Həbs düşərgəsinə çevrilmiş ölkə - Vaxtilə Qazaxıstanda Fransa boyda "zon" olub

11 yanvar, 2022 14:41

Baş Düşərgələr İdarəsinin (ruscada – Qosudarstvennoe Upravlenie Laqerey -QULaq) fəaliyyətini araşdıranların qənaətlərinə görə, SSRİ-də rejim qaydalarına, saxlanma şəraitinə, ağır iş rejiminə, işgəncələrin tətbiqinə görə ən dəhşətli on düşərgədən ikisi Qazaxıstanda fəaliyyət göstərib. Onlardan biri, “ALJİR” haqqında ötən saylarımızda yazı təqdim etmişik. İkinci isə Karaqanda islah-əmək düşərgəsidir ki, bu müəssisə 1931-ci ildən 1959-cu ilə qədər fəaliyyət göstərib. Ümumiyyətlə, Stalinin hakimiyyəti illərinə nəzər salsaq, faktlardan aydın olar ki, Stalin Qazaxıstanı SSRİ-nin “cərimə ərazisi”nə çevirib.

Söhbət hansı faktlardan gedir?

Stalinin hakimiyyəti illərində Qazaxıstana 800 min alman, 102 min polşalı, 19 min koreyalı, 507 min Şimali Qafqazdan olanlar deportasiya edilib. Repressiya illərində Qazaxıstana ümumilikdə 5 milyondan artıq adam sürgün olunub. Qazaxıstanın ərazisində 11 düşərgə və onların ayrı-ayrı bölmələri fəaliyyət göstərib. Bu düşərgələrin arasında isə adını yuxarıda qeyd etdiyimiz Karaqanda düşərgəsi (“Karlaq”) öz dəhşətləri ilə daha çox fərqlənib.

“Karlaq” SSRİ Xalq Komissarları Sovetinin sədri Vyaçeslav Molotovun 29 dekabr 1930-cu il tarixli əmri ilə yaradılıb və 1931-ci ilin iyun ayından fəaliyyətə başlayıb. İslah-əmək düşərgəsinin yaradılması ilə bərabər Karaqandada ordunun Baş Kəşfiyyat İdarəsinin yerli idarəsi də yaradılıb və düşərgə bu qurumun tabeliyinə verilib.

“Karlaq”ın yaradılması ilə bağlı İosif Stalinə xüsusi tədbirlər planı təqdim edilib. Bu planda düşərgənin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Stalinin təşəbbüsü ilə düşərgənin ərazisində kənd təsərrüfatı işləri üçün “Giqant” sovxozunun yaradılması qərara alınıb. Bu məqsədlə düşərgənin tabeliyinə verilən torpaq sahəsi 2 milyon hektara yaxın olub. Ümumilikdə düşərgənin ərazisi indiki Fransanın ərazisinə bərabər olub. Yaradılmış sovxoz torpaqlarında yaşayanlar ərazidən köçürülüblər. Ərazinin böyüklüyü haqqında təsəvvür yaratmaq üçün ölçülərə nəzər yetirmək kifayətdir. Belə ki, ərazinin şimaldan cənuba uzunluğu 300, şərqdən qərbə isə 200 kilometr təşkil edib.

Düşərgənin mərkəzi inzibati binası Karaqandadan 45 kilometr aralıda, Dolinsk kəndində yerləşib.
Fəaliyyət göstərdiyi illərdə “Karlaq”da 1 milyondan artıq məhbus cəza çəkib. Məhbuslar əsasən “Giqant” sovxozunda işləyiblər. Onların qarşısına qoyulan plan və öhdəlik dövlət tərəfindən müəyyənləşdirilib. Plan ödənilmədiyi təqdirdə cəza tədbirləri tətbiq olunub.

Sovxozla yanaşı məhbuslar dəmiryolu xəttinin çəkilməsinə, daş kömür mədənlərində də işə cəlb olunublar.

28 il ərzində “Karlaq”a 11 nəfər rəhbərlik edib. Düşərgə rəislərindən buraxdığı “nöqsan”lara görə 3 nəfər güllələnib, 2 nəfər sürgünə göndərilib, 1 nəfəri isə cəzasını elə işlədiyi düşərgədə çəkib.

“Karlaq”da məhbusların saxlanılma şəraiti heç bir normativə uyğun olmayıb. İstər məişət şəraiti, istər qidalanma, istər tibb xidməti, istərsə də iş rejimi dözülməz həddə olub. Digər düşərgələrlə müqayisədə “Karlaq”da qadın və uşaq ölümlərinin sayı 46 faiz çox olub.

Düşərgənin ərazisində xüsusi kameralar fəaliyyət göstərib. İşcəncə kamerası, güllələnmə kamerası, karser, dindirilmə otağı və s. Araşdrmaçıların qənaətinə görə, bu dəhşətli kameraların boş vaxtı olmayıb. Xəstəlikdən və digər səbəblərədən ölənlərin, o cümlədən güllələnənlərin meyitləri ailələrinə verilməyib. Bunun üçün düşərgənin ərazisində xəndəklər qazılıb və ölən məhbuslar yandırılaraq həmin xəndəklərdə basdırılıblar.

“Karlaq”da cəza çəkənlərin 50 faizdən çoxu siyasi məhbuslar və repressiyaya məruz qalanlar olub.
“Karlaq” dünyanın ən böyük məhbus düşərgələrindən biri olaraq, eyni zamanda ən çox işgəncə metodlarının tətbiq olunduğu cəzaçəkmə müəssisəsi olub.

1937-ci ildən başlayaraq düşərgədə xidmət edən əməkdaşlara qarşı “NKVD” tərəfindən daha sərt tələblər qoyulub. “Karlaq” Nikolay Yejovun ən “sevimli” məkanlarından birinə çevrilib. Komissar olduğu müddətdə Yejov üç dəfə düşərgəyə gəlib. Komissarın düşərgəyə hər gəlişi bir neçə “Karlaq” əməkdaşının güllələnməsi, bir neçə nəfərin isə vəzifəli şəxs statusundan məhbus statusuna keçməsi ilə nəticələnib.

27 iyul 1959-cu ildə “Karlaq”ın fəaliyyəti dayandırılıb. Düşərgənin balansında olan binalar ayrı-ayrı təşkiatlara verilib. Yalnız bir bina Qazaxstan Daxili İşlər Nazirliyinin balansına salınıb.

Düşərgənin əsas inzibati binasında isə Repressiya Qurbanları Muzeyi yaradılıb. (musavat.com)

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib