Jalə Əhmədova kimdir?- ABU-dan parlamentə uzanan yol - Tanımadığınız deputatlar silsiləsindən

04 avqust, 2020 12:01

Milli Məclisdə bir çox deputatlar var ki, onlar cəmiyyətdə bir o qədər də tanınmırlar. Şübhəsiz ki, deputatların qarşısında cəmiyyətdə daha çox tanınmaq kimi bir şərt, kriteriya qoyulmayıb. Lakin hər hansı bir bölgəni təmsil edən, həmin bölgənin əhalisini qanunverici orqanda təmsil edən şəxsin ictimaiyyət arasında tanınması bir çox hallarda vacibdir. Deputat həm də ictimaiyyətçidir, ictimai xadimdir. Deputat təkcə parlamentdə deyil, seçildiyi bölgəni həm də cəmiyyətdə təmsil etməli, ölkədə, regionda baş verən hadisələrə öz münasibətini ifadə etməyi bacarmalıdır. Deputat məmur deyil, o, seçildiyi rayonun bütün ictimai-siyasi, sosial-iqtisadi həyatı ilə bağlı öz fəaliyyətini cəmiyyətə açıq etməlidir. Deputatların KİV-lərdə, müxtəlif tədbirlərdə çıxışları görünməlidir, bu, həm də əlçatanlıq baxımından mühüm məsələdir.

Məsələn, Milli Məclisin VI çağırış deputatı Jalə Fərhad qızı Əhmədova insanlara tanış, məşhur sima deyil. Demək olar ki, Azərbaycan cəmiyyəti onu tanımır, hər hansı fotosunu insanlar arasında, KİV-lərdə, efirlərdə “Bu kimdir?” təqdim etsək, insanların böyük əksəriyyəti onu tanımayacaq. J.Əhmədova növbədənkənar parlement seçkilərində (2020-ci il 9 fevral) 59 saylı Salyan seçki dairəsindən parlamentə üzv seçilib. Bu, onun ilk deputatlıq təcrübəsidir. Qısa da olsa, onun tərcümeyi halı ilə sizi tanış edək:

Jalə xanım 1981-ci ildə anadan olub, 2002-ci ildə Azərbaycan Beynəxlalq Universitetini (ABU), 2012-ci ildə isə BDU-nu bitirib.  "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, “Unibank” və “Texnikabank”da baş mütəxəssis, Bakı Appelyasiya Məhkəməsində  hakim köməkçisi, Energetika Nazirliyində şöbə müdirinin müavini vəzifələrində işləyib.

J.Əhmədova Xüsusi Dövlət Mühafizə Xidməti ləğv olunana qədər (3 mart 2020-ci il) orada baş hüquqşünas vəzifəsində çalışırdı. Həmin tarixdə XDMX ləğv edildikdən sonra yerində 3 yeni qurum yaradıldı. Jalə xanımın hazırda həmin qurumlardan hər hansı birində işləyib-işləmədiyini isə bilmirik.

J.Əhmədova həm də “Vinq Çun” döyüş sənəti federasiyasının təsisçisi və I-ci vitse-prezidentidir. Ailəlidir, 2 övladı var.

Hazırda sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, bu baxımdan deputatların sosial şəbəkələrdəki aktivliyi həm dövlət, həm cəmiyyət üçün xeyirli addım olardı. Təəssüf ki, Jalə xanımın fəaliyyətində bu baxımdan da ürəkaçan mənzərə yoxdur. Onun “Facebook” səhifəsində cəmi 1553 izləyici var. Son paylaşım isə, 3 gün öncə Qurban bayramı ilə bağlı olub. Ondan öncə iyulun 24-də paylaşım edib. Digər paylaşımları da şablon mətnlər üzərində qurulub. Eyni zamanda, səhifəsində deputatın fəaliyyətini ətraflı ifadə edən paylaşımlar da gözə dəymir. Gənc bir deputatın sosial şəbəkələrdə xitab kütləsinin 1553 nəfər olması, heç də yaxşı hal deyil. Bu, seçildiyi dairədə bir məhlədə yaşayan əhalinin sayından da az rəqəmdir. 

J.Əhmədovanın ara-sıra, mövsümi çıxışlarının şahidi oluruq, onu da bəzi rəsmi saytlarda. Məsələn, ölkədə, regionda baş verən hadisələrlə bağlı Jalə xanımın fikirlərini öyrənmək xoş olardı. Görək, 39 yaşlı xanım deputat öz karyerasını bank sistemindən Energetika Nazirliyinə, xüsusi xidmət orqanına, idman cəmiyyətinə, oradan da qanunverici orqana qədər necə inkişaf etdirə bilib!? Maraqlı olardı.

AZSİYASƏT.COM

 

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"