Vyetnam və Ukrayna ideoloji oxşarlığı: Yeni modellər - Şərqin məhv edilən sivilizasiyası

18 mart, 2022 12:08

ABŞ və Rusiyanın Ukrayna ərazisində apardığı müharibənin 23-cü günüdür. Müharibənin müddəti uzandıqca dünyadakı “Böyük güc”lərin əsl məqsədləri daha çılpaq görünür. Ukrayna ətrafındakı müharibə digər dövlətlərin Qərblə Rusiya arasındakı seçim etmələrini də sürətləndirir, bununla yanaşı, imkanlar da azalır.

Ancaq azsaylı ölkələrdən biri də Azərbaycandır ki, Rusiya-Ukrayna müharibəsi ilə bağlı ortaya sivil, praqmatik və milli hədəflərə hesablanmış mövqe qoyub. Nə yaxşı ki, Azərbaycanın xarici siyasət kursunun qurulduğu “milli baza” dövləti hər hansı populist və tələsik qərarvermə imkanlarından məhrum edib.

Bu günkü situasiyada Ukrayna xalqının taleyi bir çox paralellərdə Azərbaycan xalqının taleyi ilə üst-üstə düşür. Buna görə də ictimai dəstək məhz Rusiyanın yox, Ukraynanın yanındadır. Heç şübhəsiz, dövlət öz siyasətini strateji qərarlar üzərində həyata keçirməyə məcburdur. Bu baxımdan Ukrayna müharibəsi ilə bağlı Azərbaycan dövlətinin və xalqının tutduğu mövqe tam ədalətlidir.

Ukrayna və Vyetnam müharibəsi arasında ideoloji oxşarlıq...

Vyetnam müharibəsinin əsas səbəblərindən biri Asiya qitəsində getdikcə sürətlə yayılan kommunist ideologiyasının qarşısını almaq idi. 28 min əsgərini Vyetnamda itirən ABŞ-ın əsas tələbi nə idi? Vyetnamda ən sərt üsullarla kommunist-rus ideologiyasından imtina edilməlidir.

Müharibə zamanı SSRİ Vyetnama 15 milyard dollarlıq yardım etmişdi. Moskva Vyetnam ordusunu müxtəlif silahlarla təchiz edirdi. 1973-cü il müharibənin sonuna qədər ABŞ Vyetnamda 7 milyon ton bombadan istifadə etmişdi. ABŞ Vyetnamda məğlubiyyətə uğradı. Amma hərbi itkilərinə görə ABŞ-ı məğlub adlandırmaq sadəlövhlük olardı, müharibənin sonunda bütün Vyetnamda kommunizm qələbə qazandı, ABŞ-ın məğlubiyyətini detallı incələyən də məhz bu amildir.

1979-cu ildə SSRİ Əfqanstana hücum edərkən (on illik müharibə) ABŞ Əfqanıstana milyardlarla dəyəri olan yardım-silah göstərdi, SSRİ-nin süqutunu sürətləndirən amillərdən biri də Əfqanıstandakı məğulibiyyət idi.

İndi Rusiya Ukraynaya hücum edib, Rusiyanın Urkaynaya hücumun əsas səbəblərindən biri orada sürətlə “Qərb dəyərləri”nin (“demokratiya”nın), rusofobiyanın qarşısının alınmasıdır.

Hazırda ABŞ Ukraynaya milayrdlarla yardım ayırır, bu yardımların 90%-i hərbi sektora yönəlib.

Nəticənin necə olacağı ilə “Axilles planı” tərtib etməyə gərək yoxdur. Rusiya və ABŞ-ın poliqon olaraq seçdikləri heç bir ölkə indiyə qədər dirçələ bilməyib.

Vyetnam müharibəsinin nəticəsi olaraq, ABŞ qoşunları Vyetnamı tərk etdi. Rusiya qoşunları da gec-tez Ukraynanı tərk edəcək, amma hansı şərtlərlə!?

Rusiyanın məqsədi Ukraynanı işğal etmək yox, bu dövləti hərbi təcavüz yolu ilə bütövlükdə Moskvanın orbitinə çəkməkdir. Əgər bu mümkün olmayacaqsa, ən pis halda Ukraynanın şərqində hələ uzun müddət Rusiya öz hökmranlığını quracaq.

İsveç və Avstriya modeli...

Moskva Ukraynada sülhün təmin edilməsi üçün “İsveç və Avstriya modeli”nin məqbul hesab edir. Söhbət İsveç və Avstriya kimi Ukraynanın da NATO-ya üzv olmayacağının təminatından gedir. NATO-nun ən böyük hərbi gücü hesab olunan Türkiyə bir neçə il öncə Avstriyanın NATO ilə əməkdaşlığına veto qoymuşdu. On illərdir Türkiyənin Avropa İttifaqına üzvülüyünü mane olan əsas dövlətlərdən biri də məhz Avstriyadır. Avstriyanın NATO-dan kənarda saxlanılması Türkiyənin strateji hədəfləri daxilindədir. Türkiyə rəhbərliyi Avstriyanın antitürk mövqeyini dəfələrlə tənqid edib.

Artıq Ukrayna prezidenti V.Zelenski deyir: “NATO-ya daxil ola bilmərik. Bunu etiraf etəliyik. Ukrayna NATO-nun 5-ci maddəsini aktivləşdirmək niyyətində deyil”.

Bəs həmin 5-ci maddə nədir?

Bu maddə “kollektiv müdafiəni “(NATO -nun bir üzvünə edilən hücumun onun bütün üzvlərinə hücum olduğunu özündə ehtiva edir) nəzərdə tutur. Hətta Bayden bu maddəni “müqəddəs öhdəlik” də adlandırmışdı. Maraqlıdır ki, NATO-nun (üzv 30 ölkənin) hərbi xərcləri dünya üzrə bütün ölkələrin hərbi xərclərinin 72%-dən çoxdur.

Qərb-Şərq sivizilizasiyalarının müharibəsi...

ABŞ dünyanın (Şərqin) ən qədim və ən böyük mədəniyyət beşiyini - Mesopotomiyanı darmadağın etdi...

Ukrayna ərazisində aparılan Rusiya-ABŞ müharibəsini Şərq və Qərb mədəniyyətləri arasındakı savaş kimi də qiymətləndirmək olar.

Düşündürcü məqamdır: Niyə Avropada, Amerika materikində heç bir müharibə baş vermir? Bütün müharibələr niyə məhz Şərq ölkələrində reallaşdırılır? Dünyanın ən kövrək və misilsiz sivilizasiya mərkəzlərini  - İraqı, Suriyanı darmadağın edib terrorçular üçün məskənə çevirməkdə əsas məqsəd Şərq mədəniyyətini məhv etmək deyil!?

İran Ali dini lideri bir müddət əvvəl tələbənin “Qərb İranla niyə müharibə edir?” sualını belə cavablandırmışdı: “Onlar istəyir ki, biz onların mədəniyyətini qəbul edək, o mədəniyyətlə yaşayaq. Amma bizim öz mədəniyyətimiz var”.

ABŞ silah bazarı..

Birinci Dünya Müharibəsi zamanı ABŞ müharibəyə ən gec qoşulan (1917-ci il) dövlətlə oldu. Uduzan tərəfləri silahlandırıb, özündən borclandırdı və onların qələbəsini təmin etdi. İkinci Dünya Müharibəsinə 1941-ci ildə qoşulsa da, 1944-cü ildə Qərb cəbhəsinin açılması ilə ölkələrin bütün hərbi resursları tükənəndən sonra müharibənin taleyini həll etməyə başladı, yeni silah bazarı açdı, nəticədə məğlublar qalibə çevrildi. Bu gün, 2030-cu ilə qədər nüvə qüvvələrini yeniləmək üçün ABŞ büdcədən 1,2 trilyon dollar xərcləyəcək.

2018-ci ildə Stokholm Dünya Problemlərinin Araşdırılması İnstitutu (SIPRI) silah ixracınının statistikasını təqdim etmişdi: “Ötən beş ildə ABŞ-ın silah bazarında payı 4 faiz artaraq 34 faiz təşkil edir. Silah ixracı üzrə ən böyük beş ölkə ABŞ, Rusiya, Fransa, Almaniya və Çindir.  ABŞ-ın əsas müştəriləri Səudiyyə Ərəbistanı (tədarüklərin 18 faizi), BƏƏ (7,4 faiz) və Avstraliyadır (6,7 faiz). Rusiyanın payı isə əksinə 4 faiz azalaraq 22 faizə düşüb”. ABŞ ordusu Əfqanıstanı tərk edəndə sonra “Taliban” üçün bir neçə böyük böyük cəbhəxana saxladı. 

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR