“SAB”dan daha bir şikayət: Kolbasadan millçək çıxdı - FOTOLAR

11 sentyabr, 2020 01:10

Son zamanlar “SAB” ət məhsulları firmasına məxsus olan kolbasa və sosislər haqda saysız-hesabsız şikayətlər sosial şəbəkələrdə paylaşılır.

Azsiyasət.com xəbər verir ki, onlardan biri də “Bravo” marketdən alınan kolbasa məsuludur. “SAB”a məxsus kolbasa alan Orxan Hüseynli adlı müştəri  kolbasanı doğradıqda, gördüklərindən dəhşətə gəlib. Kolbasanın içindən milçək çıxıb:

“DİQQƏTLİ OLUN! "Bravo" marketdən doğradaraq "SAB" kolbasası aldım. Evə gəldim, uşaq dedi ata, kolbasanın içində nəsə var, diqqətlə baxdım ki, milçəkdir. Ürəyimiz ağzımıza gəldi, Allahdan uşaqlar diqqətlidir ki, yeməyib. Marketə şikayət etdim, istehsalçı firma gəlsin, cavab versindedim. 2 aydı “SAB” firmasının heç vecinə deyil, heç bir məsul şəxs cavabdehlik daşımır. Telefonlarına heç bir halda cavab verilmir. Zaman itirmədən Qida Təhlükəsizlik Agentliyinə bildirdim. Dedilər araşdırılıb cavab veriləcək. 2 aydan çoxdur, heç bir formada cavab verilməyib. Dəfələrlə zəng etmişəm, deyirlər cavab veriləcək. Halbuki, qanunvericiliyə əsasən, 15 gün zəruri halda 30 gün ərzində vətəndaşın müraciətinə cavab verilməlidi. Ama maraqları nədirsə, işi fırlayıb dururlar. Eləcə də marketin çağrı mərkəzi heç bir nəticəyə gətirmədi. Həqiqətən dəhşətə gəlirəm. Gündəlik kolbasanın içərisində milçək çıxıbsa əslində bütün cavabdehlər ələ ayağa düşməlidirlər. Ama bunlar o qədər rahatdırlar ki, heç işlə maraqlanmırlar belə. Mən heç kimin haqqına girməyim deyə bu qədər müddət gözlədim ki, bəlkə sivil formada açıqlama verilər və üzrxahlıq edilər. Ama olmadı. Ona görə qoy hamı bu hadisədən xəbərdar olsun ki, siz də mənim kimi kolbasada sürpriz həşəratla qarşılaşa bilərsiz”, – deyə bildirilib.

P.S. Qarşı tərəfin cavabını da yayımlamağa hazırıq.

23 noyabr

11:22 - "Putin vacib güzəşt edib": Sülh yaxınlaşırmı? - "The Washington Post"

18 noyabr

16:49 - Özəlləşdirilməsi təklif olunan dövlət müəssisələri açıqlandı16:46 - Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

01 noyabr

18:31 - Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində növbəti xeyriyyə məqsədli "Məhsul bayramı" keçirilib - FOTOLAR18:28 - Azərbaycanla sərhəddə raketlər yerləşdirildi18:26 - İran Zəngəzur dəhlizi ilə bağlı iki tələb irəli sürdü18:24 - Rusiya Türk Dövlətləri Təşkilatına qoşulmağı məqsədəuyğun sayır

23 oktyabr

18:42 - Maya dəyəri 5,7 manat olan mal əti 17 manata satılıb - Azərbaycanda heç kəs bazara nəzarət edə bilmir18:40 - Vuçiç məğlub oldu - Serbiyada ələbələr qalib gəldi18:38 - DİN və Baş Prokurorluq kafedəki qətllə bağlı məlumat yaydı

22 oktyabr

15:50 - Banklar kimlərə və niyə kredit vermir? - "Qara siyahı" ilə bağlı bilinməyənlər - ARAŞDIRMA15:47 - Ermənistan yeni Konstitusiya üçün növbədənkənar seçkiyə gedir15:45 - Paşinyan Azərbaycanla sülh sazişi üçün - Yeni tarix açıqladı15:31 - Şəhidin maaşı hələ də ailəsinə verilir - VİDEOMATERİAL

15 oktyabr

11:04 - Paşinyana sülh sazişini imzalamaq üçün vaxt verilib? 11:00 - Bakıdakı toplantının əhəmiyyəti nədir? 10:51 - Azərbaycanda bankların mənfəəti açıqlanıb

14 oktyabr

17:23 - Veysəloğlu Şirkətlər Qrupunun əməkdaşlarımızın övladları Prezident təqaüdünə layiq görülüblər

08 oktyabr

17:19 - Veysəloğlu MMC-nin Mərkəzi Sınaq Laboratoriyasının akkreditasiya sahəsi genişləndirilib - FOTOLAR

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR