ABŞ Ermənistanı hara aparır? - TƏHLİL

19 sentyabr, 2022 11:35

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərində ən diqqətçəkən məqamlardan biri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığa dair bir sıra məsələlərin müzakirə olunmasıdır. ABŞ Ermənistanı silahlandıracağı ilə bağlı Azərbaycanı təhdid edir.

Eyni zamanda, ABŞ ATƏT-in Minsk qrupunu dirçəltmək cəhdini sərgilədi. Bununla da, Avropa İttifaqının (Aİ) Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində atdığı real addımların reallaşmasına imkan verməyəcəyinin mesajını verdi.

Məsələ tamamilə çılpaqdır: ABŞ sülh müqaviləsinin imzalanmasını dəstəkləyir, amma Rusiyanın, nə də Avropanın bu məsələdə üstün təşəbbüsünü qəbul etmir. Qəbul etmirsə, deməli, hər vəchlə sülh müqaviləsinin imzalanmasına mane olmağa çalışacaq.

Hazırda ASALA erməni terror təşkilatının aktivləşməsi və Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə hücumların təşkil edilməsi məhz ABŞ-ın iradəsi ilə həyata keçirilir. ABŞ başa düşür ki, sülh müqaviləsi Vaşinqtonun iradəsindən kənarda imzalansa, bütövlükdə Ermənistanı da itirəcək.

ABŞ Brüssel görüşlərinə də, Moskvanın vasitəçiliyinə də qarşıdır.

Belə düşünür ki, Azərbaycanla Ermənistan arasındakı sülh müqaviləsinin əsas təşkilatçısı nə Avropa, nə Rusiya olmamalıdır - Vaşinqton olmalıdır!

Heç şübhəsiz ki, ABŞ Rusiyanın Ukraynada müharibə aparmağa təhrik etməklə də, Avropanı zəiflətmək məqsədini qarşısına əsas prioritet kimi qoymuşdu.

Artıq ABŞ və Rusiyanın Cənubi Qafqazda uğrunda apardığı savaş yeni və aqressiv mərhələyə qədəm qoyub.

Ermənistan hansı təhlükə ilə üz-üzədir?

ERMƏNİSTAN - ABŞ-a meyllidir. 2018-ci ildə bu ölkədə Qəryönümlü şəxslərin inqilab yolu hakimiyyətə gəlməsindən sonra Rusiyanın Azərbaycana qarşı münasibətində ciddi istiləşmə müşahidə olundu. Şəksiz, nümayişkəranə şəkildə Rusiyadan uzaqlaşan ölkələr hərbi təcavüzə və ərazi itkisinə məruz qalmalı oldular. Düşünürəm ki, Rusiyadan qopmağın yolu nümayişkəranə düşmənçilikdən yox, müttəfiqlikdən keçir.

- 2008-ci ildə Tbilisi Moskvanın dairəsindən tamamilə çıxmışdı, ona görə də Rusiya müharibə edərək Gürcüstan ərazilərini işğal etdi.

- 2013-cü ildən etibarən Ukrayna Rusiyadan uzaqlaşdı, Krım ilhaq edildi.

- 2018-ci ildən etibarən isə İrəvan sürətli şəkildə Kremldən uzaqlaşmağa başladı. 2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Rusiyanın Ermənistana döyüşün taleyini dəyişəcək dəstək verməməsi və əksinə Azərbaycanın ərazi bütövlüyünün qorunmasının vacibliyi istiqamətində açıq siyasi dəstək verməsi İrəvanın məğlubiyyətində az rol oynamadı.

Müharibə zamanı Ermənistan rəhbərliyi müxtəlif manevrlərlə Rusiyaya yaxınlaşsa da, Kreml bu hiyləni anlayırdı. Təsadüfi deyil ki, müharibədən dərhal sonra İrəvan yenidən Qərbə istiqamətlənəcəyini yenidən bəyan etdi.

ABŞ İrəvana hərbi dəstək göstərərsə;

- və Ermənistan ABŞ-la açıq müttəfiqliyə gedəcəksə, bu, Rusiya-Azərbaycan arasındakı müttəfiqliyi aktiv fazaya keçirəcək. Moskva İrəvanının xəyanətini qəbul etməyəcək və bu zaman Ermənistanın bir dövlət kimi mövcudluğu tamamilə sual altına düşəcək.

- Bunu Ermənistanın “qorunması” üçün yox, İran ətrafında daha bir hərbi risklər yaratmaq üçün həyata keçirmiş olacaq. Gələcəkdə Ermənistan ərazisindən İranı hədəf almaq ABŞ-ın gizli məqsədi olmaya bilər.

Bu amil Azərbaycan üçün Zəngəzur məsələsinin əhəmiyyətini daha da artırır. Ona görə də ABŞ bir neçə gün əvvəl Ermənistanın törətdiyi təxribatlara Azərbaycanın cavab tədbirlərini “başqa ölkənin ərazisinə təcavüz” kimi qiymətləndirir. Başa düşür ki, Çin-Türkiyə və Rusiyanın orbitində hərəkət edən proseslər dəhlizin açılması ilə ABŞ-ın Şərq siyasətini bloklayacaq. Azərbaycan mümkün qədər dəhlizin açılması prosesini sürətləndirməlidir.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR