"Üçüncü qüvvə Türkiyə-Ermənistan birbaşa müzakirələrinə mane olur" - Erməni türkoloqdan maraqlı açıqlamalar

14 avqust, 2022 00:26

"Ermənistanda və ya Türkiyədə xüsusi nümayəndələrin görüşlərini təşkil etməməklə erməni tərəfi tam etimad səviyyəsinə çatana qədər özünü fors-major və maneələrdən sığortalamaq istəyir".

Bunu erməni mediasına müsahbəsində türkoloq Andranik İspiryan rəsmi İrəvanın iki ölkə arasında danışıqların vasitəçisiz Ermənistanda və ya Türkiyədə keçirilməsindən imtinasının səbəbləri barədə danışarkən deyib.

“Biz görürük ki, son vaxtlar regiondakı qüvvələr kifayət qədər fəaldırlar - istər Rusiya, istər Qərb, istrsə də İran... Lakin bu halda nəzərə almalıyıq ki, proses danışıqların iki ölkə arasında keçirilməli olduğunu diqtə edir. Üçüncü tərəflər danışıqların rəvan getməsinə kömək edə biləcək sadəcə vasitəçilərdir. Baş nazir danışıqların gedişi barədə həm Rusiya liderini, həm də Qərb ölkələrini məlumatlandırıb və güman etmək olar ki, onlar müzakirələrin Ermənistanda və ya Türkiyədə baş tutmasına imkan vermirlər. Bununla belə, hesab edirəm ki, tərəflər etimadı saxlamağa və iki ölkədə yeni görüşlər təşkil etməyə çalışırlar. Çünki belə müzakirələrin üçüncü ölkədə davam etdirilməsi əbədi ola bilməz”, - İspiryan vurğulayıb.

Türkiyə mətbuatının tərəflərin sentyabrda Qars şəhərində görüşəcəkləri barədə yaydığı məlumatlara münasibət bildirən türkoloq bunu istisna etməyib: 

“Türkiyə mətbuatının inamlı yazı tərzinə baxsaq, görünür, erməni tərəfi hər şeyə müsbət reaksiya verib. Qars əhalisi Ermənistanla sərhədin açılmasını istəyir. Düzdür, Ermənistan tərəfi hələ ki, cavab verməyib, amma təcrübə göstərir ki, anonim türk mənbələri həmişə haqlıdır”.

İspiryanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətlərinin qeyri-sabit olmasının səbəbi Ermənistan-Azərbaycan münasibətləridir ki, bunu Türkiyə Xarici işlər nazirinin bəyanatı da təsdiqləyir: 

"Qeyd etməliyik ki, Türkiyənin ləngiməsinin səbəbi Ermənistan-Azərbaycan münasibətlərində inkişaf və irəliləyiş gözləməsi ilə bağlıdır".

Ermənistanla Türkiyə arasındakı sərhədin üçüncü ölkə vətəndaşları üçün açıq olacağı ilə bağlı bəyanata gəlincə, türkoloq qeyd edib ki, bu, kifayət qədər qəribə bəyanatdır.

“Regionumuzda üçüncü ölkələrlə bağlı ifadə kimə aiddir? Gürcülərin türklərlə birbaşa sərhədi var, İranın birbaşa sərhədi var, Rusiya bölgədə deyil, yalnız Azərbaycan qalıb. Və biz baş nazirin dediyini eşitdik ki, azərbaycanlılar gəlib Ermənistanın sərhədindən istifadə edə, bir sərhəddən digərinə gedə bilərlər. Bu, azərbaycanlılar üçün ən əlverişli variantlardan biridir. Sərhədlərin təkcə azərbaycanlılar üçün deyil, başqa ölkələrdən gələn turistlər üçün də açıq olmasına etirazlar ola bilər, amma bu, az realdır. Hər halda, bu qərar Ermənistanın maraqlarından irəli gəlmir” -  deyə, İspiryan vurğulayıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR