Azərbaycan-İran anlaşması - Uduzan kimdir?

15 mart, 2022 11:28

Bakı və Tehran arasında imzalanan memorandumla bağlı müxtəlif fikirlər səsləndilir. Anlaşmanın müsbət istiqamətdə şərhi daha çox reallığı özündə əks etdirir. Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan MR arasında yeni kommunikasiya bağlantılarının yaradılmasını nəzərdə tutan bu anlaşma ilə bağlı səsləndirilən tənqidi fikirlər isə tarixi, elmi və strateji baxımdan cəlbedici görünmür.

Söhbət nədən gedir?

Əvvəla, 2020-ci il 10 noyabr razılaşmasına əsasən, Zəngəzur dəhlizinin açılması Ermənistanın üzərinə öhdəlik kimi qoyulub. Bu gün İran ərazisindən keçməklə, alternativ dəhlizin açılması isə Ermənistanı Zəngəzur dəhlizi ilə bağlı öz üzərinə götürdüyü öhdəliyin məsuliyyətindən azad etmir. Zəngəzur dəhlizinin açılması hansısa ərazi məsələsini yox, Ermənistan ərazisindən keçən yol-nəqliyyat dəhlizini özündə ehtiva edir. 10 noyabr razılaşmasına əsasən, sərhədlərin demarkasiya və delimitasiya prosesi də gecikməkdədir. Ancaq proseslərin təhlili göstərir ki, razılaşmanın bəndlərinin icrasının Ermənistan tərəfindən məqsədli şəkildə yubanması İrəvanın özünün gələcəyini ciddi sual altına qoyur.

Qısa Haşiyə: Hələ ötən il - 2021-ci ilin iyul ayında Prezidentin fərmanı ilə Şərqi Zəngəzur istisadi rayonu yaradılıb. Bu amil göstərir ki, İlham Əliyev atdığı addımların bütün perspektivlərini, alternativlərini və strateji tərəflərini hesablayır.

Meorandumun tarixi əhəmiyyəti...

İlham Əliyev 100 il əvvəlki tarixi gerçəkliyi necə dəyişdi?

Təxminən 100 il öncə Rusiya Azərbaycanın imkanları hesabına Ermənistanı xilas edərək özünə “oyuncaq dövlət” qura bilmişdi. 1918-ci ildə bizim tarixi torpağımızda özünə müstəqil dövlət qurduğunu elan edən ermənilər qısa müddət sonra Bakının hesabına özlərinə mühüm sosial-iqtisadi yaşam şərtlərini də yaratmalı oldular. Həmin vaxt Rusiya ilə imzalanan ticarət müqavilələrindən də ən çox faydalanan elə ermənilər idi. Ermənilər Azərbaycanın iqtisadi bazarda yaratdığı güzəştli şərtlərdən və Azərbaycan-Gürcüstan-Rusiya arasındakı iqtsiadi əlaqələrdən nəfəslik kimi istifadə edirdilər. Onlar xüsusilə kerosin, mazut sahəsinə, eləcə də əvvəllər ixracı qadağan olunan, daha sonra isə ixracına icazə verilən Azərbaycan məhsullarının xarici bazardakı (xüsusilə, Rusiyada yaşayan ermənilər) satışından ciddi mənfəət əldə edirdilər.

İndi Ermənistan 100 il sonra Azərbaycanın yaratdığı imkanlardan yararlanmaq istəmir. Amma ona görə yox ki, alternativ planları var. Prosesləri məqsədli şəkildə gecikdirməklə özünün “ehtiyac limiti”ni arıtmağa çalışsa da, bu, əks effekt verdi. Azərbaycan dəhliz əldə etdi.

Bu, Rusiya-Ukrayna müharibəsi fonunda Moskvanın sarsıdıcı sanksiyalar məruz qalması Ermənistanın gələcəyinin hansı imkanlar hesabına qurulacağı ilə bağlı digər ehtimalları da dərin şübhələr altına qoyur.

Biz istəyirik ki, Ermənistan sülh müqaviləsinə imza ataraq öz üzərinə öhdəliklər götürsün, Qarabağa olan iddiasından birdəfəlik əl çəksin, ərazi bütövlüyümüzü rəsmən tanısın, dəhliz açılsın və regional layihələrdən faydalana bilsin. 30 il ərzində Azərbaycanın torpaqlarını işğal altında saxladığına görə, Ermənistan problemlər məgənəsində boğulmalı oldu. İndi Ermənistan daha bir irtica siyasət - “nasist imtina mədəniyyəti” ortaya qoyur.

Yəni razılaşmanın bəndlərini icra etməkdən və sülh müqaviləsini imzalamaqdan yayınmaqla, növbəti mərhələdə özünü regional layihələrdən, gəlirlərdən kənarda qoyur. Əslində bu hal bizi qane edirmi? Edir! Dəhliz açılsa, Ermənistan bundan faydalanıb güclənəcəkmi? Heç şübhəsiz! Ermənistanın güclənməsi bizim ziyanımızadırmı? Bəli! Əslində bizə dəhliz lazım idi, onu da əldə etdik.

Ən əsası, İran-Azərbaycan memorandumu Tehranı İrəvandan tamamilə itələyəcək. Halbuki Bakı-Tehran münasibətlərinin pisləşməsi həmişə İrəvanın əsas hədəflərindən olub.

Bu günkü şərtlər, baş verən hadisələr və Bakının atdığı addımlar Azərbaycanın strateji maraqlarına tam cavab verir və bu, Prezident Əliyevin tarixi gerçəklikləri dərindən bilməsinin, ölkənin gələcək inkişaf strategiyasını tarixi, elmi və qlobal əsasda qurduğunun bariz nümunələrindən biridir.

İran-Azərbaycan arasındakı yeni anlaşma ilə:

- Azərbaycanın yeni qlobal münasibətlər sisteminə daha bir iqtisadi layihə (dəhliz) ilə daxil olur. Deməli, böyük imkanlar hələ qarşıdadır.

- Azərbaycan Avropaya elektrik enerjisi ixrac etmək imkanı da qazanır

- Tehran İrəvandan qopur

- Azərbaycanın əsas hissəsinin Naxçıvanla yeni inteqrasiyası təmin edilir

- Naxçıvan blokadan çıxır

- Ermənistan növbəti dəfə regional layihələrdən kənarda qalır. Bu, Ermənistanda dərin sosial problemlərin yaranmasının yeni mərhələsini başladacaq. İrəvanın zəif olması bizim strateji tələblərimizə cavab verir. Belə olacağı təqdirdə İrəvanı sülhə məcbur etmək də asanlaşacaq.

- İki qitə - Asiya ilə Avropa arasında daha əhəmiyyətli daşınma dəhlizi yaranır. Bu, Azərbaycanın strateji əhəmiyyətini daha da artırır və sə.

Müəllif: Samir Feyruzov

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI