Azərbaycan və Aİ arasındakı enerji sazişinin perspektivləri - Ölkəmizin qazancı nə olacaq?

19 iyul, 2022 12:27

Azərbaycanla Avropa İttifaqı arasında imzalanan enerji (qaz) sazişini tarixi və əlamətdar hadisə kimi qiymətləndirmək olar. Bu saziş Azərbaycan və Avropanın açıq və mövcud mənzərəsinin əsas ifadəsidir. Belə ki, hazırda dünyada dərin iqtisadi böhran yaşanır, Rusiya-Ukrayna müharibəsi fonunda Avropa ciddi və həyati əhəmiyyətli risklərlə üz-üzə dayanıb. Dünyanın iqtisadi-siyasi və coğrafi xəritəsinin dəyişməsi ilə beynəlxalq təşkilatlar da öz praktiki əhəmiyyətini itirməkdədir. Avropa Rusiya qazından asılılığı sıfırlamaq niyyətindədir, bu baxımdan Rusiya-Ukrayna (NATO) müharibəsi Avropanın alternativ enerji mənbələri axtarışını da sürətləndirib və Cənub-Qaz Dəhlizi bütün Qərb üçün nəfəsliyə çevrilməkdədir. Gələn il üçün Avropaya ötürülən qazın 12 milyard kubmetrə çatdırılacağı qərarlaşdırılıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu hələ 7 noyabr 2006-cı il tarixində Brüssel şəhərində imzalanmışdı. Tərəflər “təhdid və risklərin aradan qaldırılması”nın əhəmiyyətini də ifadə etmişdilər.

Enerji sazişindən sonra Azərbaycanla Avropa İttifaqı arasındakı tərəfdaşlıq “Texniki əməkdaşlıq və təcrübə mübadiləsi” mərhələsinə qədəm qoyacağı da şübhə doğurmur. Çünki vaxtilə tərəflər arasında imzalanan sənəddə bu məsələ öz əksini tapıb.

Bundan başqa, Avropa İttifaqı Azərbaycanın geostrateji mövqeyini, ölkəmizin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə verdiyi töhfəni özünün siyasət kursunun həssas nöqtələrinə daxil edib.

Bəs Azərbaycanla Avropa İttifaqı arasında imzalanan yeni saziş ölkəmizə nə vəd edir?

Birincisi, bu saziş Azərbaycanın Qərbə inteqrasiya prosesini sürətləndirəcək və bu prosesin möhkəm iqtisadi dayaqlar üzərində aparılması təmin ediləcək. Qərbə inteqrasiya istiqamətində yaranan iqtisadi-siyasi əngəllərin aradan qaldırılması birbaşa Avropa İttifaqının dəstəyi ilə həyata keçirilə bilər.

İkincisi, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlər təkcə enerji layihələri ilə məhdudlaşmayacaq. Bu, Azərbaycana investisiya prosesini də sürətləndirəcək. Hazırda Qarabağın bərpası prosesi həyata keçirilir və Avropa Qarabağda abadlaşdırma işlərinə töhfə vermək imkanlarından da yararlanacaq. Çünki bu günə qədər infrastrukturun inkişaf etdirilməsi istiqamətində Avropa ittifaqı ilə Azərbaycan arasında ciddi əməkdaşlıq mövcud olub.

Üçüncüsü, qaz gəlirlərinin artması Azərbaycanda sosial layihələrin genişləndirilməsinə ciddi imkanlar yaratmış olacaq. Bu, ölkədə insanların sosial rifah halının yüksəldilməsinə və Qarabağ müharibəsinin fəsadlarının aradan qaldırılmasına ciddi töhfə verəcək.

Dördüncüsü, Qərb Cənubi Qafqazda Azərbaycanı yeni güc mərkəzi kimi formalaşdırır. Bu proses Azərbaycanı Avropa İttifaqının ən böyük ticarət tərəfdaşına çevirir. Qarabağ müharibəsindən sonra Azərbaycanın azad etdiyi ərazilərin spesifikası və dəhlizlərin açılması perspektivləri ölkənin Avropa və bütün dünya üçün strateji əhəmiyyətini artırmaqdadır.

Beşincisi, Avropa enerji mənbələrindən birinə çevrilən Azərbaycanı mümkün xarici siyasi təhdidlərdən qorumağa da borclu olacaq. Hazırda Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların öldürücü əhəmiyyətə malik olmaması, amma Rusiyanın Avropaya qarşı “qazdan əsas silah kimi” istifadəsi etməsi Avropa üçün həyatı əhəmiyyətli məsələyə çevrilib. Nəzərə almaq lazımdır ki, qarşıdan qış gəlir, Avropanın qaz ehtiyacları da artmış olacaq.

Azərbaycan seçim etmir, bəs Ermənistan?

Azərbaycan Avropa ilə enerji sazişi imzalayıb, yəni hər hansı hərbi birlik formatından söhbət getmir. Ümumiyyətlə, ölkəmiz heç bir hərbi ittifaqın üzvü deyil, belə bir niyyəti də yoxdur. Rusiya ilə imzalanan mütəffiqlik bəyannaməsi isə müxtəlif sahələrin detallarını özündə ehtiva edir. Bu baxımdan, Azərbaycan Aİ yaxınlaşması Rusiyanı narahat etməməlidir. Ermənistan isə həm Rusiyadan, həm də Qərbdən silahlar alır, hərbi ittifaqda - KTMT-də təmsil olunur. Son 10 ildə Ermənistan Kremdlən qopmaq üçün ağılsız şəkildə 3 dəfə cəhd edib. Azərbaycan isə müstəqil ölkədir, apardığı balanslaşdırılmış siyasət ölkəmizi hər hansı seçim qarşısında qoymur. Ölkəmiz üçün əsas prioritet qonşu və digər ölkələrə dostluq, strateji tərəfdaşlıq məsələləridir.

Bəs Azərbaycan bu sazişdən Ermənistana qarşı necə istifadə edə bilər?

Böyük güclərin Azərbaycan üzərindən ciddi qlobal qərarlaşdırmaları Ermənistanın əhəmiyyətini də azaltmaqdadır. Hazırda Azərbaycanın Ermənistandan əsas tələbləri bunlardır: qanunsuz erməni silahlı birləşmələri Qarabağdan çıxarılsın, Zəngəzur dəhlizinin açılması həyata keçirilsin, Ermənistan sülh müqaviləsinə imza ataraq üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirsin. Üç gün əvvəl ABŞ kəşfiyyatının rəhbərinin İrəvanda Paşinyanla görüşü, bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin İrəvana səfərini təsadüfi addımlar kimi qiymətləndirmək doğru olmazdı. Avropa Azərbaycanı özünün əsas strateji tərəfdaşına çevirir, belə olan təqdirdə Azərbaycan da Avropa vasitəsilə Ermənistana yeni təzyiq imkanları yaradıb və bundan istifadə etməlidir. Əslində Avropa-Azərbaycan tərəfdaşlığı Ermənistan üçün də yeni müsbət tendensiyalar yarada bilər. Bunun üçün Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməlidir. Böyük ehtimalla, Avropa İttifaqı ilə Azərbaycanın yaxınlaşması Ermənistanı Kremlin orbitinə tərəf itələyəcək. Bizə yeni “rus-erməni birliyi”nin restavrasiyası da lazım deyil. Düşünürəm ki, Azərbaycanla Rusiya arasındakı mütəffiqliyin hər bir detalına sadiqlik ölkəmiz tərəfindən təmin ediləcək, bəs Rusiya necə, bu mütəffiqlikdən yeni “risklər” meydana gətirməyəcək ki? Hər halda Azərbaycan istənilən ölkə ilə iqtisadi-siyasi bağlantılar qurmaqda müstəqildir və qonşu ölkələrlə də həmişə dostluq prinsiplərinə sadiqlik nümayiş etdirib. Məsələ bu şəkildə də qiymətləndirilməlidir. Azərbaycanın heç bir hərbi ittifaqda təmsil edilməməsi onun humanist və barış mövqeyində olmamasının əsas göstəricilərindəndir.

Müəllif: Samir Feyruzov

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI