Azərbaycanın ərazi bütövlüyünü təmin edən strateji əsaslar - İlham Əliyevin geopolitik müharibədə qazandığı nəticələr

27 may, 2022 13:19

Hazırda qlobal güclər arasında davam edən savaş kiçik dövlətləri böyük dövlətlərin koloniyalarına çevirməkdədir. Azərbaycan əvvəldən strateji qərarlar qəbul elədiyinə görə bu gün açıq təhdidlərdən asanlıqla yayına bilir və ciddi manevr imkanlarına malikdir.

2003-cü ildən ölkəyə rəhbərlik edən Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas məqsəd Qarabağın işğaldan azad olunması məsələsi idi. Qarabağın azad edilməsinin iqtisadi-siyasi, hərbi strategiyası illər öncə hazırlanırdı və bütün bunlar mərhələli şəkildə həyata keçirilirdi. İ.Əliyev bu konsepsiyanı mərhələli şəkildə necə reallaşdırdı? Əgər aşağıdakı bu amillərdən biri olmasaydı, nəinki Qarabağın azad olunması, hətta orada kiçik miqysaslı hərbi əməliyyatların aparılması da mümkünsüz ola bilərdi. Əgər İ.Əliyev 2008, 2013, yaxud 2018-ci illərdə yenidən prezident seçilməsəydi, Qarabağın azadlığı üçün hazırlanan konsepsiya da qırılacaq, yarımçıq qalacaqdı.

Qarabağı azad etmək üçün:

- Azərbaycan heç bir hərbi ittifaqa üzv olmalı deyildi. İ.Əliyev buna da nail olmaqla, ölkənin “tərəfsiz güc” imicini və mövqeyini formalaşdırdı. Heç şübhəsiz, Azərbaycan NATO-ya, yaxud KTMT-yə üzv olsaydı, Qarabağ probleminin real həllindən söhbət belə gedə bilməzdi. ABŞ-ın Əfqanısanda hərbi kampaniyası başlayanda NATO-nun Azərbaycana qarşı “incə təhdid” siyasəti da start götürdü. Belə mülahizələr səslənirdi ki, ABŞ-ın İrana qarşı real hərbi addımlar atması üçün Azərbaycan plazdarm rolunu oyna bilər. Bəs İ.Əliyev nə etdi? O, İrana qarşı hərbi kampaniya aparmaq üçün Azərbaycanı ABŞ-ın hərbi “istinad” və “qərargah” niyyətlərindən tamamilə çıxdaş etdi. Nəticədə Azərbaycan poliqona çevrilməkdən xilas oldu. İ.Əliyev Azərbaycanı “əlaltı dövlət”ə çevirməyə hesablanan təhdidləri sıfırlamaqla yanaşı, İrandan gələn təhlükələrdən də sığortaladı və “mehriban qonuluq” siyasətinin təməl prinsiplərini strateji hala gətirdi.

- Azərbaycanda heç bir dövlətin hərbi bazası yerləşməməli idi. İ.Əliyev buna nail olmaqla, Azərbaycanın belinə “təhlükəsiz kəmər” bağladı.

- Azərbaycanda böyük güclərin bioloji laboratoriyaları mövcud olmalı deyildi. Prezident bunu da mümkünə çevirdi. Bu, bizi qlobal təhlükəsizlik məsələrində əsas tərəfdaşa çevirdi. Halbuki Orta Asiya ölkələrinin bəzilərində və Ermənistanda (2016-cı ildən) Qərbin bioloji laboratoriyaları mövcuddur. Bu gün Rusiyanın və ABŞ-ın bu ölkələrə qarşı əsas təzyiq vasitələrindən biri də məhz bu amildir.

- Azərbaycan Qoşulmama Hərəkatının nüvəsinə çevrilməli idi. İ.Əliyevin işğala məruz qalan ölkənin lideri kimi bu Hərəkatda əsas güclərdən birinə çevrilməsi geopolitik münasibətlərdə yeni istiqamətin açılması demək idi.

- Azərbaycanda Qarabağı azad edə biləcək monolit hakimiyyət formaşaldırmaq lazım idi. İ.Əliyevin Qarabağın azadlığı istiqamətində formalaşdırdığı sürətli əyləc sistemi bir çox hallara hakimiyyətdəki “köhnə komanda” tərəfindən tormozlanırdı. Diqqət ediriksə, ölkədə kadr islahatların aparılması prosesi də məhz Qarabağın azadlığı üçün aparılan müharibədən az öncə başladı və ən strateji postlar məhz müharibədən həmin vaxt təmizlənmiş oldu.

- Azərbaycan Qarabağın azad edilməsi üçün böyük dövlətlərdən birini özünə həqiqi dost və strateji tərəfdaş kimi qazanmalı idi. Bunun üçün ən uyğun dövlət Türkiyə ola bilərdi, belə də oldu. Bu məsələ uzun və tarixi təhlil yolu keçmiş bir amildir. Nəzərə almaq lazımdır ki, 1992-1993-cü il Birinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana yetərincə yardım edə bilmədi. Qardaş ölkə olsaq da, Azərbaycanla Türkiyə arasındakı münasibətləri indiki mərhələyə çatdırmaq böyük siyasi iradə, zaman və strateji qərarlar qəbuledilməsi lazım idi. İ.Əliyev buna da nail oldu.

- Ölkənin ciddi “diplomatik bazası” yaradılmalı idi. Qonşu ölkələrlə dostluq, mütəffiqlik, strateji tərəfdaşlıq və qlobal güclərlə münasibətlərin milli maraqların müdafiəsi istiqamətində qurulması İ.Əliyevin Azərbaycana qazandırdığı “diplomatik baza”nın mühüm istiqamətlərini təşkil edirdi.

Ordunun peşəkarlaşdırılması, hərbi arsenalın zənginləşdirilməsi və güclü iqtsiadiyyatın yaradılması və s. Qarabağın azad edilməsi üçün hazırlanan konsepsiyanın mühüm tərkib hissələrindən biri idi.

Azərbaycan Qarabağ müharibəsi zamanı təkcə torpaqlarını işğaldan azad etmədi. Biz digər strateji hədəflərimizə də çatmış olduq:

- Qarabağda Ermənistanda da daxil olmaqla, müxtəlif ölkələrə məxsus narkotik plantasiyaları fəaliyyət göstərirdi. Ərazilər işğaldan azad olunandan sonra bu plantasiyalar da məhv olub getdi. Hərbçilərini, silah-sursat etiyatlarını narkotikdən gələn gəlirlər hesabına formalaşdıran Ermənistan “böyük imkan”dan da məhrum oldu. Ermənistan böyük bir tranzit ərazini itirdi.

- Müxtəlif terrorçu təşkilatlar, eləcə də ermənilərin qanunsuz silahlı birləşmələri Qarabağdan təlim mərkəzi kimi istifadə edirdilər. Bu torpaqların azad edilməsi dünyada terrorizmə vurulan ən ciddi zərbələrdən biri idi.

Müəllif: Samir Feyruzov

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub