Feminizm bizi hara aparır? - Qərbin özünün imtina etdiyi "dəyərlər..."

10 mart, 2022 11:25

Feminizm boşanmaları, homoseksuallığı, tarixi-mental və dəyərlərin gərəksizliyini təbliğ edir, əsas hədəflərindən biri türk-müsəlman sivilizasiyasının təməl prinsiplərinin sarsıdılması və ölkədə cinslər arasında bərabərlik adı altında patriarxal cəmiyyəti məhv etməkdir.

Mart ayının 8-də feministlərin Bakının mərkəzində “8 Marş-Susa bilmirik” adlı yürüşü keçirildi. Qadınların hüquqlarının bərpasını tələb edən, qadın qətllərinin siyasi olduğunu iddia edən feministlərin tələbləri sırasında deyilir:

“Biz Azərbaycan hökumətindən tələb edirik - İstanbul Konvensiyası qəbul edilsin!”.

Gey ideologiyasına haqq qazandırmağa yönəlmiş feminist "ixtirası..."

Avropa Şurasının “Qadınlara qarşı zorakılığın və məişət zorakılığının qarşısının alınması və onlarla mübarizə haqqında İstanbul Konvensiyası” 2011-ci ildə imzalanıb. Qadınlara qarşı şiddətin qarşısının alınması, qurbanların qorunması və cinayətkarların cəzasızlığına son qoymağı nəzərdə tutan konvensiya əslində ölkələrdə milli dəyərlərin məhvini, homoseksuallığın təbliğini və eyncinslilərin nikahının mümkünlüyünü hədəfləyir.

Məhz buna görə də 2018-ci ildə Bolqarıstan Məhkəməsi İstanbul Konvensiyasından çıxmaq barədə qərar qəbul etdi, məhkəmə bu konvensiyanın “Bolqarıstan Respublikasının Konstitusiyasına uyğun olmadığını" elan etdi. 2020-ci ildə Slovakiya Parlamenti və Milli Şurası növbədənkənar iclas keçirərək konvensiyanı birmənalı şəkildə rədd etdi. Ardınca Macarıstan və Polşa hökumətləri ən sərt şəkildə tənqid edərək konvensiyanı “milli maraqlara yönəlmiş anarxist təhdid” adlandırdılar. Bir çox Qərb ölkələri feminizmi dünyada gey ideologiyasına haqq qazandırmağa yönələn “ixtira” adlandırır. 

2021-ci ildə prezident R.T.Ərdoğanın fərmanı ilə Türkiyənin İstanbul Konvensiyasından çıxdığı elan olundu. Halbuki 2012-ci ildə bu Konvensiyanı ilk təsdiqləyən dövlət məhz Türkiyə idi.  ABŞ və Avropa Birliyi bu qərarı dəyişməyə çağırsalar da, Türkiyənin verdiyi qərarda deyilir: “Əvvəlcə qadın hüquqlarını təşviq etmək məqsədi daşıyan İstanbul Konvensiyasının, sosial və ailə dəyərlərinə zidd olan homoseksualizmi normallaşdırmağa çalışan bir qrup şəxs tərəfindən dəstəklənir. Bu səbəbdən geri çəkilmə qərarı alındı”.

Avropa ölkələrinin, eləcə də müasir tendenisayaların daha çox inkişaf etdiyi Türkiyə bundan imtina etdisə, deməli, bu konvensiya həqiqətən də milli dəyərlərin məhvinə yönəlib. Təsadüfi deyil ki, feministlər İstanbul Konvensiyasını ölkələrin kontitusiyalarından da əhəmiyyətli mərhələyə gəlib çıxmasını təmin etməyə çalışırlar.

Hətta Avropa ölkələrinin belə imtina etdiyi feminist dəyələrlərinin 2022-ci ildə - bir Şərq dövlətində, vaxtilə işğaldan əziyyət çəkən bir ölkədə təbliğ etmək, onun təşəkkül tapmasına dəstək vermək konstitusiyanı, milli dəyərləri və xalqın söykünü hədəfə almaq deməkdir.

Azərbaycanda feminizm və kişi düşmənçiliyinin prioritetləri...

Hazırda Azərbaycan Milli Məclisində 22 qadın deputat mandatı daşıyır. Statistik məlumatlara əsasən, əhalinin ümumi sayının 50,1 faizini qadınlar təşkil edir. Ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80,7 faizi, orta ixtisas təhsil müəssisələrində 78,9 faizi, ali təhsil müəssisələrində 54,7 faizi, həkimlərin 66 faizi, Elmi işçilərin 58,2 faizi qadınlardır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 8-i, müxbir üzvlərindən isə 11-i qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28,5 faiz, sahibkarlar arasında isə 21,7 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların  42,6 faizi qadınlardır.

Sual olunur, bu qadınların neçə faizi feministdir?! Feminist qadınlar işləməkdən də imtina edirlər, onlar işlədikləri müəssisələrdə aqressiv davranışlar sərgiləyir, əks cinsin nümayəndələrini alçaldır və mqəsədli şəkildə milli dəyərlərin, iş prinsiplərinin pozulmasını təmin etməyə çalışırlar. Azərbaycanda qadın komitə sədrləri, nazir müavinləri var, hüquq-mühafizə orqanlarında mühüm vəzifələrdə çalışan qadınların sayı az deyil.

Feminizm liberal, mədəni, radikal və sosialist olaraq bir neçə formada təşəkkül tapmağa çalışan cərəyandır. Bunların içərisində ən barışmaz və kəskin möqedə dayanan radikal feministlərdir ki, Azərbaycanda da məhz onlar təşəkkül tapırlar. Radikal feministlərdə kişilərə (xüsusilə, türk-müsəlman kişilərinə) qarşı spesifik aqressiya mövcuddur.  Bu düşüncə onların mənəvi atası hesab olunan Şarl Furyenin “ideyaları”ndan qaynaqlanır. Kişilər də feminist ola bilər, ancaq belə kişilərin kimliyinin müşahidəsi feminizmin transseksuallığa olan himayəçi missiyasını ortaya çıxarmış olur. Feminist kişilərin də məhz gey olması təsadüfi amil deyil. Feministlərin Azərbaycandakı fəaliyyətinin təhlili onların radikal feministlər kateqoriyasına aid olduğunu deməyə tam əsas verir.

Qərb qarşısında öhədliklər, yoxsa milli dəyərlərə sadiqlik...

“Feminizmin kontitusiyası” hesab olunan İstanbul Konvensiyasının 4-cü maddəsində deyilir:

“.... bu konvensiyanın müddəalarının həyata keçirilməsi, xüsusən qurbanların hüquqlarının qorunması tədbiri cinsiyyət, irq, rəng, dil, siyasi və ya başqa düşüncə, milli və ya sosial mənşə, milli azlıq ilə birləşmə, mülkiyyət, doğum, cinsi oriyentasiya, cinsiyyət kimliyi, yaş, sağlamlıq vəziyyəti, əlillik, ailə vəziyyəti, miqrant və ya qaçqın statusu və ya digər status kimi hər hansı bir əsasda ayrı-seçkilik olmadan təmin ediləcəkdir”.

Kifayət qədər açıq və net tələblərdir.

Heç bir öhdəlik, dünyanın ən mötəbər təşkilatları qarşısında üzərimizə götürdüyümüz rəsmi, yaxud qeyri-rəsmi öhdəliklər Azərbaycan Konstitusiyasının tələblərindən və milli-mənəvi dəyərlərimizdən vacib ola bilməz. Qərb ölkələrinin paslanmış və kökdən düşmüş yüz il öncəki “dəyərləri”ni - feminizmi müasir standart kimi cəmiyyətə sırımaq ən azı məsuliyyətsizlik və cinayətdir.

Feminizmin ərsəyə gətirdiyi tələblərdən imtina edən ölkələrin heç birində geriləmə müşahidə olunmayıb, əksinə ailə dəyərlərinin, qadın-kişi hüquqlarının bərabər qorunduğu ölkələr daha ciddi inkişafa nail olublar. Təkcə Bolqarıstan təcrübəsi göstərdi ki, feminizmə dəstək ölkədə qadın qətllərinin və boşanmaların sayını artırır. Bundan imtina isə vəziyyəti xeyli dərəcədə müsbətə doğru dəyişmiş oldu. Avropa ölkələrinin ard-arda imtina etdiyi feminizm “dəyərləri”ni, İstanbul Konvensiyasını məqsədli şəkildə ölkəmizdə təbliğ edən kimlərdir, bu antimilli projenin arxasında kimlər dayanır? Travmalı, cinci bəlli olmayan insanların tələblərinin konstitusion səviyyəyə qalxmasında, kişilərin cəmiyyətdə rolunun azalmasında maraqlı olan qüvvələrin ortaya çıxarılması dövlətin vəzifəsidir. Buyursun, aşkarlasın görək, ərazisi işğala məruz qalan, təkcə bir müharibədə minlərlə şəhid verən, torpaqlarını azad edən və gələcəkdə də erməni şovinizminə məruz qalacağı heç bir şübhə doğurmayan bir ölkədə kişilərin, patriarxal cəmiyyətin məhvi kimlərə lazımdır?! Məgər orta təhsil müəssisələrindəki problemlərin, şagird-müəllim münasibətlərinin faicəvi hal almasının əsas səbəblərindən biri də orada patriarxal dəyərlərin məhvi deyil?!

Feminizm daha çox hansı qurumları hədəf seçir?

Feminizmin və onların ictimai müdafiəsinə qalxan ayrı-ayrı şəxslərin, müxtəlif qrupların fəaliyyətinin təhlili gösərir ki, əsas məqsədləri Azərbaycanda hüquq-mühafizə orqanlarının “ictimai-siyasi dəbilqəsi”ni zədələməkdir.

Diqqət ediriksə, feministlər əsasən hüquq-mühafiə orqanlarını, ictimai təhlükəsizliyin əsas təminatçılarından olan polis orqanlarını hədəfə alır. Çünki ictimai asayişi qoruyan məhz bu qurumlardır və ictimai dağınıqlığa nail olmaq üçün ilk növbədə bu orqanları nüfuzdan salmaq lazımdır. Nüfuzdan düşən dövlət orqanları sabitliyi, asayişi də bərpa edə bilməz. Sabitliyin olmadığı yerdə isə istənilən şəkildə təşəkkül tapmaq mümkündür. Bu baxımdan hüquq-mühafiz orqanlarının imicinin qorunması, onlara qarşı ictimai rəğbət hissinin  güclənməsi prioritet təşkil etməlidir.

Eyni zamanda, bu qurumların özləri imiclərini qoruyub saxlamaq üçün ən xırda qanunsuzluğa belə imza atmamalıdır. Son günlər ayrı-ayrı şəxslərin mqəsədli şəkildə hüquq-mühafizə orqanlarının rəhbərlərini sosial şəbəkələrdə hədəfə alması təsadüfi deyil. Heç şübhəsiz, bütün bunlar bir mərkəzdən və vahid dirijor çubuğu ilə idarə olunurlar.

Diqqət çəkən məqamlardan biri ölkədə feminizmin, geylərin, transeksualların təbliğini həyata keçirən şəxslərə ciddi dəstəyin verilməsidir. Hətta onların bir neçə mühüm vəzifələrə də təyin olunublar.

Müəllif: Samir Feyruzov

19 dekabr

11:07 - Erməni jurnalistin Azərbaycanla bağlı sualına Zaxarovadan cavab11:01 - Almaniya Avropa İttifaqından çıxır? - "Bloomberg" nəşri10:58 - "Suriya Əfqanıstan kimi olmayacaq" - Colani

17 dekabr

16:06 - Fəzail Ağamalıya 6 ay vaxt verilib...15:57 - Bakıdakı erməni separatçılardan xəbər var - Məhkəmələri başlayır15:49 - Boşanmaların sayı dəyişməyib - Evlənənlər azalıb

16 dekabr

13:59 - Türkiyədən Naxçıvana ikinci qaz xətti çəkiləcək13:45 - Dəməşqdə kritik toplantı... - "Yeni Şafak" yazır13:40 - Parlament gələn ilin büdcəsini qəbul etdi

13 dekabr

14:37 - Deputat tikinti şirkətlərində qanunsuzluqlardan danışdı...14:35 - Zəngəzur dəhlizi ilə bağlı ümumi anlaşma əldə olunub 14:24 - "Zəngəzuru İran qoruya bilər, o da Suriyada elə zərbə aldı ki…" - Rusiyalı politoloq14:22 - Milli Məclisin fasad örtüyünün yuyulması üçün 65 min manat ayrılıb

12 dekabr

15:05 - Ölkədə nə qədər qazi işlə təmin olunub? - VİDEO10:59 - "Bu, Ukrayna üçün xoşbəxtlik yox, xəyanətdir" - Slovakiya Baş naziri10:55 - "SSRİ sərhədlərini tanımamaq dövlətçilikdən imtinadır" - Paşinyan10:50 - Azərbaycanın Türkiyəyə yatırdığı investisiya 10 dəfə azalıb

10 dekabr

18:22 - Azərbaycan təhlükəsizlik orqanları niyə hədəfə alınıb? - VİDEO15:47 - "İran Ermənistana kömək etməyəcək" - Hrant Baqratyan 15:32 - "MİDA-nın sistemi güvən yaratmaq əvəzinə şübhələr doğurur" - Ekspert15:29 - Agentlik bu şirkətdən 567 min manata 14 ədəd minik avtomobili alır

09 dekabr

13:20 - Azərbaycan dollar satışı niyə artıb?13:14 - Rusiyadan müttəfiqlərinə çağırış - "Hazır olun"13:11 - Azərbaycanın Suriyadakı sonuncu səfiri...13:06 - Veysəloğlu Şirkətlər Qrupu ölkəmizə daha bir irihəcmli xarici investisiya cəlb etdi13:04 - Muxtar Babayev ov sezonunu niyə açmır?

06 dekabr

12:32 - Sülh danışıqları dalana dirənib?12:30 - "Ermənistan Azərbaycandan üzr istəməlidir" - Korotçenko12:25 - Fernandu Santuş Millidən göndərilir?

05 dekabr

14:35 - Fələstinlilər Qəzzadan çıxarılır? - Plan açıqlandı