Axtarışa verilən şəxslərin Azərbaycana gətirilmə proseduru necə olacaq?

14 sentyabr, 2020 10:19

Xaricdə Azərbaycan əleyhinə çıxış edənlərin tapılıb ölkəmizə gətirilməsi üçün bütün hüquqi prosedurlar həyata keçirilir, bunun üçün ilkin olaraq  beynəlxalq axtarış elan olunub.


Azsiyasət.com xəbər verir ki, “Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev modern.az-a açıqlamasında beynəlxalq axtarışa verilən şəxslərlə bağlı müxtəlif ölkələrin prokurorluq orqanlarına məlumat verildiyini bildirib.

“Bu, təkcə indiki məsələ ilə bağlı deyil. Ümumiyyətlə, axtarışa verilən şəxslərin olduqlarına şübhələr yaranan ölkələrdə saxlanılaraq, Azərbaycana gətirilməsi xahiş edilir. Axtarışa verilən şəxslər tapıldıqdan sonra onların Azərbaycana göndərilməsilə bağlı məhkəmə, bəzi ölkələrdə prokurorluq orqanları və polis qərar verir”. 

Hüquqşünasın sözlərinə görə, beynəlxalq axtarışa verilənlərin xarici qüvvələr tərəfindən maliyyələşdiyini nəzərə alsaq, həmin ölkələr onların Azərbaycana ekstradisiyasında maraqlı olmaya da bilərlər:
“Bu zaman çoxlu faktorlar rol oynaya bilər. Praktikada belə hallara rast gəlinib. Azərbaycan tərəfi xarici ölkədən hansısa axtarışa verilən şəxsin ekstradisiyasını istəsə də, bu yerinə yetirilməyib. Eyni zamanda, Azərbaycan tərəfi də ekstradisiyasına razılıq vermədiyi xarici ölkə vətəndaşları olub. Bu, situasiyanın gedişindən asılı olan məsələdir. Amma indiki halda, onlar fəaliyyətlərini nifrət cinayətləri üzərində qururblar. Eyni zamanda, ayrı-ayrı insanlara qarşı kobud münasibət sərgiləməklə yanaşı, onları şantaj edir, ölümlə hədə-qorxu da gəlirlər.

Onların Azərbaycana təhvil verilib-verilməyəcəyi barədə bəribaşdan fikir söyləmək olmaz. Azərbaycanın da qoşulduğu cinayətkarın verilməsilə bağlı ölkələrarası beynəlxalq konvensiya var. Həmçinin hüquqi yardımla bağlı respublikamızın müxtəlif ölkələrlə ikitərəfli müqavilələri mövcuddur. Həmin müqavilələrdə cinayətkarların ekstradiyası ilə əlaqəli məsələlər öz əksini tapıb. Həmçinin, Azərbaycan “İnterpol”un üzvüdür. Ona görə də həmin şəxslərin “İnterpol” vasitəsilə tapılması və Azərbaycana təhvil verilməsi mümkündür. Cinayət etməkdə ittiham olunan şəxslərin saxlanılması ilə bağlı beynəlxalq sənədlər var. Qeyd olunan məsələlər o sənədlərlə tənzimlənir. Amma əlbəttə ki, qərarlar əksər hallarda məhkəmə qaydasında olur. Məsələn, Azərbaycandan cinayətkarın ekstradiyası ilə bağlı qərarı Apellyasiya məhkəməsi verir. Bu halda hansı cür qərar veriləcək, artıq prosesin gedişində bilcəyik”.

Baş prokurorluğun yaydığı məlumata görə, Azərbaycan Respublikasının vətəndaşı 1980-ci il təvəllüdlü İsayev Elvin İltixam oğlu Ukrayna miqrasiya qanunvericiliyinin tələblərini pozduğuna görə 12 dekabr 2019-cu il tarixdə Azərbaycana deportasiya olunub:

İstintaqla müəyyən edilib ki, Elvin İsayev 2018-ci ilin əvvəllərində Azərbaycan Respublikasının vətəndaşları olmaqla hazırda Avropanın müxtəlif ölkələrində müvəqqəti məskunlaşmış Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı, Süleyman Süleymanlı və şəxsiyyətləri istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycan Respublikasını tərk etdikdən sonra, müvəqqəti məskunlaşdığı Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində özünə məxsus hesablar vasitəsilə “youtube” və “facebook” sosial şəbəkələrində Azərbaycan dilində yerləşdirdiyi video müraciətlərində, yayımladığı video görüntülərdə və paylaşımlarda hakimiyyətin zorla ələ keçirilməsi və zorla saxlanılmasına, habelə ölkəmizin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ərazi bütövlüyünün parçalanmasına yönələn ifadələr işlətməklə Azərbaycan Respublikası vətəndaşlarına müraciət edərək hakimiyyət nümayəndələrinin qanuni tələblərinə fəal itaətsizlik və müqavimət göstərilməklə kütləvi iğtişaşlar və zorakılıqlar etməyə açıq çağırışlar edib.

Qeyd olunanlara əsasən Elvin İsayev Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə) və 12.1, 34.2, 281.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar dövlət əleyhinə yönələn açıq çağırışlar etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılmaqla baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Eyni zamanda, Elvin İsayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əməllərində iştirak etmiş Orduxan Bəbirov, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev, Əli Həsənəliyev, Tural Sadıqlı və Süleyman Süleymanlı barəsində Cinayət Məcəlləsinin 12.1, 34.2, 220.2 və 12.1, 34.2, 281.2-ci maddələri ilə ayrıca icraata ayrılmış cinayət işi üzrə həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb ediliblər, Baş Prokurorluğun təqdimatı əsasında Nəsimi rayon məhkəməsinin müvafiq qərarları ilə barələrində həbs qətimkan tədbiri seçilib. 

İstintaq idarəsi tərəfindən qeyd edilən şəxslər barəsində beynəlxalq axtarışın elan edilməsinə dair müvafiq qərarlar qəbul edilməklə, icra edilməsi üçün Daxili İşlər Nazirliyinə, Dövlət Təhlükəsizlik Xidmətinə, həmçinin “İnterpol”un Milli Mərkəzi Bürosuna göndərilib.
“Prokurorluq orqanları tərəfindən qeyd edilən şəxslərin konkret olaraq olduğu yerlər müəyyən edilməklə qanunvericiliyin və müvafiq beynəlxalq Konvensiyaların tələblərinə uyğun olaraq Azərbaycan Respublikasına ekstradisiya edilmələri və məhkəmə məsuliyyətinə verilmələri üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsi təmin ediləcək. Hazırda həmin cinayət işi üzrə intensiv istintaq tədbirləri davam etdirilir”,-rəsmi məlumatda bildirilib.

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"