"Əvvəlcə o dovşanı tutun": Henri Kissincer Corc Sorosa qarşı - "Wall Street Journal" nəşri

27 may, 2022 02:17

Kissincer Rusiyaya qalib gəlmək və ya onu təcrid etmək cəhdlərinə qarşı çıxıb.

Soros bəşəriyyəti xilas etmək üçün Putinin qarşısının alınmasına çağırış edib...

"Amerika siyasəti üçün Rusiya ikincidərəcəli problemdir, uzunmüddətli perspektivdə Amerika- Çin münasibətləri daha önəmlidir"

"Güclülər bacardıqlarını edir, zəiflər əzab çəkməli olduqları əzabı çəkir"

"Bizim ruslarla çinliləri demokratiyaya inandırmaq vəzifəmiz yoxdur"

Dünya siyasətinin iki veteranı Davosda dünya düzəninə iki tamamilə müxtəlif baxışlar təklif edib. Bu barədə Amerikanın "Wall Street Journal" nəşri yazıb.

Oxucuların fikirləri də müxtəlif olub. Bəziləri Kussinceri, digərləri Sorosu müdafiə edib, heç birini dinləməməyi də düşünənlər var. Davosda Ümudünya iqtisadi forumunda diskusiyalar əsasən iki məşhur amerikalı immiqrantın mövqeləri ətrafında gedib. Hər ikisi nasist rejimini görüb və baxmayaraq ki, hər ikisinin yaşı 90- ı keçib, yenə də emosoyaları onları narahat edir. Bu həftə 99 yaşını qeyd edəcək Henri Kissincer videformatda çıxış edərək, Rusiyaya qalib gəlmək və ya onu təsrid etmək cəhdlərinə qarşı çıxaraq, Ukraynanı 2014- cü ildəki ərazi itkilərilə barışmağa və döyüş əməliyyatlarına son qoymağa çağırış edib. Bir neçə saatdan sonra isə 91 yaşlı Corc Soros zalda çıxış edərək, bəyan edib ki, "bəşəriyyəti xilas etmək üçün" Putin Rusiyasının qarşısı alınmalıdır və Qərbə Ukraynanın qələbə qazanması üçün onu bütün zəruri olanlarla təchiz etməyə çağırış edib.

Reseptlər müxtəlifdir, amma təəssüratlar oxşardır.

Hər ikisi hesab edir ki, mövcud dəyərlər və maraqlar baxımından ABŞ- ın xarici siyasətinin başlıca məqsədi Avropada sülhü qorumaqdır. Hər ikisi Qərb sivilizasiyasında yaxşı nə varsa, özünü onun müdafiəçisi hesab edir. Hər ikisi hesab edir ki, döyüş əməliyyatları dünya üçün ciddi təlatümdür və münaqişənin uzanmasından narahatdır. Hər ikisi - Kissincer də, Soros da Rusiyanı ikincidərəcəli problem hesab edir, çünki uzunmüddətli perspektivdə Amerika siyasəti üçün Amerika- Çin münasibətləri daha önəmlidir. Onlar hansı dünya düzəni və sivilizasiyaya tərəfdar olmasına görə fərqlənirlər. Soros Bayden administrasiyası kimi dünya siyasətinin başlıca problemini demokratiya ilə totalitarizm arasında mübarizəni hesab edir. Qanunun özü demokratiyanın öz vətəndaşlarının hüquqlarına hörmət edilməsini və ölkənin hüdudlarından kənarda beynəlxalq hüquqa riayət olunmasını tələb edir.

Totalitar hakimlər həm ölkədə, həm də xaricdə istənilən məhdudiyyətləri rədd edir və Putinin Ukraynadakı əməliyyatı rusiyalı dissidentlərlə davranışı kimi qanunsuzdur. Onun Ukraynadakı hərəkətləri beynəlxalq düzənin fundamental prinsiplərinə hücumdur və uğur qazanacağı təqdirdə dünya siyasəti cunqli qanunlarına dönəcək:

"Güclülər bacardıqlarını edir, zəiflər isə əzab çəkməli olduqları əzabı çəkir".

Kissincerin mövqeyi çox da ideoloji deyil. Dünyada həmişə müxtəlif hakimiyyətlər olub və olacaq. Amerikanın məqsədi elə bir tarazlıq yaradıb qorumaqdır ki, öz azadlığımızı və müttəfiqlərimizin azadlığını minimal risklərlə və az məsrəflərlə qoruya bilsin.

Bizim ruslarla çinliləri demokratiyaya inandırmaq vəzifəmiz yoxdur, biz etiraf etməliyik ki, rəqabət aparan böyük dövlətlərin hüquqları və maraqları var və onlara hörmət etmək lazımdır.

Kissincer deyib ki, Rusiya Avropa dövlət sisteminin vacib elementlərindən olub və olacaq və ətraf dünya bu təkzibedilməz faktı tanımalıdır.

Tarix açıq- aşkar öyrədir ki, heç bir yanaşma mütləq çəkildə uğur üçün zəmanət deyil.

1930- cu illərdə Hitleri sakitləşdirmək üçün Fransa və Britaniya liderləri elə Kissincerin milli maraqlara hörmət etmək arqumentlərini irəli sürüblər. Neomühafizəkarlar isə Corc Buşu İraqa müdaxiləyə sövq edərək, Səddam Hüseyn rejiminin totalitar təbiəti barədə Sorossayağı dəlillər gətiriblər.

Kissincerlə Soros yəqin razılaşarlar ki, istənilən nəzəriyyənin avtomatik olaraq dolaşıq dünya düzənində tətbiq edilməsi bəlaya gətirib çıxaracaq.

Uzun karyerası boyu özünü gah Kissincer, gah Soros kimi aparan Uinston Çörşilldən 1942- ci ildə dünyanın müharibədən sonrakı düzəni barədə soruşanda,  o elə cavab verib ki, Qərb liderləri yaxşıca yadda saxlamalıdır:

"Ümid edirəm ki, belə boş mülahizələrə bekar adamlar varacaq. Biz isə xanım Qlassın kitabındakı qızardılmış dovşan ətinin reseptini xatırlayaq: "Əvvəlcə o dovşanı tutun".

Amma dovşan hələ tutulmayıb. Putin nəinki aman istəmir, ola bilsin ki, taqətdən düşmə müharibəsinə hazırlaşır, bu da Qərb üçün böyük təhlükələr vəd edir. 

Rusiyanın yeni hiyləsi- Ukrayna limanlarını blokadaya almaqla hədələmək və dünyada ərzaq tədarükünü pozmaq niyyəti bizə onu xatırladır ki, Putinin əllərində hələ kozırları var. Həm də avropalılar qaz embarqosundan Moskvanın boykotdan qorxduğundan daha çox qorxur.

Qərbin həm iqtisadi, həm də hərbi yardımı olmadan Ukrayna uzunmüddətli müharibəyə tab gətirməyəcək. Kiyevin sağ qalması üçün bütün valyutasını müharibəyə xərcləyəndən sonra nəyi qalacaq? Konqres daha nə qədər 40 milyard dollarlıq yardım paketini qəbul etməyə hazırdır? Avropa ölkələrinin özləri inflyasiyadan və yanacağın qiymət artımından əzab çəkirlərsə, hansı iqtisadi yardımı göstərməyə hazırdır?

Əgər münaqişə səbəbindən ərzaqla bağlı fasilələr və ya dünyada hətta aclıq baş verəcəksə, Misir kimi ölkələrdə siyasi sabitlik pozulacaqsa, Qərb Ukraynaya yardım etməklə hansısa qlobal dəstək ala biləcəkmi?

Henri Kissincer və Corc Soros, ola bilsin ki, Davosda müzakirələrə təkan veriblər, amma son sözü xanım Qlass deyəcək.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR