"Yüksəliş" müsabiqəsinin iştirakçıları hansı şirkətin yeməklərindən zəhərlənib? - EKSKLÜZİV

15 sentyabr, 2020 15:45

Sentyabrın 12-də “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin saat 15:00-da başlayacaq ikinci imtahanında 24 mərkəzdən 5-də qidadan zəhərlənmə halları qeydə alınmışdı. Zəhərlənənlər arasında texniki heyət, İşçi qrupunun üzvləri, “Yüksəliş” müsabiqəsinin iştirakçıları olub və zəhərlənmə halları qeydə alındıqdan dərhal sonra “Yüksəliş” müsabiqəsinin imtahanı təşkilatçılar tərəfindən dayandırılmışdı.

Azsiyasət.com saytına daxil olan məlumata görə, "Yüksəliş" müsabiqəsinin iştirakçıları "Super Servis Keyterinqi"nin yeməklərindən zəhərləniblər və hazırda faktla bağlı istintaq aparılır. “Super Servis Keyterinqi” də istintaqa cəlb edilib. Xidmət sektorunda fəaliyyət göstərən "Super Servis Keyterinqi" müsabiqə işirakçılarını, işçi qrupunun üzvlərini qida ilə təmin edirmiş və insanlar da məhz bu şirkətin yeməklərindən zəhərlənib.

Nərimanov rayonu Xan Şuşinksi küçəsi 36-da yerləşən müxtəlif qurumların yeməklə, təmizliklə və s. bağlı sifarişlərini həyata keçirən “Super Servis Keyterinqi” hazırda polsi nəzarəti altındadır, şirkətin ofisinə, bütün giriş-çıxışlara hüquq-mühafiqə orqanlarının əməkdaşları nəzarət edirlər.

Məsələ ilə bağlı Azsiyasət.com-un əməkdaşları “Super Servis Keyterinqi”nin rəhbəri Tamilla Sadıqova ilə əlaqə saxlayıb. O, açıqlamasında zəhərlənmə faktı ilə bağlı hazırda istintaq aparıldığını və araşdırma yekunlaşmadan hadisə ilə bağlı danışmaq istəmədiyini bildirib. 

Azsiyasət.com saytına daxil olan digər məlumata görə, “Super Servis Keyterinqi” sahibi Tamilla Sadıqova Azərbaycanın görkəmli aktyoru, SSRİ xalq artisti Hüseynağa Sadıqovun qızıdır.

 

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir