrayna ordusunun aparıcı xadimləri Ukraynanın şimal və şərq hissəsinə doğru 92 minədək rus əsgərinin yığışdığını bildirir. Qüvvələrin çoxu Rusiyanın müttəfiqi Belarusla sərhədi yaxınlığındakı Yelnyada və Krımdadır.

CNN bu həftə xəbər yayıb ki, ABŞ Prezidenti Co Bayden administrasiyası Ukraynaya hərbi müşavirlər və silahlar daxil yeni avadanlıq göndərməyi nəzərdən keçirir. Dövlət katibi Entoni Blinken Vaşinqtonun Rusiyanın hərbi addımları sarıdan real narahatlığını dilə gətirib, ciddi səhv etməməklə bağlı Moskvaya xəbərdarlıq edib.

Moskva potensial hücum söhbətlərini əsassız adlandırsa da, rəsmilər və Kremlə yaxın təhlilçilər fərqli mesaj verirlər: Vaşinqton və Qərb Donbasdakı vəziyyət, NATO-nun Kiyevlə münasibətləri, Qərbin Şərqi Avropada, Qara Dənizdə, digər yerlərdə hərbi fəaliyyəti ilə bağlı narahatlığı yoluna qoymasa, Rusiya hərəkətə keçə bilər.

Rusiya Krım və Donbasa, ondan da qabaq 2008-ci ildə Gürcüstana hücum edəndə də təxribata çəkildiyini deyirdi. Kremlin Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev isə bu yaxınlarda Ukraynanı əfqan ssenarisi gözlədiyini söyləyib. O, Qərbdən göndərilən silahların sabitsizlik yaratdığını desə də konkret dəlil göstərməyib.

Təhlilçilərin fikrincə, oxşar mesajların hədəfi həm Qərbə siqnal göndərmək, həm də rusiyalıları potensial hərbi hücuma hazırlamaq ola bilər. “Bu mesaj daha çox böyük əməliyyat öncəsi rusiyalılara ünvanlanıb”, – Kiyevdən təhlilçi Mixaylo Honçar “Current Time”a müsahibəsində deyib.

Bəs niyə indi? Ola bilsin, Rusiya rəhbərliyi regiondakı təlatümlü vəziyyətdən faydalana biləcəyini düşünür. Elə regionda gərginliyin artmasına da Moskvanın öz hərəkətləri səbəb olub. Təhlilçilər deyirlər ki, indi Rusiyanın Ukraynaya hücumuna vahid reaksiya ortaya qoyulmaya bilər. Polşa əsasən Yaxın Şərqdən gələn miqrantlarla əlləşir. Moldova təbii qaz böhranı vaxtı Rusiyanın onu şantaj etdiyini, Moskva isə Kişinyovun ödənişi etmədiyini bəyan edib.

Üstəlik, belə narahatlıqlar da var ki, Moskva NATO-nun təlimlərinin və digər hərbi əməliyyatlarının qəsdən provokativ olduğunu deməklə gərginliyi artırmağa çalışır. Göstərmək istəyir ki, Qərb Putinin dediyi qırmızı xətlərə əməl etmək istəmir. Rusiya aydın şəkildə bəyan edib ki, Ukraynanın NATO-ya üzvlüyü qırmızı xəttdir. Son vaxtlar isə alyansın Kiyevlə hərbi əməkdaşlığını genişləndirməsinə qarşı çıxır.

Moskvanın məqsədlərinə gəlincə, bir hədəf Ukraynada nüfuzunu gücləndirməkdir. 2014-cü ildə Donetsk və Luqanskda münaqişəni qızışdıran Rusiyanın məqsədi getdikcə bu ölkənin hökumətinə, xarici siyasətinə daha güclü təsir göstərmək, onun heç vaxt NATO-ya qoşulmamasını təmin etmək idi. Rusiyanın bir keçmiş deputatı və diplomatı deyir ki, Donbası alaraq Ukraynanı itirmək Kreml üçün məğlubiyyət olar.

“RAND Corporation” mərkəzindən Samuel Çarap “Politico” dərgisində bu barədə yazıb: “İndiki qoşunyığma göstərir ki, Moskva məğlubiyyətin yaxınlaşdığına inanır. Buna görə eskalasiyaya gedir". 

Rusiya, ola bilsin ki, Ukrayna ərazisinə hücuma hazırlaşır və buna hərbi gücü də var. Rusiyanın bu halda itirəcəkləri isə azından Qərbin yeni sanksiyaları, Avropaya qaz nəql edən "Şimal axını-2" kəmərinin iflası ola bilər. Yeddi il öncəylə müqayisədə daha təcrübəli və təchiz olunmuş Ukrayna qüvvələrinin əks hücumunun yüzlərlə, minlərlə rus əsgərinin meyitinin vətəninə göndərilməsi ilə sonuclanacağı da mümkün ssenaridir.

Bəs onda, Rusiya Prezidenti Vladimir Putin hədə-qorxumu gəlir? Bu sualın aydın cavabı yoxdur. Krımın ilhaqından sonra Qərb təhlilçiləri Rusiyanın potensial yeni hücumuyla bağlı dəfələrlə xəbərdarlıq ediblər, belə bir hücum gerçəkləşməyib. Bu səbəbdən indiki hərbi güc nümayişi Moskvanın Qərbə təzyiqi saxlamaq siyasətinin tərkib hissəsi ola bilər. Putin sərhədləri yaxınlığında NATO-nun hərəkətlərindən dərin narahatlıq iddialarının arxasında durduğunu göstərmək istəyir.

“Məncə, əsas ideya Rusiyanın bunu edə biləcəyini göstərməkdir”, – təhlilçi Honçar deyib.

(azadliq.org)

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"