Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

14 sentyabr, 2026 13:25

Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadə 13 il sonra mühakimə edilir.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ilk iclas keçirilib.

Hazırlıq iclası tanışlıq mahiyyəti daşıyır. Prosesdə əvvəlcə tərəflərin anket məlumatları dəqiqləşdirilib, işin verildiyi məhkəməyə aid olub-olmadığı aydınlaşdırılıb. Bundan əlavə, məhkəmə istintaqına qədər bəzi vəsatətlər qaldırılıb.

13 il əvvəl ölkə gündəmini zəbt edən bu dəhşətli hadisəni sifariş verməkdə təqsirləndirilən Xəyal Bakı İstintaq Təcridxanasından məhkəmə salonuna gətirilib. O, öz müdafiəsini keçmiş tanınmış hakim, hazırda vəkillik edən Əlövsət Abbasov vasitəsilə həyata keçirir. Mərhum Vüsalın hüquqi varisi qismində atası Adolf Şilder, zərərçəkmiş qismində isə anası Mətanət Şilder tanınıb. Valideynlər ikisi də məhkəmədə iştirak edir. Bu cinayət işində adı hallanan digər şəxs isə keçmiş məmur Tariyel Ağayevdir.

Mərhum Vüsalın anası dəfələrlə iddia edib ki, oğlunun qətlinin sifarişçilərindən biri məhz Tariyel Ağayev olub. Ana buna səbəb kimi oğlunun Tariyel Ağayevin qızı L.A. ilə sevgi münasibətində olmasını göstərib. Ananın iddiasına görə, Tariyel Ağayev qızının Vüsalla münasibətinə qarşı olduğu üçün kürəkəni-hazırda məhkəmə qarşısında olan Xəyalla birlikdə Vüsalın qətlini təşkil edib. Lakin bu iddia rəsmi şəkildə təsdiqini tapmayıb.

Tariyel Ağayev hazırkı cinayət işi üzrə də şahid qismində tanınmayıb. Hadisənin ən mühüm şahidlərindən və qətlin təfərrüatlarından xəbərdar olanlardan biri Xəyaldır. O, hazırda məhkəmə qarşısındadır. Xəyalın Vüsal Şilderin qətli ilə bağlı nələr deyəcəyi, hansı məlumatları açıqlayacağı indidən maraq doğurur.

Qeyd edək ki, Vüsalın qətlində təqsirli bilinən Elman İsgəndərov və Seymur Talıbov da o vaxt eyni məhkəmədə mühakimə edilib. Elman 15, Seymur 12 il azadlıqdan məhrum edilib. Onların cəza müddəti 2013-cü ildən hesablandığı üçün Seymur artıq azadlıqda olmalıdır (qafqazinfo.az). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR