Müstəqil məhkəməsiz gələcəyimizi necə təmin edə bilərik!?

27 oktyabr, 2022 12:03

Müasir dünyada istənilən demokratik cəmiyyətin əsas sütunu onun müstəqil məhkəmə hakimiyyətinin olmasıdır. Azərbaycan qısa müddət ərzində iqtisadi-sosial, siyasi və hərbi sahədə çox ciddi uğurlar əldə edib və bu sahələrin gələcək inkişafına böyük ümidlər də var. Amma əldə olunan uğurları məhkəmə hakimiyyətinə aid etmək heç bir halda mümkün deyil. Bu sahədə olan problemlər təkcə qanunvericiliyin dəyişdirilməsi ilə bağlı deyil, fundamental və oturuşmuş problemlər məhkəmə sisteminin əsas xarakteristikasını verir.

Oxucular da razılaşar ki, bu problemlərdən ən mühüm və zərərli olanı eyni insanların uzun illər məhkəmə hakimiyyətinin işğal etməsidir. Daha dəqiq desək, Ədliyyə naziri Fikrət Məmmədov artıq 22 ildir nazir postunu, 17 ildir isə Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsini tutur.

Bəs sual olunur, bu müddət ərzində hansı ciddi nailiyyətlərə imza atmaq olardı, hansı konseptual uğurlar əldə edə bilərdik? Məlumdur ki, bu sahədə hazırki dəyişiklərin əksəriyyəti yalınız islahat fon və imitasiyası yaratmaqdan başqa bir şey deyil. Elə ilk olaraq, Prezidentin “Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi” haqqında sonuncu fərmanından irəli gələn tapşırıqların icrasını götürək... Görürük ki, bu istiqamətdə ciddi irəliləyiş yoxdur, ciddi durğunluq hökm sürür.

Hələ də Azərbaycanda kommersiya mübahisələrini müstəqil həll edə biləcək arbitraj sistemi mövcud deyil. Demək olar ki, qonşu ölkələrin hər birində uzun müddətdir ki, bu sistem qurulub və proseslər də uğurla davam etdirilir.

Azərbaycanda mediasiya sistemi qurulsa da, bu sahədə olan əksər mediasiya təşkilatlarını yenə də Ədliyyə nazirinə yaxın adamlar idarə edirlər. Necə ki, vəkillik instutunu idarə edirlər... Bütün problemlərin başlıca səbəbi müstəqil məhkmənin olmamasıdır.

Ümmiyyətlə, məhkəmə qərarlarının icrası ilə məşğul olan icra xidməti də yarıtmaz vəziyyətdədir və bu, nazirliyin ən çox şikayət olunan sahələrindən biridir.

Prezidentin fərmanında gösətirlən heç bir məsələnin icrası dolğun və şəffaf şəkildə təmin edilməyib. Xüsusilə də, vahid məhkəmə təcrübəsi, cəza sisteminin humanistləşdirilməsi və digər mühüm məsələlərlə bağlı tapşırıqlar icra olunmamış qalır. Demək olar ki, heç bir tapşırığın icrasında doğru-dürüst nəticə əldə olunmayıb. Çünki uzun illərdir eyni vəzifəni tutan adamlar göstərilən sahələrdə dəyişikliyə nail olmaq istəmirlər...  

Ədliyyə naziri postunu tutan şəxsin həm də Məhkəmə-Hüquq Şurasının sədri vəzifəsini daşıması heç bir halda doğru deyil, heç bir məntiqə sığmır. Ədliyyə naziri on illərdir bütün məhkəmə hakimiyyətini zəbt edib. Nazir F.Məmmədovun müavini Azər Cəfərov da Məhkəmə-Hüquq Şurasının üzvüdür. O, daha çox Bakı şəhərində yaşayış binlarının tikintisi ilə məşğul olur. A.Cəfərovun xaricdə olan mülklərinin siyahısı isə daha dəhşətli mənzərə yaradır. Lakin bununla da iş bitmir.

Ən ciddi problemlərdən biri hakimlərin seçki komitəsində Ədliyyə Nazirliyinin nümayəndələrinin təmsil olunmasıdır. Hakimlərin uzun və qısa müddətli təlimlərini də bu nazirlik təşkil edir. Bir sözlə, nazirlik “Damokl qılıncı” kimi məhkəmə sisteminin başı üzərindədir.

Acınacaqlı vəziyyət ondan ibarətdir ki, məhkəmə hakimiyyətinin Ədliyyə Nazirliyindən asılılığı bununla məhdudlaşmır. NazBirinci instansiya məhkəmələrinin maliyyələşdirilməsini də Ədliyyə nazirliyi təmin edir və aydındır ki, maliyyələşdirmənin özü də mühüm təsir vasitəsi kimi məhkəmələri daha da asılı duruma salır.

Hələ F.Məmmədovun, onun müavinlərinin və çoxsaylı hakim qohumlarını saymasaq, nazirliyin məhkəmələrə təsir imkanları ifrat dərəcədə genişdir. Ədliyyə nazirliyinin əməkdaşları istənilən vaxt hakimlərin fəaliyyətini də yoxlaya bilirlər.

Qəribədir, nazir həm məhkəmə qərarı çıxarır, həm mülki, həm də cinayət sahəsində onun icrasını təmin edir.

Görəsən, bu adamlar bizim Konstitusiyaya baxıblar? Bu qədər hakimiyyət qollarını mənimsəməyin hansı fəsadlar verdiyini düşünüblər?

 

Yazını hazırladı:

Azsiyaset.com-un analitik qrupu

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR