Rusiya-Ukrayna müharibəsinin yarımillik nəticələri... - "Bloomberg"
Fevralın 24-də Rusiya raketləri Ukrayna şəhərlərinə yağdırılanda dünya bu dəhşəti həzm etməli oldu. ABŞ, Böyük Britaniya və Avropa İttifaqı Kreml rəhbəri Vladimir Putinə və onun əlaltılarına qarşı geniş sanksiyalar tətbiq etdi. Hərbi müdaxiləyə məruz qalmayan ölkələrdə yaşayan insanlar ukraynalılara yardım etməyə başladılar: qaşqınlar üçün pul, əşyalar və ərzaq göndərir, müharibə əleyhinə etiraz aksiyalarına çıxırdılar. Fevralın 24-də həmin dəhşətli gündən düz altı ay keçir.
Bu barədə Amerikanın "Bloomberg" nəşri yazıb.
Rusiyanın ilk olaraq nəzərdə tutduğu blitskriq iflasa uğradı, onu taqətdən salınma müharibəsi əvəzlədi və bu müharibə Ukraynanın cənubunda və şərqində davam edir. İndi vəziyyət hərbi müdaxilənin ilk aylarından heç də az mürəkkəb deyil. Lakin demokratik hökumətlərə enerjidaşıyıcılarının və ərzağın qiymətlərinin artması fonunda bunlara öz seçicilərini inandırmaq daha çətin ola bilər.
"Bloomberg" altı bənddə bütün dünyanın köşə yazarlarının dəyərləndirməsi əsasında Rusiyanın hərbi müdaxiləsinin başlanmasından keçən altı aya yekun vurub.
1. Günahsız insanlar arasında qurbanlar çox ağırdır
Böyük ehtimalla mümkündür ki, mülki əhali arasında qurbanların ən çox olduğu aylar artıq arxada qalıb, lakin yüzlərlə ukraynalı hələ də həyatlarını itirməkdədir. Hələ çoxları yaralanacaq, "Bloomberg" yazır. Nəşr göstərir ki, dinc ukraynalıların həlak olması piki mart ayına təsadüf edib. O zaman ölkədə həlak olan və yaralananların sayı 5 mindən çox olub. May ayından başlayaraq iyul ayı da daxil olmaqla ukraynalılar arasında itkilər təxminən eyni olaraq hər ay 2 min nəfər təşkil edib. Avqustda bu göstərici azalıb və müharibənin altı ayı ərzində ən aşağı olub.
2. Milyonlarla qaçqın bütün Avropa boyunca səpələnib
Hələ Rusiyanın müdaxiləsindən öncə müharibə baş verəcəyi təqdirdə Ukrayanı bir milyondan beş milyonadək insanın tərk edə biləcəyi hesablanıb. Gerçəklik göstərib ki, bu dəyərləndirmələr çox az olub. Bütün Avropa boyunca artıq geriyə dönənləri nəzərə almasaq təxminən 6, 7 milyon ukraynalı qaçqın qeydə alınıb. BMT Ali Komissarının qaçqınların işi üzrə İdarəsi Ukrayna tərəfdən 11 milyon insanın sərhədi keçdiyini, 4, 7 milyonun isə əks istiqamətdə hərəkət etdiyini qeydə alıb. Ölkəni tərk edən ukraynalıların əksəriyyəti Polşa, Almaniya və Çexiyada məskunlaşıb.
3. Ukraynaya qlobal dəstək azalmağa başlayıb
Ukraynada cərəyan edən dəhşətlər demokratik dünyanı və onun cəmiyyətlərini sıx birləşdirib. Böyük Britaniyada hələ də indiyədək Ukraynaya mənəvi dəstək əlaməti olaraq Ukrayna bayraqlarını görmək olar. Hökumətlər Ukrayna Silahlı Qüvvələrinə yardım üçün, habelə humanitar və maliyyə yardımına miıyardlarla dollar köçürüb. Onlar həmçinin Putin və onun əlaltılarına qarşı sanksiyalar tətbiq edib.
Lakin bunlar qan tökülməsini dayandırmayıb. Nəşrin redaksiyası güman edir ki, Qərbdə Ukraynaya dəstək müharibə nə qədər davam edəcəksə, bir o qədər də azalacaq. Xüsusilə Qərb cəmiyyətlərinə özlərinin problemləri, o cümlədən qiymət artımı təzyiq edəcək. May ayında Avropanın 10 ölkəsində keçirilən rəy sorğusu göstərib ki, respondentlərin 42 faizi hökumətlərinin Ukraynaya həddən artıq diqqət etdiyini düşünür. Onlar ölkə hakimiyyətlərini vətənin problemləri ilə daha çox məşğul olmasını istəyib.
4. Putin energetika müharibəsində qalib gəlir
Əlbəttə, Avropanın bir çox problemləri elə Ukraynada olduğu kimi, bir nəfərin-Putinin ucbatından yaranıb. Ukrayna şəhərlərinə bombalar yağdıraraq, o, enerjidaşıyıcılarını da müharibə silahına çevirməyə müvəffəq olub. Energetika bazarlarının proqnozları kifayət qədər tutqundur. "Bloomberg"in müxbiri Havye Blas yazıb ki, bütün cari indikatorlara rəğmən, Putin energetika müharibəsində qalib gəlir. Rusiya indiyədək neft satışından yüz milyonlarla dollar qazanır və bu pullar Ukraynaya qarşı müharibənin maliyyələşməsinə yönəlir.
Bu o deməkdir ki, Moskva əvvəllər qaz satışından əldə etdiyi gəlirdən imtina edə, eyni zamanda Berlinə, Parisə və Londona təzyiqini gücləndirə bilər. Bu paytaxtlar güclü qıtlığa və enerjinin qiymət artımına hazırlaşır. Belə ki, Almaniyada altı ay ərzində elektrik enerjisinin baza qiyməti rekord həddə çatıb. Avqustun 18-nə olan məlumata görə, bu qiymət bir meqavat/saat üçün 552 avro təşkil edib. Və yaxın zamanlarda bu qiymət çətin ki, aşağı düşəcək, Blas güman edir.
Onun sözlərinə görə, Almaniya qışa hazırlıq məqsədilə qaz ehtiyatı toplamaq üçün yaxşı çalışıb. Onun məqsədi noyabr ayınadək öz saxlanc yerlərini 95 faiz doldurmaqdır. Və indi görünür ki, Berlin buna qadirdir. Lakin daimi olaraq qaz veriməsində fasilələr gözlənildiyindən qitədə bir çox ölkələr üçün qışın soyuq və qaranlıq olacağı tamamilə realdır. Çünki enernidaşıyıcıların fiziki olaraq mövcud olması işin yarısıdır. Digər yarısı isə qiymətlərdir. Və burada vəziyyət daha da ağırlaşır. Misal üçün, Kosovo dövlət distribyutorunun Albanıyadan elektrik enerjisi idxal etmək üçün pulları qurtardığından tədarükü azaldıb. Növbəti altı ayda böyük ehtimalla bir çox ölkələr də oxşar davranacaq. Böyük Britaniya artıq yanvar ayında elektrik enerjisini qısa müddətə kəsməyi planlaşdırır.
5. İsveçrə hələ də neytraldır və bu, yaxşıdır
"Demokratik dünya Rusiyanın Ukraynada vəhşiliklərinə qarşı vahid cəbhədə çıxış edib. Və bu, bir ölkəni xoşagəlməz vəziyyətə salır, bu, İsveçrədir", - "Bloomberg" yazır və qeyd edir ki, əsrlərlə netrallıq İsveçrənin milli kimliyinin bir hissəsi olub. Alp dövləti bu xüsusiyyərini saxlamaqla bu zaman Rusiynın hərbi müdaxiləsi fonunda demokratik və humanitar dəyərləri qoruyub saxlaya bilərmi? Nəşrin jurnalisti Andreas Klutx əmindir ki, İsveçrə neytrallığını saxlamalıdır. Nəticə etibarilə sülh barədə razılığa gəlinəcək və bunun üçün neytral mühit lazım olacaq. Jenevrə ən yaxşı variant olaraq qalır.
6. Növbəti altı ay əvvəlkindən güclü surətdə fərqlənəcək
Con Hopkins Universitetinin qabaqcıl beynəlxalq tədqiqatlar Məktəbinin eksperti Hel Brandsın fikrinə görə, müharibə özünün üçüncü fazasına keçir və bu, həlledici ola bilər.
Birinci faza Rusiynın blitskriq cəhdi olub.
İkinci faza Donbas uğrunda döyüşün başlanması olub. Brandsın fikrinə görə, üçüncü faza Ukraynanın cənubda əks-hücumu olmalıdır. Əgər Kiyev xeyli əraziləri üzərində nəzarəti bərpa etməyə müvəffəq olsa, zaman onun tərəfində olacaq. Bunun həm psixoloji, həm də taktiki təsiri olacaq.
Bu arada isə Putin keçmişi yenidən yazmağa, indini yaşamağa və gələcəyi tamamilə inkar etməyə köklənib. Hələlik o, heç olmasa açıq şəkildə dəstəyi saxlamağı bacarıb. Lakin bu ona görə olub ki, rusiyalıların Ukraynaya qarşı müharibənin bədəlini ödəməyəcəklərini düşünüb. Lakin gerçəklik özünü mütləq göstərəcək. Və bu, rusiyalllar üçün ağrılı zərbə olacaq.
"Rusiya elə bir gələcəyə doğu gedir ki, onun vətəndaşları üçün yalnız pis keyfiyyətli mallar əlçatan olacaq, təhlükəsizlik standartları aşağı olacaq, birbaşa xarici investisiyalar, demək olar ki, olmayacaq, əhalinin real gəlirləri isə azalacaq. Vəziyyət həqiqətən SSRİ-nin sonunu xatırladır, əgər bu imperiya nə zamansa bitibsə. Formal olaraq o, çoxdan mövcud deyil. Lakin Rusiyanın Ukraynaya qarşı müharibəsi onun ölümöncəsi aqoniyasının sonuncu və ən pis təzahürüdür", - "Bloomberg" yazır.
"Ukraynanın müstəqilliyinin elan etməsi 1991-ci ildə sovet imperyasının devrilməsinə kömək edib. Ona görə də bu gün Ukraynanın Putinin Rusiyanın dominantlığını geri qaytarmaq üçün etdiyi çabaların episentrində olması rəmzi məna daşıyır və kədər doğurur. Əminliklə demək olar ki, son altı ay bir çox həyatları, həmçinin dünya düzənini dəyişib. Həmçinin demək olar ki, növbəti altı ay da bunu edə bilər", - " Bloomberg" sonda qeyd edir.