Qazaxıstanla imzalanan Bəyannamə Azərbaycanla Aİ arasındakı münasibətləri niyə və necə möhkəmləndirəcək?

25 avqust, 2022 10:04

Avqustun 24-də Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayevin Azərbaycana baş tutan rəsmi səfəri ciddi və tarixi qərarlarla yadda qaldı. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin mütəffiqlik səviyyəsinə çatmasını tamamilə təmin etmiş oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan prezidenti Qasım Jomərt Toqayevin fikirlərini hər iki ölkənin 2022-2026-cı illəri əhatə edən əməkdaşlıq istiqamətlərinin və yeni inkişaf konsepsiyasının mühüm tezisləri kimi qəbul etmək olar.

Məsələn, Prezident İlham Əliyev Azərbaycan və Qazaxıstan arasında sənədlərin imzalanması mərasimindən sonra mətbuata verdiyi bəyanatında bildirir:

“... ölkələrimizi birləşdirən Orta Dəhlizin çox böyük perspektivləri var. Artıq həm Qazaxıstanda, həm də Azərbaycanda böyük həcmli yükləri nəql etməyə imkan verən müasir infrastruktur yaradılıb. Lakin biz əməkdaşlığın gələcək istiqamətlərini müəyyən etmişik ki, Orta Dəhlizin buraxıcılıq qabiliyyətini daha da artıraq...”.

İlham Əliyev Orta Dəhliz buraxıcılıq qabiliyyəti deyərkən nədən danışır və verdiyi mesajlar nəyə hesablanıb?

Orta Dəhliz Asiya ilə Avropa arasında ticarət, kommunikasiya əlaqələrini nəzərdə tutan beynəlxalq marşrutdur və yaxın 5 ildə ən strateji layihələrdən biri kimi Qərblə Şərq arasında çoxmilyardlı platformaya çevrilə bilər. 2022-ci ilin fevral ayının 24-də başlayan və hələ də davam edən Rusiya-Ukrayna müharibəsi səbəbilə Orta Dəhliz müvəqqəti az əhəmiyyətli görünür. Amma müharibədən sonra tranzit yükdaşımaların həcmi artacaq, Ukraynanın sürətli bərpası prosesi aparılacaq və Asiyadan Avropaya yükdaşımalar əsasən xammal sektorunun payına düşəcək. Yükdaşımalarda enerji sektorunun payı ən yüksək həddə çatacaq.

Qasım Jomart Toqayev 2022-2025-ci illəri əhatə edən nəqliyyatın şaxələndirilməsi layihələrinə təxminən 20 milyard dollarlıq paket elan edib. Digər tərəfdən, Orta Dəhlizin pozitiv perspektivlərini nəzərə alan Azərbaycan ciddi dəstəkləyəci addımlarla bu projenin tarixi və qlobal əhəmiyyətini görür.

Şərq-Qərb aşağı dəhliz, Şərq-Qərb yuxarı dəhliz, Şimal-Cənub və Cənub-Qərb marşrutları üzrə Orta Dəhlizin ən strateji nöqtələrindən biri Azərbaycan hesab olunur.

Həmçinin, Avropa İttifaqının ən yaxın tərəfdaşlarından biri məhz Qazaxıstandır. Avropa İttifaqı ilə Qazaxıstan arasındakı münasibətlər strateji səviyyədədir və Aİ ilə Azərbaycan arasındakı müsbət perspektvləri özündə ehtiva edən münasibətlərin bundan sonra daha da inkişaf edəcəyi şübhə doğurmur. Aİ Qazaxıstanı xarici ticarətin əsas favoriti hesab edir və statistik rəqəmlər də bunu isbatlayır.

Qazaxıstanla imzalanan Bəynanamə Avropa İttifaqının Azərbaycanla daha sıx işləməsinə, ölkənin Qərbə inteqrasiya prosesinə misilsiz töhfə vermiş olacaq.

Bu məsələdə Qazaxıstan təkcə ticarət tərəfdaşı kimi çıxış etməyəcək, həm də Aİ ilə Azərbaycan arasında siyasi körpü rolunu oynamış olacaq. 

Preizdent İ.Əliyev daha sonra qeyd edir: “Birgə Bəyannamədə (Qazaxıstanla – S.F) Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq...”.

Məncə, İ.Əliyevin hansı səviyyədə strateji qərarlar qəbul etdiyini izah etməyə lüzum yoxdur. Azərbaycan əsasən iki komponent üzrə Orta Dəhlizdə yer alırdı – dövlət olaraq və Xəzər amili üzrə... Ancaq Zəngəzur dəhlizi açılacaqsa, Azərbaycanın bütün super güclər üçün strateji müttəfiqə çevriləcək. Ən əsası, Çin, Rusiya, Türkiyə, Gürcüstan, Avropa ölkələri (Aİ) və hətta İran yaxın gələcəkdə Zəngəzurla bağlı Ermənistana “sürpriz” bəyanatlar verə bilərlər. Çünki Zəngəzur dəhlizi açılsa, Ermənistan bir dövlət kimi öz cəlbediciliyini əhəmiyyətini itirmiş olacaq.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR