ABŞ Rusiyanın işğalçı addımlarına niyə susur? - Anoloji susqunluq...

07 yanvar, 2022 12:53

İnsanlar Qazaxıstanda baş verən hadisələrlə bağlı ABŞ-ın nə üçün susduğunu sual edirlər. Birincisi, ABŞ bilirdi ki, Çin Qazaxıstanı işğal etmək üçün illərdir iş aparır. Qazaxıstanı ələ keçirmək isə bütün Mərkəzi Asiyaya sahiblik etmək deməkdir. Əgər Çin Qazaxıstanı ələ keçirməklə Mərkəzi Asiyaya nəzarəti ələ keçirsəydi, ABŞ-ın Şərqdəki əksər siyasi-iqtisadi resursları da bloklanmış olacaqdı. Rusiya isə ABŞ-a müxtəlif imkanlar tanıyacaq. Rusiyanın Qazaxıstana daxil olması ABŞ-ın ən həssas və strateji maraqlarının dairəsinə daxildir. ABŞ Rusiyanı böyüdərək parçalamaq niyyətini güdür. Moskva anlayır ki, Qazaxıstanı itrirsə, Mərkəzi Asiyanı da itirəcək. Əslində dünyadakı prosesləri yalnız Rusiya və ABŞ kontekstində şərh edənlər yanılırlar. Dünyadakı Şərq-Qərb qütbləşməsi prosesi ABŞ və Rusiya ətrafında getmir, bu proses dünyanı iki qütbə bölən Çin və ABŞ arasında gedir. Rusiya ABŞ-ın Şərq kompasına daxildir. ABŞ, Qərb növbəti dəfə ümidləri doğrultmadı. Qazaxıstanda ABŞ-a inanan, Qərbin dəstəyinə güvənən və siyasi çıxışları zamanı rəsmi Vaşinqtona istinad edən xeyli sayda ictimai-siyasi xadimlər var idi. Ancaq nələr baş verdi... 2021-ci ilin dekabrında keçirilən “Demokratiya sammmiti”ndə Co Bayden bildirmişdi ki, ABŞ 2022-ci ildə dünyada demokratik təşəbbüslərə dəstək məqsədilə 424 milyon dollar pul ayıracaq. Təbii ki, bu pul müxtəlif ölkələrə qrantlar şəklində daxil olacaq. Biz pulların qrantlar şəklində daxil olduğu ölkələrdə dağıdıcı addımların, kütləvi iğtişaşların şahidi olacağıq.

Sual olunur: Bəs İkinci Qarabağ müharibəsi zamanı ABŞ niyə susurdu?

Çox adam bunu ABŞ-ın Azərbaycana dəstəyi kimi şərh edirlər. Bu amil də var. Ancaq məsələ tamam başqadır. Əslində Qarabağ müharibəsi zamanı ABŞ-ın susqunluğunun əsas səbəbi Rusiya qoşunlarının “sülhməramlı” adı altında Azərbaycana (Qarabağa) daxil olmasına verilən dəstək idi. ABŞ məhz buna görə susurdu. Deyək ki, ABŞ Qarabağ müharibəsi zamanı Azərbaycanın haqlı mövqeyinə dəstəkdən dolayı susmaqla bizə dəstək verdi. O zaman rus hərbi kontingentinin Azərbaycana daxil olmasına görə niyə zərrə qədər narahat olmadı? Məgər ABŞ bilmirdi ki, bu müharibənin sonunda Rusiya öz qoşunlarını Qarabağa yeridəcək?! Azərbaycanda hələ də ABŞ-dan demokratiya dilənən qüvvələr əslində məhz bundan sonra Qərbə ümidlərini birdəfəlik kəsməli idilər. Rusiyanın Azərbaycana daxil olmasının bircə yolu var idi və bu, yalnız Qarabağda reallaşa bilərdi: “Azərbaycanın qələbəsi”, “Ermənistanın məğlubiyyəti” tanındı və proses icra olundu. Rusiya Ermənistanı da zəif, məğlub hala gətirməklə İrəvanda öz taxt-tacını yenidən bərqərar etdi. ABŞ Qarabağ müharibəsi zamanı necə susdusa, Qazaxıstanda da eyni cür susqunluq nümayiş etdirdi.

Qazaxıstan SSRİ-dən ayrılan zaman ölkədəki əhalinin az qala yarısı ruslardan, xristianlardan ibarət idi. Ancaq Nazarbayevin apardığı milliləşdirmə siyasəti nəticəsində ölkədə türklərin sayı 70%-ə qaldırıldı. Elə dünənə qədər də qeyri-türklərin yaşadığı Qazaxıstanın şimalı Rusiyanın nəzarətində idi.

Rusiya digər ölkələrin əraziləri hesabına öz coğrafiyasını və iqtsiadi gücün genişləndirir.

Bu günə qədər Gürcüstan, Moldova, Ukrayna Rusiyanın hərbi təcavüzünə məruz qalıb. Qarabağ müharibəsindən sonra Moskva öz hökmranlığını Ermənistanda da yenidən bərpa elədi. 2020-ci ildə Belarusiyada baş verən kütləvi aksiyalardan sonra Rusiya orada da özünün üsul-idarəçiliyini yaratmış oldu. Bu gün artıq Qazaxıstandadır. Sabah bu ölkələrin hər biri ağır sınaqlar qarşısında qalmış olacaq.

Rusiya rəsmən imperializm və işğalçılıq siyasəti yürütsə də, bütün bunları “xoşməramlı” addım kimi dünyaya çatdırmağa çalışır. Elə buna görə də Putindən sonra Rusiyanın daxilində ciddi problemlər baş qaldıracaq. Ssenarinin müəllifi bu dəfə də ABŞ olacaq.

Müəllif: Samir Feyruzov

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub

06 aprel

12:38 - Tehran bütün ölkələrə müraciət etdi12:34 - "Bu təhlükəli və psixi problemli adam..." - Məşhur senator Trampa qarşı12:31 - Prezidentin rəsmi qarşılanma mərasimi oldu - FOTOLAR

01 aprel

12:18 - ran raketləri türk siyasətçinin adı ilə bəzədildi12:15 - BƏƏ Hörmüzə görə İranla müharibəyə hazırlaşır - "The Wall Street Journal"12:12 - "Onlar Hörmüzdən keçə bilməz" - Pezeşkian12:10 - Bu qurumların istintaq orqanları birləşir - Nə yenilik olacaq?

24 mart

15:53 - "Bəzi ölkələrdə iqtisadi çöküş qaçılmaz olacaq" - Hörmüz boğazı bağlı qalarsa...15:51 - "Euronews" Qlobal Bakı Forumu ilə bağlı reportaj yayımladı15:49 - Pezeşkianın fərmanı ilə yeni təyinat - Laricaninin yerinə o gətirildi

21 mart

20:22 - Ya Donbasdan geri çəkil, ya da yardım kəsiləcək!20:19 - İran müharibənin bitməsi üçün şərtlərini açıqladı

18 mart

13:09 - Vaşinqtonda istefalar başladı: Antiterror Mərkəzinin direktorundan Trampa ittihamlar - "İsraillilərin bizi minlərlə amerikalının həyatına başa gələn fəlakətli..."13:02 - DTX-nın ifşa etdiyi şəxsin arxasında xaricdəki qüvvələr dayanır - Komitə sədri12:59 - "İran atəşkəsə razı deyil, amma..." - Əraqçi sülh şərtlərini açıqladı

05 mart

19:31 - İlham Əliyev İrandan tələb edir - "İran Azərbaycana izahat verməlidir, üzr istəməlidir"19:25 - Yaxın Şərqdəki müharibəni kim dayandıra bilər? 19:23 - PUA-ların sayı 4 imiş: "İran dərs vaxtı məktəbi hədəf alıb" - Müdafiə Nazirliyi19:22 - "Silahlı Qüvvələrimiz bir nömrəli səfərbərlik vəziyyətinə gətirilib" - İlham Əliyev

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi