Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı
09 sentyabr, 2020 14:33
AZSİYASƏT.COM vətəninfo.az-a istinadən xəbər verir ki, Ramiz Mehdiyevin biznes ortağı Azay Möhlətov ölkədən qaçıb. A.Möhlətov "AF Holdinq Şirkətlər Qrupu"nun ("AF Hotel & Aqua Park", "Uğur-97" və s. şirkətləri) prezidentidir. O, həmçinin Azərbaycan Memarlar Birliyinin üzvüdür.
Bildirilir ki, A.Möhlətov R.Mehdiyevlə bağlı baş verən hadisələrdən sonra müalicə adı ilə Almaniyaya gedib.
Qeyd edək ki, "Boz kardinal"ın qeyri rəsmi "kassası" hesab esilən A.Möhlətov bank sektorunda da əsas "boss"lardan birinə çevrilib və "AFBank" onun nəzarətindədir. O, R.Mehdiyevin biznes imperiyasında ən əsas adamlardan biri hesab olunur.