"Bu ilin sonunadək buğdanın qiyməti 40 faiz bahalaşacaq..." - "Kan xadaşot" nəşri

09 iyul, 2022 12:11

İqlim böhranı koronavirus pandemiyası və tədarüklər zəncirinin pozulması, enerjiresursları və xammalın qiymət artımı ilə bərabər əsas qida məhsullarının xeyli bahalaşmasına gətirib çıxara bilər. Belə ki, proqnozlara görə, bu ilin sonuna buğdanın qiyməti 40 faiz bahalaşacaq. Bu, milyonlarla insan həyatı üçün təhlükə yaradır.

Bu barədə "Kan xadaşot" nəşri yazıb.

BMT-nin məlumatlarına görə, son iki ildə aclıqdan əziyyət çəkən insanların sayı iki dəfə artaraq bu gün üçün 276 milyon nəfər təşkil edir. 2023-cü ildə vəziyyət daha da pisləşə bilər. Bu zaman dünyanın heç bir ölkəsi bu fəlakətin sosial və iqtisadi nəticələrindən qoruna bilməyəcək.

"Kan xadaşot"un jurnalistləri ərzaq böhranı şəraitində insanların nə ilə qidalanacağını aydınlaşdırmaq qərarına gəlib.

Belə ki, Cənubi Koreyada plastik qutularda ucuz naharların satışı onlarla faiz artıb. İşçilər restoranlarda qiymətlərin orta hesabla 10 faiz artması səbəbindən nahar fasiləsində restoranlara getmək əvəzinə belə yeməyə üstünlük verib. Bu böhran bütün dünyanı əhatə edir və ona bizim düşünmədiyimiz amillər təsir edir.

Məsələn, gübrənin qiymətləri. Gübrə istehsalı prosesi böyük enerji məsrəfləri tələb edir, lakin bu gün iri şirkətlər ehtiyat hissələri, xammal çatışmazlığı və qazın bahalaşması səbəbindən istehsalı dayandırmaq məcburiyyətindədir. Bu arada isə dünyada əhalinin yarısı ərzaq məhsullarını mineral gübrə sayəsində əldə edir.

Ərzaq böhranının daha bir səbəbi kənd təsərrüfatının aparılması metodlarındadır. Bu gün üçün kənd təsərrüfatı sahələrinin 70 faizi ev heyvanlarının yemi üçün istifadə edilir. Aşdodada "Ştraus" şirkətinin "The Kitchen" texnoloji istixanasında fud-tek sahəsində İsrailin 20 şirkətinə dəstək göstərilir. Bu şirkətlər laboratoriyalarda ərzaq məhsullarının yaradılması üçün qərarlar işləyib hazırlayır. Xüsusi diqqət 10 ildən sonra qıtlığı proqnozlaşdırılan zülala yetirilir.

Qərarlardan biri mayaların istehsalı tullantılarından zülal istehsalıdır. "Yeap" şirkəti tərəfindən işlənib hazırlanan proses mayaların xarakterik qoxusundan xilas olmağa və müxtəlif növ ərzağın istehsalına uyğun gələn zülal almağa imkan verir.

Lakin qida texnologiyaları sahəsində bütün startaplar Qərbdədir. Eyni zamanda Afrikanın, Asiyanın və Latın Amerikanın inkişaf etməkdə olan ölkələrində ərzaq təhlükəsizliyi hələ uzun müddət kənd təsərrüfatından asılı olacaq.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR