Xankəndidə Praqa qərarını rədd edirlər, Yerevanda isə uğurdan danışırlar

07 oktyabr, 2022 15:36

Dünən Praqada keçirilən Avropa Siyasi Birliyinin sammitində mühüm xəbər prezident İlham Əliyevin və baş nazir Nikol Paşinyanın Qarabağın adı çəkilmədən iki ölkənin sərhədlərinin qarşılıqlı tanınması barədə bəyanatı olub.

Qeyd edək ki, ötən gün Paşinyan Ermənistan parlamentində çıxış edərkən deyib ki, ərazi bütövlüyünün qarşılıqlı tanınması yolu ilə gedəcək. Paşinyan “belə olduğu halda Dağlıq Qarabağla nə baş verəcək” sualına cavab verib: “Dağlıq Qarabağla Azərbaycan arasında danışığın baş tutması və başlaması üçün müəyyən məkan var. Mən bu iki istiqamətin (birincisi sərhədlərin tanınmasıdır – red.) mühüm əhəmiyyət  kəsb etdiyini hesab edirəm”.

Elə orada, Milli Məcisdə o, sələflərini - ikinci prezident Robert Köçəryanı və keçmiş xarici işlər naziri Vardan Oskanyanı Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasında ittiham edib. Paşinyanın sözlərinə görə, bu, 1998-ci ildə Qarabağın danışıqlar prosesindən kənarda saxlanması və 1999-cu ilin noyabrında ATƏT-in təhlükəsizlik üzrə İstanbul Xartiyasının ratifikasiyası ilə bağlı qərarlarla baş verib.

Praqadan Yerevana qayıdan Paşinyan öz ölkəsinin vətəndaşlarının diqqətini bütün regional kommunikasiyaların açılması barədə məlum təklifə yönəldib.

"Azərbaycan yenə də müsbət cavab vermədi. Ermənistan suverenliyimizə və qanunvericiliyimizə tam hörmət şəraitində bütün regional kommunikasiyaların açılmasına hazırdır", - Paşinyan öz Twitter mikrobloqunda yazıb.

Qeyd edək ki, Azərbaycan tərəfi sənədləri və yükləri yoxlamadan Zəngəzur dəmir yolunun və avtomobil nəqliyyat dəhlizinin açılmasında israrlıdır. Sovet dövründə Ermənistanın Mehri şəhərindən keçən bu dəhlizin (“Mehri dəhlizi”) yenidən yaradılmaması üçün rəsmi Yerevan ölkəyə gələn  əcnəbilər üçün ümumi əsaslarla Ermənistanın bütün yollarının Azərbaycan yükləri və sərnişinləri üçün açılması təklifini irəli sürüb. Bakı belə təklifi rədd edir.

Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan öz Facebook hesabında Paşinyanın Əliyev, Fransa və Avropa İttifaqı liderlərilə Praqa görüşünü ölkənin xarici siyasətinin uğuru kimi qələmə verib.

Onun sözlərinə görə, rəsmi qəbul olunmuş sənədlərə əsasən Azərbaycan sərhəd boyunca yerləşəcək Avropa İttifaqı mülki missiyası ilə əməkdaşlığa razılıq verib. "Azərbaycanın mümkün yeni təcavüzü yerindəcə izləniləcək. Bundan əlavə, Ermənistanın suveren ərazisinin artıq işğal olunmuş hissəsi də qeydə alınacaq", - səfir vurğulayıb.

O xatırladıb ki, 5 oktyabr 2022-ci ildə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel bildirib ki, Avropa İttifaqı təmas zonasına müşahidə missiyası göndərmək istəyib, lakin Azərbaycanın etirazına görə missiya göndərilməyib.

Marukyanın fikrincə, görüşün daha bir mühüm nəticəsi odur ki, Birləşmiş Millətlər Təşkilatı  Nizamnaməsinə və Alma-Ata bəyannaməsinə uyğun olaraq Ermənistanın sərhədlərini tanımağa razılaşan Azərbaycan Silahlı Qüvvələri indi işğal edilmiş ərazilərdən çıxmalıdır”, - səfir bildirib.

Qarabağın erməni əhalinin yaşayan hissəsində isə Paşinyanın Praqa səfərini dəyərləndirmək barədə hələ qərar verməyiblər. Amma sammit günü, oktyabrın 6-da Vahid Vətən Partiyasının lideri Samvel Babayan Xankəndi sakinlərilə görüşündə ilk dəfə 1991-ci ildə səsləndirilən tezisləri təkrarlayıb.

“Qarabaq Azərbaycanın tərkibində olmayacaq. Biz beynəlxalq məhkəməyə müraciət etməliyik və öz müstəqillik hüququmuzu müdafiə edə bilməliyik”, - Babayan deyib.

Fransa prezidenti və Avropa İttifaqı Şurası sədrinin təşəbbüsü ilə ilk görüş çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.

Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatı  Nizamnaməsinə və Alma-Ata bəyannaməsinə sadiq olduqlarını və bunun vasitəsilə  hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığını təsdiqləyiblər. Onlar təsdiqləyiblər ki, bu, delimitasiya komissiyalarının işi üçün əsas olacaq və bu komissiyaların növbəti iclası oktyabrın sonunadək Brüsseldə keçiriləcək.

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI18:37 - Avropa texnologiyaları gizli yollarla Rusiyaya ötürülüb?18:31 - Prezident WUF13-də çıxış edir - VİDEO/FOTOLAR

12 may

14:15 - "Azərbaycanla zəifləyən mədəni əlaqələri yenidən canlandırmağın vaxtıdır" - Rusiya XİN14:13 - Anklavlarla bağlı bir neçə variant nəzərdən keçirilir14:12 - Azərbaycan iqtisadiyyatı cüzi böyüdü14:10 - Veysəloğlu Şirkətlər Qrupunun rəhbər heyəti Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini anıb - FOTOLAR

28 aprel

15:04 - Ölkə başçısı Bəxtiyar Allahverdini "Tərəqqi" medalı ilə təltif edib14:56 - Prezidentdən 5 dövlət qurumuna tapşırıq - SİYAHI14:54 - Ermənistan bu kəndi Gürcüstana verib?14:47 - Zelenski İsraili sanksiyalarla hədələyib14:28 - "Senior Talks" layihəsinin davamı: Aydın Veysəloğlu ADA tələbələri ilə yenidən görüşdü - FOTOLAR

27 aprel

13:10 - İranın gizli gücü - Rusiya sabitliyin əsas səbəbini açıqladı13:05 - Pakistan və İrandan mühüm iqtisadi addım - Yeni tranzit dəhlizi açıldı13:01 - Azərbaycanla sərhədin delimitasiyası tezliklə davam etdiriləcək - Paşinyan

13 aprel

12:22 - Azərbaycana gəlmiş ermənilərlə görüşdən nə əldə edildi? 12:18 - 300 milyonluq uyğunsuzluq12:12 - Paşinyan və Qarabağ ermənisinin söhbəti - "Belə də davam edin"12:07 - ABŞ-də səssiz çevriliş olub