Avropa qaz probleminin həllini Azərbaycanda axtarır - Detaly" nəşri

30 may, 2022 00:28

Avropa İttifaqı Rusiyanın enerjidaşıyıcılarından asılılığını azaltmağa əzablı cəhdlər edir. Neft embarqosu Macarıstanın hələ ki, qarşısıalınmaz müqaviməti ilə üzləşib.

Bu arada isə blok ölkələri Rusiyadan təkcə neft deyil, həm də qaz tədarükünü kəsmək imkanlarını axtarır və alternativ tədarükçüləri nəzərdən keçirir. Belələrindən biri də Azərbaycandır.

Bu barədə "Detaly" nəşrində dərc edilən analitik məqalədə deyilir.

Mayın 18- də Avropa Komissiyası özünün REPowerEU planını təqdim edib və bu plan alyansı Moskvanın asılılığından həmişəlik xilas edəcək.

Təşkilat etiraf edib ki, Rusiya yanacağı üçün ödənilən yüksək məbləğ Rusiyaya Ukraynaya qarşı müharibəsində dəstək olur".

Bundan başqa, Rusiya özünün Qərblə qarşıdurmasında enerjidən silah kimi istifadə edir. Putin bəyan edib ki, "dost olmayan ölkələr Rusiya qazı üçün rublla ödəniş etməlidir, beləliklə, Avropa İttifaqının sanksiyalar rejimini nüfuzdan salmaq niyyətini güdür. Polşa və Bolqarıstan bundan imtina edəndə, Moskva onlara tədarükü dayandırıb.

Bu isə Avropa ölkələrini yeni tədarükçülər axtarışına baş vurmağa daha da sövq edib.

Xəzər dənizində İtaliya və Yunanıstan vasitəsilə "Cənub qaz dəhlizi" şəbəkəsi ilə birləşən nəhəng qaz yataqlarına malik olan Bakı Moskvadan qalan boşluğu doldurmaq üçün əlverişli vəziyyətə malikdir

Ötən ay Azərbaycan Dövlət Neft Şirkəti SOCAR elan edib ki, Avropaya təbii qaz ixracını bu il 30 faiz artıracaq və artıq birinci rübdə 2, 6 milyard kub metr qaz tədarük edib. "Bu, Azərbaycan iqtisadiyyatının dəyərini artırır, - SOCAR- ın nümayəndəsi deyib, - eyni zamanda, ölkənin Avropaya etibarlı qaz tədarükçüsü kimi mövqeyini möhkəmləndirir".

Rusiyanın tədarükündən məhrum olan Bolqarıstan ilk olaraq Bakının imkanlarını dəyərləndirib.

"Konkret olaraq biz imkan daxilində tez bir zamanda Azərbaycan qazının alınmasına ümid edirik", - bunu ölkənin baş naziri Kirill Petkov deyib.

Daha çox Azərbaycan qazını almaq üçün Bolqarıstan İnterconnector Greek- Bulgaria (IGB) qaz kəmərinin tikintisinin başa çatmasına ümid edir, adından da göründüyü kimi, bu kəmər Yunanıstan və Bolqarıstan qaz şəbəkələrini birləşdirməlidir.

Azərbaycan KİV- lərinin məlumatına görə, Bolqarıstan Azərbaycandan artıq 1 iyul 2022- ci ildən başlayaraq ildə bir milyard kub metr qaz ala biləcək.

Bu arada isə enerjidaçıyıcıların tədarükündə fasilələr artıq bütün Avropa boyunca istehlakçılar üçün qıtlığa və qiymət artımına gətirib çıxarıb, bu da populizm, etirazlar və iğtişaşlar dalğasını, habelə həyatın get- gedə bahalaşmasını yaradıb.

Belə gərgin fonda Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov Avropa İttifaqının energetika siyasəti üzrə direktoru Kristina Lobilyo Borrero ilə danşıqlar aparıb.

"Cari qaz əməkdaşlığı və Azərbaycan qazının Avropa İttifaqına ixrac həcminin artırılması perspektivlərinin müzakirəsinə həsr edilən görüş baş tutub", - Avropa Komissiyasının rəsmi hesabatında belə deyilir.

Neft və qazdan əldə edilən gəlirlər Azərbaycanı dünyada 2000- 2014- cü illərdə ən sürətlə inkişaf edən iqtisadiyyata malik olan ölkəyə çevirib, bu mənada Bakı üçün faydalar böyükdür. Finlandiyanın energetika və təmiz hava tədqiqatları Mərkəzinin məlumatlarına görə, Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra təkcə son aylar ərzində Moskva qaz ödənişlərindən təxminən 25 milyard dollar gəlir əldə edib. Hazırda faktiki olaraq başqa ölkələrin tələblərini ödəyən və onlara təklif edilən bu məbləğ Azərbaycanın 2019- cu ildə ümumi gəlirlərindən 10 dəfə artıqdır.

Ekspertlərin fikrinə görə, hasilat həcminə görə Bakı çətin ki, Rusiya ilə müqayisə edilə bilsin. Bununla yanaşı, Bakının istehsalı artırmaq qabiliyyəti onu göstərir ki, o, gəlirli bazarda öz payını artıra bilər.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR