Bir gündə 1.5 milyon manat: Pulla "suvarılan" şoran torpaqlar...

12 mart, 2021 11:44

Neftçala Suvarma Sistemləri İdarəsi bir gündə 7 tenderin qalibini elan edib.

Azsiyasət.com yenisabah.az-a istinadən xəbər verir ki, elan olunan tenderlərin ümumi məbləği 1.5 milyon manatdan çoxdur.

İdarənin 3 nov kanalının əsaslı təmiri işlərinin satın alınması tenderini "Sabirabad Dəmir Beton" ASC qazanıb. İşin maaliyyə dəyərinin 200 min 993 manat olduğu qeyd edilib. Uzunbabalı nov kanalının əsaslı təmiri işlərinin satın alınmasını da eyni şirkət qazanıb və bu işə görə idarə tərəfindən 177 min 997 manat ödəniləcək.

289 min 229 manatlıq suvarma kanallarının və çay məcralarının lildən təmizləmə işlərinin satın alınmasını isə Neftçala Melioservis İdarəsi əldə edib.

2 aqreqatlı Xoltəzəkənd nasos stansiyasının (n/st binası, təzyiq qurğusu, giriş –çıxış boru xətti) əsaslı təmiri işlərinin satın alınmasını (71 min manat), Cari və əsaslı təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınmasını  (234 min 767 manat), Nasos, mexaniki və elektrik avadanlıqlarının təmiri üçün ehtiyat hissələri və materialların satın alınmasını (285 min 054 manat), Mexanizmlər və nəqliyyat vasitələrinin təmiri üçün ehtiyat hissələri və materialların satın alınması (280 min 345 manat) tenderlərinin qalibi isə "Sevinc-96" MMC elan edilib. "Sevinc-96" MMC bir gündə ümumilikdə 871 min manatlıq tender udub.

Aparıcı fəaliyyət sahəsi kənd təsərrüfatı olmayan bir rayonda bir gündə suvarma sistemləri ilə bağlı ümumi məbləği 1.5 milyon manatdan çox olan 7 tenderin keçirilməsi müəyyən şübhələr yaradır. 

Xatırladaq ki, prezident İlham Əliyev son çıxışlarında dövlət satınalmalarında şişirdilmələrə yol verildiyini deyib və bu sahəyə ciddi nəzarətin olması haqda tapşırıq verib.

Onu da xatırladaq ki, Neftçala rayonunun keçmiş icra başçısı İsmayıl Vəliyev bir il bundan əvvəl korrupsiya ittihamı ilə öz xidməti kabinetində həbs olunub. Onunla bərabər rayonda bir sıra vəzifə sahibləri də qandallanaraq paytaxta gətirilmişdi.

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"