Ədalət İlahəsi Ədliyyə Nazirliyinin çöküşünü seyr edir - Qocalar ölkənin hüquq siyasətini hansı hala gətiriblər?

31 oktyabr, 2022 12:06

Azərbaycanın hüquqi dövlət kimi formalaşdırılması ədliyyə sisteminin sağlamlaşdırılmasından bilavasitə asılıdır. Bəs, ədliyyə sisteminin möhkəmləndirilməsi niyə bu qədər əhəmiyyətlidir? Sağlam ədliyyə sistemi olan dövlətlərdə bütün strukturların fəaliyyəti mükəmməl normativ-baza əsasında və qanun çərçivəsində tənzimlənir, dövlət-vətəndaş münasibətləri möhkəmlənir, vətəndaşların hüquq və azadlıqları ən yüksək səviyyədə qorunur, qanunların icrası qeyd-şərtsiz icra olunur, bürokratiya və süründürməçilik aradan qaldırılır, müxtəlif dövlət qurumlarına və hakimiyyətin ayrı-ayrı qollarına xarici-kənar və mənfi təsirlər də aradan qaldırılmış olur. Ədliyyə anlayışı özündə bir çox elementləri ehtiva etsə də, penitensiar müəssisələr, məhkəmə icraçıları və məhkəmə ekspertizası bu anlayışın əsas elementləri kimi özünü daha çox büruzə verir. Şübhəsiz ki, ədliyyə sisteminə aid olan bütün idarə, müəssisə və təşkilatların fəaliyyəti bir-biriləri ilə sıx bağlıdır. Bu prizmadan baxsaq, hər hansı müəssisədəki qanunsuzluqlar ümumilikdə, ədliyyə sisteminin – Ədliyyə Nazirliyinin problemləri kimi qəbul edilməlidir.

Məsələn, media, cəmiyyət və beynəlxalq təşkilatlar tərəfindən penitensiar sistemdə davamlı şəkildə müşahidə edilən və günbəgün dərinləşən ciddi problemlərin əsas qaynağının Ədliyyə Nazirliyi olması heç bir şübhə doğura bilməz. Ayrı-ayrı ədliyyə orqanlarındakı ciddi nöqsanlara görə ən böyük məsuliyyət məhz ölkənin hüquq siyasətini həyata keçirən Ədliyyə Nazirliyinin payına düşür.

Bu günə qədər Azsiyaset.com saytında Ədliyyə Nazirliyinə tabe olan Penitensiar Xidmət, Baş Tibb İdarəsi, eləcə də məhkəmə-hüquq sistemindəki problemlərlə bağlı onlarla analitik-araşdırma materiallar dərc olunub. Təəssüf doğuran hal odur ki, adıçəkilən qurumların rəhbərləri bu materialların dərcini dayandırmaq üçün ən küstar və “ənənəvi” üsullardan istifadə etməyə üstünlük verdilər. Bu sahədəki problemlərin analitik dərci redaksiyamızın dəyişməz mövqeyidir. Yəni, bizim üçün əsas prioritet və əldə edəcəyimiz əsas nəticə göstərilən problemlərin həllinə nail olmaqdır.

Ədalət ilahəsi hesab olunan Femidanın ən çox istismar olunduğu ölkələrindən birinin Azərbaycan olduğunu desək, yanılmarıq... Proseslərin təhlilindən, vətəndaş şikayətlərindən və uzunmüddətli müşahidələrdən sonra belə bir qənaətin formalaşmasına görə Ədliyyə Nazirliyinə necə təşəkkür edə bilərik?! Azərbaycan məhkəmələrində proseslərin dəqiq və şəffaf izləməsini aparan “Femida sistemi” də quraşdırılıb. Ancaq ölkədəki məhkəmə sisteminin necə acınacaqlı durumda olduğunu isbatlamağa ehtiyac yoxdur. Görünən budur ki, Azərbaycan ədliyyə sisteminin başında duran məmurlar Femida anlayışını fərqli şəkildə anlamağa üstünlük veriblər. Əslində isə gözübağlı Femida tərəfsizliyini nümayiş etdirir, bir əlində tərəzi tutmaqla ədaləti-nizami qoruyur, digər əlindəki qılınc isə ədalətli cəzalandırmanı nəzərdə tutur. Əgər tərəzinin bir gözünə Ədliyyə Nazirliyinin bütün orqanlarındakı problemləri, digər gözünə isə Penitensiar Xidmətdəki qanunsuzları qoysaq, ikinci daha ağır gələcək.

Oktyabrın 27-də saytımızda işıqlandırılan “Müstəqil məhkəməsiz gələcəyimizi necə təmin edə bilərik?” sərlövhəli məqalə penitensiar sistem haqqında mütəmadi şəkildə dərc etdiyimiz qərəzsiz materialların davamı kimi ədliyyə sisteminə olan münasibətin şəffaf miqyaasını bir az da genişləndirdi. Bəli, penitensiar sistem də daxil olmaqla, ümumilikdə Ədliyyə Nazirliyindəki problemlərin başlıca səbəbi eyni şəxslərin on illər boyu vəzifədə olmalarıdır.

​​​​​​​

Bir dövlət üçün dəhşətli və təhlükəli statistikadır: Fikrət Məmmədov 2000-ci ildən - düz 22 ildir Ədliyə naziri vəzifəsini daşıyır. O, 2005-ci ildən - 17 ildir həm də Məhkəmə-Hüquq Şurasının sədridir. Ölkədə ən çox müavini olan nazirlərdən biri də məhz F.Məmmədovdur. Ölkənin penitensiar sistemini həlli mümkünsüz problemə çevirən general-leytenant Ceyhun Həsənov da daxil olmaqla, nazirin 5 müavini (Azər Cəfərov, Toğrul Musayev, Vilayət Zahirov və Eldar Nuriyev) var. Nazir müavini vəzifəsini tutan bu şəxslərin hər birinin yaşı 60-dan yuxarıdır və geniş biznes imkanlarına sahibdirlər (bu haqda daha sonra...).

Toğrul Musayev 2000-ci ildən (22 il), Vilayət Zahirov 2004-cü ildən (18 il), Azər Cəfərov isə 2012-ci ildən (10 il) nazir müavini postunu tutur.

Nazirin oğlu Fariz Məmmədov da vəkil bürolarından birinin rəhbəridir. Bu amil F.Məmmədovun Vəkillər Kollegiyası üzərindəki hökmranlığını daha da möhkəmləndirdi. Təsadüf deyil ki, Vəkillər Kollegiyasının Nazirin oğlu tərəfindən idarə olunması da yayılan məlumatlar sırasındadır.

Samir Feyruzov

Azsiyaset.com

 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR