Türkiyə BRİKS-ə daxil ola bilərmi?

26 iyul, 2022 13:04

Türkiyə, Səudiyyə Ərəbistanı və bir sıra digər müsəlman sayılan ölkələrin Ukrayna savaşından sonra Kremllə fəal görünən yaxınlaşması və hətta Rusiyanın aparıcı mövqedə olduğu BRİKS-ə üzv olacaqları barədə informasiyalar sanki ölkələrin növbəti Dünya Savaşı öncəsi qruplaşma yaratması təəssüratı yaratmır ki?

Görəsən, bu haqda siyasi şərhçilər nə düşünür?..

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov:

“Bəli,  mən də sizinlə razıyam ki, siyasi və iqtisadi mərkəzlər artıq bölünməkdədir.  Amma konkret olaraq indiki mərhələdə bu, sadəcə olaraq təbliğata oxşayan  məsələlərdir. İndi baxaq, görək... Çünki iqtisadi maraqlar hər şeyi tənzimləyib öz yerinə qoyacaqdır.  Biz görürük ki, məsələn, Türkiyəni götürsək, onun bəzən anti-Qərb meyilləri, əslinə qalsa, elə Qərbin özü tərəfindən təhrik olunur. Yəni misal üçün, ABŞ Senatında Türkiyəyə qarşı hansısa qərar layihələrinə baxılır. Bu baxımdan həmin proses təbiidir. Və Türkiyə də özünü sığortalamaq üçün neytral, balanslaşmış siyasət həyata keçirməyə çalışır. Gələcək göstərəcək hər şeyi... BRİKS də iqtisadi bir təşkilatdır. Orada Rusiyadan başqa Çindən Braziliyayadək bir çox ölkələr iştirak edir. Əgər Türkiyə üçün BRİKS-də  iqtisadi maraq varsa, niyə də üzv olmasın?..” 

Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu:

“Sadaladığınız ölkələrin BRİKS-ə qoşulması haqda informasiyalar, demək olar ki, müəyyən niyyət, bəyanat xarakterli məlumatlardır. Və mən həqiqətən düşünmürəm ki, məsələn, Avropa ilə, ABŞ-la bağlılığı olan, NATO üzvü olan Türkiyə bir düşərgədən digərinə sıçrayaraq gedib BRİKS-ə qoşula bilər. Onu da nəzərə alaq ki, BRİKS-ə daxil olan ölkələrin böyük əksəriyyəti, eləcə də Rusiyanın özü heç də Türkiyəyə dost münasibət sərgiləyən ölkələr deyil. Digər ölkələrin bir çoxu isə neytraldır. Amma  Türkiyənin daha çox Pakistanla əməkdaşlığı var. O cümlədən Hindistan üçün də Türkiyə arzuolunan tərəfdaş deyil. Və belə olduğu halda Türkiyənin BRİKS-ə qoşulması çox məntiqsiz görünür. Səudiyyə Ərəbistanı və Misirə gəldikdə... Səudiyyə Ərəbistanı öz təhlükəsizliyi və hərbi baxımdan ABŞ-dan asılıdır. Onun təhlükəsizliyinə başqa heç kim təminat verə bilməz. Odur ki, bu ölkənin də Rusiya, yaxud gələcəkdə İranla eyni təşkilatda birləşməsi inandırıcı görünmür. Misir isə xarici yardımdan son dərəcə asılı dövlətdir və onun xarici yardımının olduqca böyük bir hissəsi Qərbdən gəlir. Misir BRİKS-ə qoşularaq milyardlarla dollarlıq yardımını itirər. Bunun əvəzində o, bu təşkilatdan nə əldə edə bilər ki?  Üstəlik, həmin BRİKS-ə daxil olan ölkələrin özlərinin arasında xeyli ziddiyyətlər var. Və bütün bunları nəzərə alaraq düşünürəm ki, bəhs etdiyiniz informasiyalar daha çox təbliğat, spekulyasiya xarakteri daşıyır. Odur ki, açığı,  bunu real hesab etmirəm...”

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR