"Sülh sazişi imzalanmasa, azad olunmuş ərazilərdə xarici və yerli investisiyanın cəlbi çətin olacaq" - Ekspert

16 sentyabr, 2022 08:44

Rəşad Həsənov: “Özəl sektor anlamalıdır ki, həmin ərazilərə yatırdığı sərmayələr dövlət təminatı altındadır”

2021-ci il bir çox mühüm və əlamətdar hadisələrlə də yadda qaldı. Təbii ki, ən yaddaqalan hadisə Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinin, yəni Zəfərimizin ildönümünün qeyd olunması idi. Dünya Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqları qəbul etməyə məcbur oldu, halbuki münaqişə və müharibədən əvvəl bu barədə danışmaq mümkünsüz idi.

Prezident İlham Əliyevin tapşırığı ilə aidiyyəti qurumlar tərəfindən işğaldan azad olunan ərazilərin bərpası ilə bağlı sosial-iqtisadi konsepsiya hazırlanıb. Hazırda bölgədə bu istiqamətdə işlər necə gedir? Erməni silahlı qüvvələrinin son hücumları bölgədə leallaşdırılacaq layihələrə maneçilik törətmir ki?  Yeri gəlmişkən, ekspertlər hesab edir ki, işğaldan azad olunmuş ərazilərin inkişafı istiqamətində beynəlxalq təcrübənin istifadəsi əhəmiyyətlidir. BMT-nin FAO təşkilatının İraq və Əfqanıstanda müharibədən sonrakı dövrdə aqrar sahədə iri həcmli layihələr həyata keçirmək təcrübəsi var. Kənd təsərrüfatı sahəsində dayanıqlığın və bərpanın təmin edilməsi, deqradasiya olunmuş torpaqların bərpası və su ehtiyatlarından daha səmərəli istifadə, kiçik fermer təsərrüfatlarının davamlı məhsuldarlığının təmin edilməsi kimi layihələrdən əldə edilmiş təcrübələrin ölkəmizdə də istifadə imkanlarını qiymətləndirmək mümkündür.

Mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov “Yeni Müsavat”a bunları şərh etdi: 

“2020-ci ildən sonra bu bölgələrin bərpası ilə bağlı gözləntilər əhəmiyyətli şəkildə artıb. Həmin ərazilərin bərpa prosesinin daha səmərəli şəkildə qurulması, eyni zamanda bu ərazilərdə həyata keçirilən layihələrin şəffaflığının təmin edilməsi, layihələr üzrə dövlət vəsaitlərindən səmərəli xərclənməsinin təmin edilməsi istiqamətində gözləntilərin daha da artmasına gətirib çıxarıb. Çünki həmin ərazilərin bərpası üçün kifayət qədər vəsaitlər lazımdır. Bunu peşəkar şəkildə idarə etmək üçün əlverişli mühitin formalaşmasına ehtiyac var. Oradakı idarəetmə sistemi ilə bağlı yeni yanaşmaların elementlərini görmək olur. Amma digər sahələrdə dəyişiklik yoxdur.  Xüsusilə də investisiya layihələrinin həyata keçirilməsi, dövlət vəsaitlərinin istifadə edilməsi və sairə istiqamətdə. Burada obyektiv faktorlar da var.  Həmin ərazilərin iqtisadi inkişafı dövlət-özəl, xüsusilə ölkə kənarından cəlb edilən xarici investisiyalardan əhəmiyyətli dərəcədə asılıdır. İnvestora münasibətdə təminat mexanizmlərinin formalaşdırılması zəruridir. Bunlardan birincisi sülh sazişinin olmasıdır. Azərbaycan hökumətinin özü də zaman-zaman müəyyən şikayətlər edir ki, xarici fondlar, maliyyə institutları Qarabağda həyata keçirilən layihələrə vəsait ayırmırlar. Amma burada nəzərə almaq lazımdır ki, dünya praktikasında bəyanatla həll edilən məsələ, yaxud da bəyanat nəticəsində dayandırılmış münaqişələr başa çatmış münaqişə hesab olunmur. Bunu müəyyən dövrdə baş verən hadisələr də, xüsusilə son sentyabr hadisələri də bir daha göstərdi”.

Ekspert qeyd edir ki, sülh sazişi olmayınca, bura nəinki xarici investisiya, yerli investisiyanın cəlb edilməsi imkanları da məhdud olacaq: 

“Obyektiv faktorlardan biri bundan ibarətdir. İkinci məsələ, Azərbaycan hökumətinin bu istiqamətdə vahid və aydın strategiya formalaşdıra bilməməsidir. Həmin ərazilərdə mülkiyyət hüququ və sair məsələlər hələ də öz həllini tapmayıb. Torpaqlar istifadəyə necə verilməlidir, əmlak qeydiyyatı necə aparılır, təminatlar nədir, bunların heç biri yoxdur. Bu olmadığı təqdirdə gecikmələr, prosesin zəif olması başa düşüləndir. Başqa bir məqam, burada təminatlar məsələsidir. İstənilən halda biz desək də, müharibə başa çatıb, amma faktlar göstərir ki, risklər vardır. Həm xarici, həm daxili investora münasibətdə təminatlar verilməlidir. Özəl sektor anlamalıdır ki, həmin ərazilərə yatırdığı sərmayələr dövlət təminatı altındadır. Bunun üçün investisiyaların sığorta edilməsi mexanizminin yaradılması, eyni zamanda bank vəsaitlərinin həmin bölgələrə cəlb edilməsində dövlət təminatının olması vacibdir. Yəni əgər biz deyiriksə, həll etmişik, problem yoxdur, bunun arxasında da dayanmalıyıq. Və bu təminatları verməliyik. Yaxşı olardı ki, təminat xərcləri və sığorta haqları dövlət tərəfindən ödənilsin. Daha az vəsait xərcləməklə kifayət qədər böyük vəsaitlərin həmin ərazidə axınını təmin edib və prosesi sürətləndirə bilərik. Amma təbii ki, burada ərazilərin minalardan təmizlənməsi və təhlükəsizliyin təmin edilməsi əsas məsələdir. Sürətindən asılı olaraq, bu istiqamətdə əldə edilən nailiyyətlərdən asılı olaraq işğaldan azad edilmiş ərazilərdə sosial-iqtisadi inkişaf strategiyasında daha çevik, daha səmərəli nəticələr əldə ediləcək”.

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI