"Rusiya ərazi itirməkdən qorxduğu üçün bir-birinin ardınca səhvlər edir" - Türkiyəli professor

23 fevral, 2022 10:41

“Putinin Donbasda separatçılara verdiyi dəstək Türkiyənin Kipr siyasətinə qətiyyən oxşamır”.

"Azsiyaset" xəbər verir ki, bu sözləri yenisabah.az açıqlamasında Kocaeli Universitetinin professoru İrfan Kaya Ülger deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Donetsk və Luqansk "xalq respublikaları"nın tanınması haqqında fərmanı imzalaması və bu vəziyyətin Şimali Kipr əməliyyatına bənzədiyini deməsi təəssüf doğurub:

“Putin administrasiyası BMT-nin əsas konvensiyasına və beynəlxalq hüququn əsas prinsipləri olan dövlətlərin müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə hörmət qaydasına zidd hərəkət edib. Eyni zamanda, o, imzası olan Minsk Sazişini pozaraq, faktiki Ukrayna ərazisi olan Donbasa qoşun yeridib. Bütün sivil dünya Rusiyanın bu əməliyyatını pisləyir. Rusiyada işləyən Avrasiya məktəbinin üzvləri yenidən fövqəldövlət olmaq arzusu ilə səhvə yol verirlər. Gürcüstan ərazisi olan Abxaziya və Cənubi Osetiya bu ölkədən 2008-ci ildə "ayrılıb". 2014-cü ildə Krım ərazisi ilhaq edilib. İndi bu kateqoriya aqressiv siyasətin üçüncüsü olan Donbas məsələsində də tətbiq edilib”.

İrfan Kaya Ülger qeyd edib ki, Putinin apardığı bənzətmə tarixi faktlarla üst-üstə düşmür:

“Türkiyə Kipr Respublikasının qarant dövlətlərindən biridir. 1959-1960-cı il London və Sürix müqavilələri ilə qurulan Kipr Respublikasında yunanlar və türklər, sayından asılı olmayaraq, bərabər qəbul edilib. Hər iki icmanın ümumi iradəsi dövlət institutlarının idarə olunması və təmsil olunmasına əsaslanır. Lakin 1963-cü ildə Makarios administrasiyası türkləri idarəçilikdən kənarlaşdırıb. Bundandan sonra Türkiyə qarant dövlət kimi müdaxilə etməyə çalışsa da, o zamankı ABŞ prezidenti Consonun göndərdiyi məktubla Türkiyənin Kipr türklərinin hüquq və mənafelərini qorumasının qarşısı alınıb. Türkiyənin 1974-cü ildə adaya müdaxiləsi adanı Yunanıstana bağlamaq istəyən çevrilişdən sonra baş verib. Türkiyənin Kipr türklərinin hüquqlarını, mənafelərini və həyat təhlükəsizliyini qorumaq üçün iyulun 20-də və avqustun 15-də müdaxiləsi tamamilə qanunidir və mənşəyi qarantlıqdan alır. Türkiyə müstəqil və suveren bir dövlətin daxili işlərinə və ərazi bütövlüyünə hücum təşkil etməyib. Türkiyə iki icma arasında bərabərlik əsasında federasiya yaradılması üçün BMT çətiri altında aparılan danışıqları dəstəkləyir. Ancaq yunanlar əhali baxımından çoxluq təşkil etdiklərini iddia edərək, London və Sürix müqavilələrinə zidd hərəkət edirlər. Adanın şimalında 1974-cü ildə Kipr Türk Federativ Dövləti yaradılıb və bu dövlətin adı 1983-cü ildə Şimali Kipr Türk Cümhuriyyəti olaraq dəyişdirilib. Türkiyənin Kipr türklərinin hüquq və mənafelərinin müdafiəsi beynəlxalq hüquqa uyğun olaraq imzalanmış zəmanət müqaviləsi və təsis müqavilələrinə əsaslanır. Lakin Rusiya Federasiyasının Gürcüstan və Ukrayna əməliyyatları ərazinin güc yolu ilə ilhaqını qadağan edən BMT nizamnaməsinə ziddir. Rusiya administrasiyası beynəlxalq ictimaiyyətin bu məsələdə həssaslığını nəzərə almır”.

“Yenidən fövqəldövlət olmaq arzusunun ardınca gedən Putin administrasiyasının bu kateqoriya fəaliyyətləri Bosniya serbləri və Belarusdan başqa slavyan dünyasında belə qəbul edilmir. Rusiya ərazi itirəcəyi refleksi ilə bir-birinin ardınca səhvlər edir. 1989-cu ildə Varşava Müqaviləsi Təşkilatının dağılması nəticəsində beynəlxalq aləmdə nüfuzunu itirən Rusiya 1991-ci ildə SSRİ-nin dağılmasından sonra daha da narahat olub. Rusiya Federasiyasını təşkil edən muxtar vilayətlərin və muxtar respublikaların da digərləri kimi bir gün nəzarətdən çıxacağını düşünən Rusiya bunun qarşısını almaq üçün aqressiv xarici siyasət yürüdür. Rusiyanın Mərkəzi Asiya, Cənubi Qafqaz, Suriya və Liviyadakı təşəbbüslərini bu cür qiymətləndirmək lazımdır.

Nəticədə Rusiyanın Donbas bölgəsindəki separatçı qurumları tanıması və bölgəyə qoşun yeritməsi heç bir halda Şimali Kipr türklərinin ədalətli mübarizəsi və Türkiyənin onlara dəstək verməsi ilə heç bir oxşarlıq daşımır. Putin beynəlxalq hüquqa zidd hərəkətlərini qanuniləşdirmək üçün həyatın reallıqlarına uyğun gəlməyən nümunələr təqdim etməyə çalışır. Nəhəng sanksiya dalğası ilə üzləşəcək Rusiya Administrasiyasının gələcəkdə də oxşar addımlar atması mümkün görünmür”, - deyə mütəxəssis yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR