İmpulsiv rəisin həssas dönəmi - İslahatdan gizlənən Penitensiar sistem...

25 iyul, 2022 14:06

İyul ayının 22-də Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Baş idarəsində 2022-ci ilin birinci yarımili ərzindəki (6 aylıq) fəaliyyətin yekunlarına dair videokonfrans formatında müşavirə keçirilib. Bəs, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Ceyhun Həsənov müşavirəni niyə onlayn formatda təşkil edib? Şübhəsiz ki, müşavirənin bu şəkildə keçirilməsi Penitensiar sistemdəki ciddi nöqsanların və qanunsuzluqların üzə çıxmasının qarşısını almaq məqsədini daşıyır. Eləcə də, son günlər koronavirus xəstəliyi ilə bağlı müşahidə olunan artım Penitensiar Xidmətin rəhbərliyinə bu məsələdə “yardımçı” olub.

Müşavirədə çıxış edənlər - C.Həsənov və onun müavini, ədliyyə general-mayoru Oqtay Məmmədov hesabat dövrü ərzində Penitensiar sahədə əldə olunmuş “nailiyyətlər”dən danışaraq, nitqlərini ənənəvi tərif və primitiv notlar üzərində qurublar. Uzun illərdir Penitensiar sistemdə “daşlaşan” korrupsiya hallarından, orada baş verən qanunsuzluqlardan danışan olmayıb. Hətta Penitensiar Xidmətin rəhbərliyi İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) aşkarladığı nöqsanlar barədə də yalanlar danışmağa məcbur olub. Bu haqda daha sonra…

Ötən illə müqayisədə bu il Penitensiar sistemdəki mənfi hallar statistik göstərəcisini artırıb, orada baş verən qanunsuzluqların əhatə dairəsi daha da genişlənib və korrupsiya halları inanılmaz həddə çatıb.

Məsələn, Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində ötən illə müqayisədə bu il məhkumların sayın kifayət qədər çoxalıb.

Ötən il cəzaçəkmə müəssisələrində 69 nəfər vəfat etmişdisə, bu il vəfat edənlərin sayı 76 nəfərdir. Ötən illə müqayisədə bu il intihara cəhd hallarında da ciddi artım müşahidə olunur.

Penitensiar sistemdə niyə köklü dəyişikliklər həyata keçirilməlidir?

Penitensiar sistemdə fəlakət həddinə çatan problemlərlə bağlı Azsiyaset.com saytında mütəmadi olaraq ciddi məqalələr dərc olunub. Bu məqalədən sonra da orada hər hansı dəyişikliyin baş verəcəyini düşünmək ciddi suallar doğurur. Amma son günlər Azərbaycanda baş verən əhəmiyyətli və strateji hadisələr Penitensiar sistemdəki özbaşınalıqların yenidən gündəmə gətirilməsini zərurətə çevirir. Azərbaycanın yeni inkişaf relsinə qədəm qoyması bütün sahələrdə təmizləmə tədbirlərinin həyata keçirilməsini sürətləndirib.

Zəngilanın Ağalı kəndidə onlarla ailənin köçürülməsi, Gömrük Komitəsində həyata keçirilən həbslər, Ursula fon der Leyenin səfəri çərçivəsində Avropa İttifaqı ilə Azərbaycan arasında tarixi enerji sazişinin imzalanması, idman sahəsində əldə olunan ciddi nailiyyətlər ölkəmiz üçün yeni üfüqlər açır. Bu baxımdan, islahatlardan kənarda qalan bütün sahələrdə, xüsusilə, dövlətin yeni mərhələdə inkişafına mane olan, korrupsiya bumuna çevrilən Penitensiar sistemdə ciddi tədbirlərin həyata keçirilməsi qaçılmazdır.

Penitensiar Xidmətin qapalı müəssisə olması oradakı korrupsiya hallarının, inanılması mümkünsüz olan, amma real və dəhşətli qanunsuzluqların üzə çıxmasına mane olur. C.Həsənovun yaratdığı dəhşətli mənzərədən cəmiyyətin xəbərsiz olması məhz Penitensiar Xidmətin qapalı müəssisə olması ilə bağlıdır. Azərbaycanın müsbətə doğru dəyişən siyasi dinamikası fonunda bu qurumun aparılan islahatlardan kənarda qalması dövltəçilik üçün ciddi təhülkə yaratmaqdadır.

Ramiz Mehdiyev ənənələri Penitensiar sistemdə yaşamaqdadır…

Penitensiar Xidmətin inzibati idarəçilik mexanizmləri, orada baş verən hadisələr qalib Azərbaycan dövlətinin müasir və çevik idarəçilik prinsiplərinin tələblərinə heç bir halda cavab vermir. Xidmətin mövcud spesifikası Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin dönəmindəki dağıdıcı idarəçilik prinsiplərinə xasdır. Azərbaycanda R.Mehdiyev ənənənələrinin xüsusi nəfəsliklə qorunub saxlanıldığı əsas məkan məhz Penitensiar Xidmətdir. Bu prizmadan C.Həsənovu R.Mehdiyevin “idarəçilik varisi” – xələfi hesab etmək olar.

Hazırda C.Həsənovun mövcud “personası” iki rels üzrə özünü göstərməkdədir:

- Əldə olunmuş külli miqdarda vəsaitlər hesabına böyük şəxsi biznes şəbəkəsinin yaradılması (“Salyanaqro” MMC, dövlət qoruqlarında şəxsi təsərrüfatın yaradılması, əmlaklar və s. - Bu haqda daha sonrakı məqalədə faktları, fotoları təqdim edəcəyik).

- Yuxarı instansiyalara verilən yalan vədlərlə R.Mehdiyevə xas şəkildə özü haqqında toxunulmazlıq, əlçatmazlıq obrazı yaratmaq… Təcrübə göstərir ki, bu amil məmurlar üçün ən təhlükəli və onların gələcəyini ciddi sual altına salan əsas bürökratik tabludur.

Kriminallaşan cəmiyyət, həbsdən qorxmayanlar ordusunun yaradılması…

Hazırda Azərbaycan cəzaçəkmə müəssisələrində müxtəlif kateqoriyadan olan insanlar cəza çəkir – kriminal qruplaşmaların üzvləri, narkotik maddələrin satışı ilə məşğul olanlar, müxtəlif cinayət törədənlər, dindarlar və s. Amma bütün bu məhbusların hamısı vahid “üsul”la – pulla saxlanılır, heç bir islah prosesi aparılmır. Cəzaçəkmə müəssisələrinin mövcud mənzərəsi belədir: pulun varsa, həbsxanada normal şəkildə yaşayacaqsan, pulun yoxdursa, məhv olub gedəcəksən. Təsadüf deyil ki, bu şəxslər həbsdən azad ediləndən sonra yenidən köhnə “peşə”lərinə qayıtmış olurlar - narkotik satanlar yenidən və daha geniş şəkidə cəmiyyəti zəhərləməyə çalışırlar, müxtəlif cinayət törədənlər bu dəfə daha təhlükəli cinayətkar kimi cəmiyyətə buraxılırlar, dindarlar daha da aqressivləşirlər. Artıq bu şəxsləri həbslə qorxutmaq heç bir effekt vermir.

Penitensiar sistemdə islahatlar aparılmasa, cəmiyyətimizin böyük bir qismi kriminal ünsürlərdən ibarət olacaq və sabah bunun qarşısını almaq mümkünsüz hala çevriləcək. Məhbuslara baxış, cəzaçəkmə müəssisələrinin mahiyyətinə yanaşma dəiyişməlidir. Amma dəyişmir! Çünki Penitensiar Xidmətin rəhbərliyi dövlətin resurslarını şəxsi maraqlarının əsas təminatçısına çevirib. Məhbusların islahlı prosesi ilə bağlı ilə bu qurumdan hökumətə heç bir təklif daxil olmur. Məntiqlə baxanda, hökumətə təkliflər paketi məhz Penitensiar Xidmətin özündən çıxmalıdır.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR