Bundan sonra almanların Rusiyaya münasibəti necə olacaq? - "İROZHLAS" nəşri

17 avqust, 2022 02:04

Almanların Rusiyaya və Putinə xüsusi lütfü başqa ölkələrdə hiddət doğurur.

Bu barədə Çexiyanın "İROZHLAS" nəşri yazıb.

Almaniyada həmişə Rusiyaya "anlaşılmayan" sentimental həvəs göstərilib. Bu zaman Moskva da çoxdan bəri Berlinə bel bağlayıb.

Rusiyaya və onun avtokratik hakiminə almanca danışan köhnə qitədə xüsusi lütf haradandır? Əlbəttə, Putin ultrasağçıları artıq bir çox illər Qərbin ultraliberal gender siyasətinə özünün düşmən münasibətilə heyran edir. O, həmçinin köhnə davakar solçularda, sülh uğrunda mübarizlərdə və "Qərb imperializminin" tənqidçilərində rəğbət oyadır.

Amma yenə də Putinin bəzi almanlarda heyrət doğurması təəccüb doğurur. Sonuncu savaşın travmaları, əlbəttə, hələ sağalmayıb, xüsusilə almanların doğma yerlərindən qovulması və minlərlə almanın sovet düşərgələrindəki cəhənnəmdə saxlanılması unudulmayıb. Bundan başqa, bu savaşdan sonra "soyuq müharibə" baş verib, bu da Şərqdən olan çoxdankı qorxuya rəvac verib.

Sovet İttifaqı tərəfindən təhlükə həmişə hiss olunub, amma daha çox populyar olan, şübhəsiz, Amerika Birləşmiş Ştatları olub. Onlar kommunizmin əvəzinə azadlıq təklif edib, lakin, başlıca olaraq Marşal planının köməyilə müharibədən sonra almanlar üçün gələcək çiçəklənmənin əsasını qoyub. Moskva isə, əksinə, "Amerikanın həyat tərzinə" qarşı heç nə təklif edə bilməyib.

Buna baxmayaraq, almanlar həmişə Rusiyaya anlaşılmayan sentimental həvəs göstərib. Bu zaman Rusiya da çoxdan bəri Berlinə bel bağlayıb.

Hətta dünya bolşevik inqilabını arzulayan Lenin bu uğurla nəticələnən prosesdə almanlara bel bağlayıb, Almaniya və Rusiya haqqında danışanda isə bu dövlətləri "imperializm qabığında olan cücələr"lə müqayisə edərək, hər ikisinin birlikdə məhv edilməli olduğunu deyib.

Berlin-Moskva oxu

Şərqi Avropa üzrə alman tarixçisi və mütəxəssisi Herd Koenen hətta alman "rus kompleksi", bu, bir növ "qorxu və heyrətin qarışığı" olan alman "rus kompleksi"ndən, rusla bağlı nə varsa "empatik qəbul edilmə və qorxunc inkar etmə"dən danışır.

Koenen güman edir ki, söhbət "Almaniyanın möhkəmlənməsi barədə "latent sürrelialistik təsəvvürlərdən və Berlin-Moskva oxunda mümkün müttəfiqlik münasibətlərdən gedir.

Bunların heç biri alınmayıb (müharibədən öncə Hitler Almaniyasının Stalin Sovet İttifaqının münasibətləri,  dəhşətli Molotov-Ribbentrop paktı istisna edilməklə), lakin belə ideyalar bir çox almanların indiyədək ağıllarından keçir.

Vladimir Putinin şəxsiyyətinə gəldikdə, unutmaq olmaz ki, hər şeyi özü həll etmək istəyən (Donald Trampa və, ən əsası, onun tərəfdarlarına nəzər yetirmək kifayətdir) qəddar avtokrat rəhbərlər, təəssüf ki, bütün dünya boyunca dəbdədir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR