"Moskva qızışdırıcı rol oynayır, Putinin "Valday"dakı çıxışı…" - MÜSAHİBƏ

29 oktyabr, 2022 00:47

Azsiyaset.com sabiq diplomat, politoloq Fikrət Sadıqovla müsahibəni təqdim edir:

- Fikrət müəllim, Rusiya Prezidenti Vladimir Putinin “Valday” klubunda Qarabağla bağlı açıqlaması Ermənistanın son dövrlər Qərbə istiqamətlənən mövqeyinə necə təsir edə bilər?

- Putinin ifadələrinə diqqət etsək, ikibaşlı yanaşmanın şahidi oluruq. Burada məqsəd aydın deyil. Bir tərəfdən Ermənistana işarə edilir ki, Vaşinqton tərəfindən irəli sürülən planı Ermənistan yerinə yetirsə, bu, onların maraqlarına cavab verməyəcək. Digər tərəfdən isə Putin bəyan edir ki, Ermənistanın iradəsi buna imkan verirsə, o zaman Qarabağ Azərbaycan ərazisi kimi qalmalıdır. Bu baxımdan Qarabağ məsələsinin yenidən sual altına düşməsi məsələsi gündəmə gətirilir. Əslində Qarabağ məsələdi həll edilib. Burada Azərbaycan tərəfindən kifayət qədər faktlar, sübutlar irəli sürülüb. Ona görə də, bu məsələyə tərəfimizdən nöqtə qoyulub. Amma yenidən bu məsələyə qayıtmaq cəhdi onu göstərir ki, aparıcı dövlətlər, xüsusilə Rusiya müəyyən dərəcədə qızışdırıcı rol oynayır.

- Məsələnin indiki həssas dönəmdə yenidən gündəmə gətirilməsində məqsəd nədir?

- Qarabağ məsələsi həll edilibsə, bunun yenidən qaldırılması məntiqsizdir. II Qarabağ müharibəsindən sonra rəsmi Moskvanın mövqeyi o idi ki, Qarabağ Azərbaycan ərazisidir. Məhz bu bəyanatdan sonra yenidən bu məsələyə qayıtmaq absurddur. Vaşinqton, Moskva planı isə əslində məsələlərə aydınlıq gətirmir.

- Belə olan halda bir neçə gün sonra baş tutacaq Soçi görüşünün gərgin atmosferdə keçəcəyini söyləmək nə dərəcədə məntiqlidir?

- Təbii ki, Soçi görüşündə Azərbaycan öz mövqeyini yenidən təsdiqləyəcək. Beləliklə də yenidən buna aydınlıq gətirilmiş olacaq. Amma hər halda Paşinyan hökuməti Azərbaycanın irəli sürdüyü planı qəbul edib. Bununla bağlı Ermənistanın xarici işlər naziri və Təhlükəsizlik Şurasının katibinin açıqlaması var. Onlar Azərbaycanın təşəbbüslərinə müəyyən əlavələr etmək istəyiblər. Bununla bağlı Paşinyanın da fikirləri var. Həmçinin burada Qarabağda yaşayan erməni icması ilə Azərbaycanın danışması məsələsi vurğulanmışdı. Əslində Paşinyan bu cür açıqlamalar verməli deyildi. Çünki Qarabağ məsələsinin Ermənistana və onun hərbi siyasi rəhbərliyinə heç bir aidiyyatı yoxdur. Azərbaycanın özü bilər ki, orada məsələləri necə həll edir və hansı addımları atacaq. Ölkəmizin ərazisində yerləşən milli azlıqların hamısı konstitusiyaya görə, bizim vətəndaşlarımız hesab edilir. Ona görə də, burada aydın olmayan ifadələr var.

- Ermənistan Azərbaycanın 5 bəndlik sülh təklifini qəbul edibsə, əlavə hansı şərtlərdən danışmaq olar?

- Bu baxımdan Paşinyanın sülhə imza atmağa hazır olması fonunda, bir sıra əlavə məsələləri gündəmə gətirməsinin səbəbi də hələlik heç kəsə aydın deyil. Çox güman ki, Ermənistan tərəfindən irəli sürülən əlavələr yaxın gələcəkdə məlum olacaq. Görünən odur ki, Paşinyan bu cür məsələləri gündəmə gətirməklə özünə qarşı olan qüvvələri neytrallaşdırmaq niyyəti güdür. O, həmçinin erməni xalqına da yaxşı siyasətçi kimi görünmək istəyir. Amma məsələləri heç də bəyanatlar həll etmir(teleqraf).

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR