Hansı deputat "əfv alveri" ilə məşğul olub? - Şübhəli deputatların siyahısı

17 sentyabr, 2020 16:31

Deputat Elman Nəsirov Prezident yanında Əfv Məsələləri Komissiyasının millət vəkili olan üzvlərindən bir haqqında sensasiyalı ittiham irəli sürüb. O, bu gün parlamentdə bildirib ki, həmkarlarından birinin sürücüsü kimlərisə əfv siyahısına saldırıb.

Onun bu bəyanatını Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc daha da inkişaf etdirib və medianı araşdırma aparmağa çağırıb: 

“Əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, bunu müəyyənləşdirmək lazımdır. Mən həmin adamın özünün daha sonra əfvinin necə olacağını bilmirəm. Hər halda jurnalistlər də bu məsələni araşdıra bilər”.

Zahid Orucun sözlərindən belə anlaşılır ki, əgər bir sürücünün əfv siyahısı ətrafında bu qədər səlahiyyəti olubsa, onda görün Komissiyanın üzvlərinin özləri, ailələri, yaxın qohumları hansı imkanlara malik olub.

Doğrudan da əgər Əfv Komissiyasının üzvü olan deputatın sürücüsü əfv siyahısına adam saldırırsa, onun həyat yoldaşının, qardaşının, övladının, yaxın qohumlarının da bu prosesdə iştirak etdiyi şübhə doğurmur. Yəni, belə çıxır ki, əfv siyahılarına Komissiya üzvlərinin şəxsi maraqları əsasında adlar salınıb...

Qeyd edək ki, Nəsirovun açıqlaması əfvetmə prosesində rüşvətin rol oynadığına dair ictimai rəydə uzun illərdir mövcud olan iddiaları da təsdiqləyir. Deputat, həm də ona konkret faktın məlum məlum olduğunu deyir.

Azsiyasət.com xəbər verir ki, Elman Nəsirov azpolitika.info-ya açıqlamasında söhbət Əfv Komissiyasının keçmiş üzvlərinin birindən getdiyini bildirib. O, qeyd edib ki, həmin millət vəkilinin sürücüsü bu haqda ona məlumat verib. Ancaq E.Nəsirov ad çəkməkdən imtina edərək, “əfv alveri” ilə məşğul olan həmkarının adını açıqlamayıb...

Bununla belə, Əfv Komissiyasındakı deputatların sayı elə də çox olmadığından, şübhə altına düşən millət vəkillərini müəyyənləşdirmək elə də çətin deyil.

Xatırladaq ki, hökumətdə aparılan kadr dəyişikləri ilə bağlı Əfv Komissiyasının tərkibi dəyişdirilib. Sentyabrın 8-də Prezidentin imzaladığı sərəncama görə, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev Komissiyanın sədri, Fuad Ələsgərov, Gündüz Kərimov, Fikrət Məmmədov, Vilayət Eyvazov, Əli Nağıyev, Allahşükür Paşazadə, Əhliman Əmiraslanov, Zahid Oruc, Fazil Mustafa, Azay Quliyev, Sədaqət Vəliyeva, Aynur Sofiyeva, Rəşad Məcidov, Əliməmməd Nuriyev, Bəyimxanım Verdiyeva, Mehriban Vəliyeva üzvləri təyin olunublar. Komissiyanın katibi dəyişməyib, bu vəzifə yenidən Kəmalə İsmayılova həvalə olunub.

8 sentyabra qədər Komissiyanın üzvü olmuş millət vəkilləri Səttar Mehbalıyev, Bəxtiyar Əliyev, Məlahət İbrahimqızı və Elmira Axundova müxtəlif səbəblərdən yeni tərkibdə yer almayıb.

Nəzərə alaq ki, Elman Nəsirov cəmi 5 ildir deputatdır, onun məhz son illərdə Əfv Komissiyasının üzvü olan deputatı nəzərdə tutduğunu söyləyə bilərik. 

O, həmin deputatin artiq Əfv Komissiyasının üzvü olmadığı dediyindən, şübhə altında 4 nəfər qalır - Bəxtiyar Əliyev, Səttar Mehbalıyev, Məlahət İbrahimqızı, Elmira Axundova.

Beləliklə, Elman Nəsirovun irəli sürdüyü ittiham adıçəkilən deputatlardan birinə ünvanlanıb. Həmin deputat kimdir, demək çətindir. 

Onlardan hələlik yalnız Məlahət İbrahimqızı Elman Nəsirovun fikirlərinə reaksiya verib. 

M.İbrahimqızı açıqlamasında millət vəkilinə "bu cür məsuliyyətsiz" fikirlər səsləndirməyin yaraşmadığını bildirib: 

"Birincisi, millət vəkili qeybət, dedi-qodu ilə rəsmi tədbirlərdə fikir səsləndirirsə, bu deputat adına yaraşmaz.

İkincisi, əgər faktı bilirsə, beləsi varsa və adını bilirsə, o millət vəkilinin adını çəkməlidir. Çünki Əfv Komissiyasına təkrar salınmayan cəmi 3 deputat var. Tələb edirəm ki, ya adı və faktı səsləndirməli, ya da sözünü geri götürməlidir".

Qeyd edək ki, Elman Nəsirovun irəli sürdüyü ittiham həm də hüquqi məsuliyyət yaradır. Belə məlum olur ki, Prezidentə təqdim olunan siyahılara subyektiv maraqlardan dolayı adlar da daxil edilib. Yəni, əfvə düşməli olanların əvəzinə bir başqası siyahıya salınaraq, azadlığa buraxılması təmin edilib.

Buna görə də Baş Prokurorluğun Elman Nəsirovun açıqlaması ilə bağlı araşdırma aparacağı istisna olunmur.

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir