Bu gün Moskva əvvəlki kimi Qafqaz problemləri ilə məşğul ola bilməz

04 avqust, 2022 00:39

"Bütün mümkün ssenarilər təhlil edilir. Hətta ona görə də Rusiya bəzi regionlarda şüurlu şəkildə güzəştə gedə bilər ki, digərlərində nəsə qazansın”.

Rusiyada nə baş verdiyini mükəmməl başa düşürlər. Üstəlik, hələ Ukraynada müharibə başlamazdan əvvəl həm Ukraynanın özündə, həm də digər regionlarda cari hadisələri proqnozlaşdırırdılar. Oxşar fikri “Armİnfo”ya Rusiya Elmlər Akademiyasının Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun baş elmi işçisi Aleksey Malaşenko deyib.

“Bu baxımdan, məsələn, bu gün Cənubi Qafqaz istiqamətində baş verənlər də Moskva üçün sürpriz deyil. Ona görə də diplomatik səviyyədə olan bütün bu bəyanatlar Rusiya Federasiyasının bizi əhatə edən regionlarda mümkün geosiyasi impulslarla bağlı narahatlığını əks etdirir. Biz onu da başa düşürük ki, eyni Aİ-nin Ermənistan-Azərbaycan nizamlanması istiqamətində niyyətləri və hərəkətləri heç bir halda Rusiyanın iştirakı ilə üçtərəfli bəyanatların nəticələrini əks etdirmir”.

Eyni zamanda, Malaşenkonun fikrincə, bu gün Moskva, 2020-ci il noyabrın 9-dan etibarən olduğu kimi Qafqaz problemləri ilə məşğul ola bilməz. O, anlayır ki, Aİ və ABŞ-ın indiki mərhələdə Ermənistan-Azərbaycan nizamlanması istiqamətində hərəkətləri, son nəticədə, Rusiyanın bütün Cənubi Qafqazdan çıxarılmasına yönəlib.

MKİ direktoru Uilyam Bernsin regiona səfəri, onun sözlərinə görə, Dövlət Departamentinin digər rəsmiləri Moskvaya da təsirsiz ötüşməyib və müvafiq reaksiya alıb. Hansı ki, bu heç də Qərbin Ermənistanla Azərbaycan arasındakı proseslərin Rusiya Federasiyasının vasitəçiliyindən ikitərəfli müstəviyə çıxarılması istiqamətindəki səylərinin dayandırılması demək deyil. Sonuncu, bu strategiyanın müəlliflərinin fikrincə, gələcəkdə Rusiya Federasiyasının bütün regionda mövcudluğunu neytrallaşdırmağa imkan verəcək.

“Gördüyünüz kimi, bütün mümkün ssenarilər nəzərdən keçirilir və təhlil edilir. Hətta ona görə Rusiya bəzi regionlarda şüurlu şəkildə güzəştə gedə bilər ki, digərlərində nəsə qazansın. Bu diplomatik ticarətin kimin hesabına baş verəcəyini bu gün deyə bilmərəm.

Amma artıq Moskva, Ankara və Tehran arasında aktiv məsləhətləşmələrin getməsi və bunun Qərbə cavab cəhdi olması bu gün də nəzərə çarpır. Rusiya ikinci cəbhə açmamaq üçün hər şeyi edir. Moskvanın Cənubi Qafqazdakı davranış xətti, digər məsələlərlə yanaşı, həm də bu perspektivin istəməməsi ilə bağlıdır. Düşünürəm ki, Rusiya Federasiyası Ukraynadakı geosiyasi vəzifələrini həll etməyə müvəffəq olana qədər bu xətt davam edəcək”, - deyə Malaşenko yekunlaşdırıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR