"Bayden və Putin təxirə salınmadan danışıqlara başlamalıdır" - "Washington Post" nəşri

31 oktyabr, 2022 13:27

ABŞ ilə Rusiya arasında diplomatiyanın nizama salınmasının zərurəti aydındır. Lakin bu səylər Ukraynaya qarşı müharibənin dayandırılmasına uğursuz cəhdlərə deyil, iki ölkə arasında fəlakətli münaqişəyə yol verilməməsinə yönəldilməlidir.

Bu barədə "Washington Post" qəzetində amerikalı jurnalist və yazıçı Devid İqnatius yazıb.

O, güman edir ki, Rusiyanın Ukraynaya qarşı münaqişəsi, bütün dəhşətlərinə rəğmən, diplomatik həlli üçün hələ, sadəcə, yetişməyib. Ukrayna ordusu döyüş meydanında hücumdadır. Rusiya isə, bütün nüvə təhdidlərinə rəğmən, məğlub olur. Ambisiyalı ukraynalılar öz ölkələrinin bütün ərazisi üzərində nəzarəti geri qaytarmaq istəyir. Rusiya ordusu isə geri çəkilməkdən imtina edir. Ona görə də hələlik güzəştlər mümkün deyil, İqnatius hesab edir.

Onun sözlərinə görə, Vaşinqton yeni kanallar tapmalı və "Moskvanın nəzərinə çatdırmalıdır ki, ABŞ Rusiyanın məhvinə can atmır və birbaşa münaqişədən yan keçmək istəyir".

Məqalədə İqnatius Rusiyanın "informasiya azğınlığı"na Amerikanın yaxşı cavabını nümunə gətirir.

Onun sözlərinə görə, Vaşinqtonun Ukraynaya qarşı, guya, "çirkli bomba" partlatmağa hazırlaşdığı barədə ittihamlar "qasırğası"na münasibəti belə olub. Qərb analitiklərinin əksəriyyəti bu ittihamların Kremlin taktiki nüvə silahının tətbiq edilməsinə haqq qazandırması üçün istifadə etməyə cəhd etdiyi uydurma kimi dəyərləndirib. İqnatius etiraf edir ki, özü belə nəticəyə gəlib. Lakin o, istisna etmir ki, Putin buna inana bilər və onun sübutları olduğunu düşünə bilər.

"Kreml siqnal göndərmək üçün hər bir düyməyə basıb. Rusiyanın müdafiə naziri ABŞ-da öz həmkarına zəng edib. Onlar iki dəfə danışıb. Analoji zənglər Böyük Britaniya, Fransa və Türkiyənin müdafiə nazirlərinə də edilib. Rusiyanın Qərargah rəisi Pentaqonda öz həmkarı ilə əlaqə yaradıb. Rusiya BMT Təhlükəsizlik Şurasında "çirkli bomba" məsələsini qaldırıb.

 

Co Bayden administrasiyası nə edib? O, müdrikcəsinə hərəkət edərək, Rusiyanın iddialarını rədd edib, lakin MAQATE-nin rəhbəri Rafael Qrossinin araşdırma aparması üşün tez bir zamanda razılığa gəlib. Bunun üçün Ağ ev və Dövlət Departamentinin məmurları Kiyevə zəng vurmalı olub. Sutka ərzində Bayden administrasiyası beynəlxalq meydança taparaq, bu böhranın qarşısını müvəqqəti də olsa almağa və Rusiyanın hay-küylü şikayətlərinə aydınlıq gətirməyi bacarıb", - məqalə müəllifi yazır. 

İqnatiusun fikrinə görə, üçüncü dünya savaşının qarşısını almaq üçün bu, bütün başqa sahələrdə də tətbiq edilməsi lazım olan böhran kommunikasiyası modelidir.

"Mən hesab edirəm ki, Putin yalançı və təcavüzkardır. Və mən ümid edirəm ki, ukraynalılar bundan sonra da Rusiyanı döyüş meydanında darmadağın edəcək. Lakin ABŞ-ın toxunulmaz milli maraqları bundan ibarətdrir ki, Baydenin də dəfələrlə dediyi kimi, Rusiya ilə birbaşa müharibədən yan keçilsin", - məqalədə deyilir.

"Vaşinqtonun Moskvaya nəyi edəcəyini və nəyi etməyəcəyini deməyə sözü var. Ukraynaya hərbi müdaxilədən öncə Putin NATO-dan təhlükəsizlik zəmanətlərini tələb edib. Diplomatlar bu diskusiyanı bərpa etməlidir. Bayden raketlərin yerləşdirilməsinin məhdudlaşdərılması, təlimlərin keçirilməsi barədə məlumat mübadiləsi və eskalasiyadan yan keçmə barədə təklifləri təkrarlamalıdır.

Burada xatırlatmaq gərəkdir ki, təhlükəsizlik zəmanətləri Karib böhranını bitirməyə kömək edən düstur olub. ABŞ və SSRİ öz nüvə raketlərini, - amerikalılar Türkiyədən, Kreml isə Kubadan, - çıxarmaq üçün gizli razılığa gəlib", - İqnatius xatırlayır.

"Nüvə dövlətləri bir-birini alçaltmağa imkan verməməlidir. Putin Ukraynaya qarşı ağılsız müharibəsində öz planı üzrə hərəkət edə bilər. Və Vaşinqton onu öz səfehliyinin nəticələrindən xilas edə bilməz. ABŞ Ukraynada müharibənin bitməsi barədə razılığa gəlməyə cəhd etməməlidir. Bu, Kiyevin qayğısıdır. ABŞ hətta öz qərarını sırımaq istəsə belə, alınmayacaq. Lakin bu dəhşətli müharibənin  nəsə daha dəhşətli bir şeyı çevrilməməsi üçün təxirə salınmadan danışıqlara başlamaq lazımdır", - müəllif vurğulayıb.

Xatırladaq ki, Rusiya yenidən Qərblə danışıqlar barədə fikir səsləndirib. Kremlin mətbuat katibi Dmitri Peskov və Rusiyanın xarici işlər naziri Sergey Lavrov prezident Putinin ABŞ prezidenti Co Baydenlə Ukraynada müharibənin dayandırılması şərtlərini müzakirə etmək üçün görüşməyə hazır olduğunu bəyan edib.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR