"Azərbaycanın dövlət başçısı Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi" - Keçmiş səfirimiz İlham Əliyevin Ukraynaya səfərini şərh etdi

15 yanvar, 2022 14:39

Ukraynanın maliyyə nazirinin müşaviri, Harvard Universiteti nəzdində fəaliyyət göstərən Qara Dəniz Təhlükəsizlik Proqramı Mərkəzinin geosiyasi risklər üzrə analitiki, Azərbaycanın Ukraynadakı keçmiş səfiri Azər Xudiyev Prezident İlham Əliyevin bu ölkəyə səfəri ilə bağlı Demokrat.az-ın suallarını cavablandırıb.

Müsahibəsində keçmiş səfir Azər Xudiyev bildirib ki, Azərbaycan Ukrayna münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyur.

Azər Xudiyevin Demokrat.az-ın suallarına cavabını təqdim edirik:

— Azər müəllim, Prezident İlham Əliyevin Ukraynaya səfərinin əhəmiyyətini necə dəyərləndirirsiniz?

— Öncə onu qeyd etmək istəyirəm ki, Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin kökü zəngin tarixə söykənir. Tarixin bütün dönəmlərində istər ölkələrimiz, istərsə də xalqlarımız arasında sıx dostluq və qardaşlıq münasibətləri mövcud olub. Hətta belə deyərdim ki, xalqlarımız tarix boyu müstəqillik əldə etmək, öz talelərinə sahib çıxmaq  üçün oxşar və  məşəqqətli yollar keçiblər. Tarix boyu hər iki xalqın düşünən beyinləri, deyən dilləri imperiya dövlətləri tərəfindən kəsilib. Onların müstəqilliyə gedən yollarına daim daş, kəsək atılıb.  Bütün bunlara baxmayaraq hər iki xalq müstəqilliklərinə qovuşmaq üçün ölüm-dirim savaşına qatılıb, nə qədər çətin də olsa öz istəklərinə qovuşublar. Bu baxımdan xalqlarımızın tale oxşarlıqları arasında tarixi paralellər mövcuddur. Baxın, istər 1918-ci ildə, istərsə də 1991-ci ildə ölkələrimiz bir-birinin dövlət müstəqilliklərini tanıyan ilk ölkələr sırasında olublar. Heç də təsadüfi deyil ki, bu gün Azərbaycanla Ukrayna beynəlxalq arenada strateji tərəfdaşlar kimi tanınırlar.

Əlbətdə dünən gün Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Ukraynaya iş güzar səfəri ölkələrimiz arasında mövcud olan tarixi əlaqələrin daha da inkişaf etdirilməsinə dəyərli töhfələr verəcək. Bildiyimiz kimi, müstəqillik tarixini qoşa addımlayan iki ölkə arasında ötən 30 ildə iqtisadi, siyasi, elmi, hərbi texniki, energetika, kənd təsərrüfatı və bir çox sahələri özündə ehtiva edən sıx əməkdaşlıq münasibətləri qurulub. Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 860 milyon dollar dəyərindədir. Təbii ki, bu qane edən rəqəm deyil. Hesab edirəm ki, ölkə başçısının bu səfərindən sonra ikitərəfli iqtisadi əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

Səfər çərçivəsində bu dəfə əsas hədəflərdən biri də kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafına fokslanıb. Bu gün Ukrayna dünyada ən böyük aqrar ölkələrdən biri hesab olunur. Bu baxımdan Ukrayna gələcəkdə Azərbaycanın qida təhlükəsizliyinin təmin olunmasında ən etibarlı tərəfdaş ölkəyə çevrilə bilər. Hesab edirəm ki, bu dəfəki səfər yaxın gələcəkdə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini əsaslı şəkildə yüksəldəcək.

— Sizcə, keçmiş postsovet məkanında cərəyan edən geosiyasi hadisələr fonunda bu səfər Azərbaycan Ukrayna münasibətlərinə necə təsir edəcək?

— Bildiyiniz kimi, bu gün Ukrayna müstəqillik tarixinin ən  gərgin geosiyasi anlarını yaşayır. Qonşu Rusiya ilə münasibətlər pik həddinə çatıb. Hər an iki ölkə arasında aparılan informasiya savaşı real müharibəyə transfer oluna bilər. Təbiiki, belə bir həssas məqamda Azərbaycanın dövlət başçısının Ukraynaya səfər etməsi ölkəmizin etibarlı tərəfdaş kimi, nəinki sözdə,  o cümlədən praktik əməldə də Ukraynanın yanında olduğunu bir daha sübuta yetirdi. Bu, həm də dünya ölkələrinə bir mesajdır ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və  tarixin doğru tərəfindədir.

Bildiyimiz kimi, Azərbaycan region ölkələrlə qarşılıqlı əməkdaşlığın inkişafına böyük maraq göstərir. Bu baxımdan ölkəmiz Qaradəniz və Xəzər hövüzəsi ölkələri ilə iqtisadi əlaqələrin inkişafına real layihələrlə təkan verir. Regionda sabitliyin və dayanıqlı sülhün təmin olunmasına böyük töhfələr veririk. Bu gün bölgədə dost Ukraynanın qayğısı və problemləri kifayət qədərdir. Belə həssas məqamda Azərbaycanın Ukraynanın yanında olması, geosiyasi zərurətdən yox, xalqlarımız və dövlətlərimiz arasında təşəkkül tapmış dostluq və qardaşlıq münasibətlərindən qaynaqlanır. Və bu münasibətlərdən çıxış edərək demək olar ki, ölkələrimiz dünyada hadisələrin necə cərəyan etməsindən asılı olmayaraq bundan sonrada  bir birinin yanında olacaqlar.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR