Azərbaycan üç ölkədən taxıl alır, onlardan ikisində müharibə gedir

12 mart, 2022 22:43

Buğdanın bir buşelinin (1 buşel = 60 funt və ya 27,2 kq) qlobal qiyməti 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Buğdanın may fyuçerslərinin qiyməti Çikaqo birjasında 7,1 faiz artaraq bir buşelə görə 10,59 ABŞ dollarına çatıb ki, bu da 2008-ci ilin mart ayından bəri qeydə alınan ən yüksək göstəricidir. Qiymətlərin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi səbəbindən tədarükdə fasilələrin yaranacağı narahatlığı fonunda yüksəldiyi qeyd edilir.

İqtisadçı Xalid Kərimlinin kaspi qəzetinə verdiyi açıqlama:

Azərbaycanın buğda idxal etdiyi 3 əsas ölkə var. Ukrayna, Rusiya və Qazaxıstan. Yəni buğda aldığımız iki ölkə hazırda müharibə edir. Əsas ixracatçılarımız olan ölkələrin müharibə apardığı dövrdə buğda tələbatını necə ödəyəcəyik? Bu, çörəyin, ümumilikdə un və un məmulatlarının qiymətində yenidən artıma səbəb ola bilərmi? Çünki ilin əvvəlində çörəyin qiymətində bir dəfə artım qeydə alınmışdı.

İqtisadçı Xalid Kərimli deyir ki, Rusiya və Ukrayna dünyada taxıl ixracında böyük paya malik ölkələr olduğu üçün onlar arasındakı gərginlik qiymətlərə öz təsirini göstərməli idi:

“Rusiya və Ukraynanın dünyanın taxıl ticarətində böyük payı var. Bu gün Rusiya dünya taxıl ixracının 18 faizini həyata keçirir. Bu rəqəm 2018-ci ildə 25 faiz idi. Yəni Rusiya dünyanın ən böyük taxıl, buğda ixracatçısıdır.

Ukrayna da dünyanın 5-ci ən böyük ixracatçısıdır. Dünya taxıl ixracında 7,5 faizlik paya sahibdir. İki ölkə bir yerdə dünya taxıl ixracının 25-30 faizini təmin edir. Kifayət qədər böyük paya malikdirlər və bu gərginlik buğdanın qiymətinə təsir göstərməli idi”

X.Kərimlinin sözlərinə görə, Rusiya və Ukrayna arasındakı konflikt genişləndikcə, bu, qiymət artımı prosesində də müşahidə ediləcək:

“Ukrayna və Rusiya buğda ticarətini, əsasən, Qara dəniz üzərindən həyata keçirir. Hətta Ukraynada bu rəqəm 95 faizdir. Ukrayna Qara dənizdə ticarətini Xerson, Odessa limanları üzərindən aparırdı. Rusiya artıq Xerson şəhərini tutub.

Bu liman vasitəsilə Ukraynanın Qara dənizə çıxışı məhdudlaşır. Bütün bunlar da buğda qiymətlərinin yüksəlməsi təhlükəsini ciddi surətdə artırır. Konflikt genişləndikcə bu proseslər də dərinləşəcək. Amma müharibə qısa müddətdə dayanarsa, qiymətdə müəyyən qədər ucuzlaşma qeydə alına bilər”.

X.Kərimli bildirdi ki, Azərbaycan buğdanı, əsasən, Rusiya, Qazaxıstan və Ukraynadan idxal edir. Ancaq əsas asılılıq Rusiyadandır:

“Azərbaycanın buğda idxalının azaldılması ilə bağlı müəyyən planları var idi. Onlardan biri də Ukraynada ərazilər icarəyə götürüb buğda əkilməsi idi. Hazırda ərazidə konflikt var, ona görə o plan müəyyən müddət təxirə salınacaq.

Ümumi buğda idxalımızda Rusiyanın payı 98-99 faizdir. Düzdür, Rusiyanın ərazisində müharibə getmir. Amma Rusiyaya qarşı sanksiyalar qiymətləri artırır. Bu konflikt uzandıqca daha az məhsul dünya bazarlarına çıxarılacaq və qiymətlər də artacaq”.

İqtisadçı qeyd etdi ki, buğdanın qiymətinin kəskin artması un və un məmulatlarının da qiymətində öz əksini tapa bilər:

“Bahalaşmış un, buğda qiymətləri un, çörək məhsullarının qiymətini artıra bilər. Hökumət 2022-ci ildən un məhsullarının idxalına heç bir subsidiya vermir. Tətbiq etdiyi güzəştlər də indiki qiymətlərdə öz əksini tapıb. Dünya buğda, taxıl bazarında baş verən qiymət artımlarını mağazaların piştaxtalarında hiss edəcəyik”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR