"Azərbaycan həm Rusiya, həm də İranla..." - Amerikalı eks-səfir

17 iyul, 2022 14:15

"Zəngəzur vasitəsilə marşrutların tam istifadəsi Transavrasiya daşımalarını xeyli asanlaşdıracaq və Orta Dəhlizin inkişafını təmin edəcək".

Azsiyaset.com "Trend"ə istinadla xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı sabiq səfiri Robert Sekuta deyib.

"Bu, Qara dənizdən Qafqaz və Mərkəzi Asiya vasitəsilə Hindistan, Çin və Şərqi və Cənubi Asiyanın digər ölkələrinə qədər bütün regiona müsbət iqtisadi təsir göstərəcək. Bilirəm ki, Azərbaycan Naxçıvanla etibarlı nəqliyyat əlaqələrinin yaradılmasına böyük diqqət yetirir. Bu, ölkənin iki bölgəsi arasındakı əlaqələrin əhəmiyyətini, Ermənistanla uzun illər davam edən münaqişənin ağrısını və dağıntılarını nəzərə alsaq, gözlənilən idi. Bununla belə, Zəngəzur və regionun qalan hissəsi vasitəsilə yeni yolların və digər əlaqələrin yaradılmasının daha geniş nəticələri və faydaları olacaq.

Bu, məsələn, Almaniya və Çin arasında ticarəti asanlaşdırmaq və genişləndirməklə yanaşı, Qafqazda yeni iş yerləri və bizneslər üçün imkanlar yaradacaq. Zəngəzurun açılması həm də ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına kömək edəcək və iki ölkə arasında davamlı sülhə, daha sabit və təhlükəsiz Avropaya töhfə verəcək", - deyə R.Sekuta qeyd edib.

Sabiq səfir vurğulayıb ki, Zəngəzur dəhlizi vasitəsilə elektrik enerjisinin ixracına da imkan verəcək ticarətin artması Azərbaycanın və bütövlükdə regionun çiçəklənməsinə töhfə verəcək.

Sekuta bildirib: "Region ölkələri arasında daha etibarlı elektrik şəbəkəsi enerji təhlükəsizliyini də yaxşılaşdıracaq və bölgənin artan enerji tələbatını ödəməklə yanaşı, parnik qazları tullantılarının azaldılmasına faydalı təsir göstərə bilər. Biz regionda fiber optik və digər İT əlaqələrinin genişləndirilməsi potensialını və onun gətirəcəyi faydaları unutmamalıyıq. Apardığımız araşdırmalar göstərir ki, nəqliyyat marşrutlarının və digər əlaqələrin qurulması üçün təkcə fiziki infrastruktur deyil, həm də inzibati maneələrin azaldılması və gömrük prosedurlarının təkmilləşdirilməsi istiqamətində işlər də vacibdir. Azərbaycan, Ermənistan və regionun digər ölkələri Zəngəzur və bütün Qafqazda əlaqələri genişləndirmək üçün çalışdıqca, onların ticarətdə qeyri-fiziki maneələri də nəzərə alması və aradan qaldırması vacibdir".

Eks-səfir vurğulayıb ki, Avrasiyada və bütün dünyada ticarətin pozulması Şərqi və Cənubi Asiyanı qitənin Avropa hissəsi ilə birləşdirən Orta Dəhlizin əhəmiyyətini xeyli artırıb.

"Azərbaycan həm Rusiya, həm də İranla həmsərhəd olan yeganə ölkə kimi Avrasiyadan keçən bu Orta Dəhlizin həyat qabiliyyəti üçün çox vacibdir. Nəqliyyat sistemləri, İT kabelləri, boru kəmərləri - hamısı siyasi risklərə məruz qalmamaq üçün Azərbaycan ərazisindən keçməlidir".

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR