"İran rejimi ölkəni Suriya kimi yandırıb xarabalığa çevirə bilər" - "The Economist" nəşri

31 oktyabr, 2022 15:40

İranda yedi həftədən artıqdır davam edən etirazların ölkənin əsas şəhərlərini əhatə edir. Bəs etirazlar teokratik rejimin devrilməsinə gətirib çıxara bilərmi?“

Nüfuzlu nəşri suala cavab axtarıb. Jurnalda dərc olunan məqalədə bildirilir ki, İranda rejimə qarşı etirazlar əvvəllər də baş verib, amma budəfəki aksiyalar fərqli miqyasdadır.

“Etirazçılar daha böyük yardım, yaxud sistem daxilində siyasi islahat tələb etmirlər, teokratik rejimin getməsini istəyirlər. Bu dəfə qəzəb daha uzun çəkib və orta sinfin hüdudlarını aşıb”, – məqalədə deyilir.

Bu günə qədər yüzlərlə etirazçı öldürülüb, 12 mindən çox həbs olunan var. Amma Ali dini lider Ayətullah Əli Xameneyinin qüvvələri üsyanı yatıra bilməyiblər.

“Biz daha hansısa hərəkat deyilik. Milləti doğuran inqilabıq”, – Tehranda bir universitet tələbəsi deyib.

“The Economist” Yaxın Şərqdə ilk dəfə olaraq qadınların etirazlara liderlik etməsinə diqqət çəkir. Qadınlar əmmaməli kişilərin onlara geyim, səyahət, iş qaydaları diqtə etməsindən təngə gəliblər. Məqalədə İran rejiminin altı həftədir geri çəkildiyi, etirazçıların əsasən gənclər, çoxunun radikal olduğu deyilir. Onlar Xameneyinin məmurlarını məktəblərdən qovurlar, təhlükəsizlik qüvvələrinə Molotov kokteylləri atırlar. Hətta mühafizəkar Məşhəd, Qum şəhərlərində belə böyük etirazlar keçirilib.

“İndiyədək etirazçıların hər hansı proqram, yaxud lider ətrafında birləşməməsinin səbəbi məqsədli də ola bilər. Onlar öldürülə, həbs oluna, ev dustağı edilə biləcək liderin arxasınca getməyə ehtiyat edirlər. 2009-cu ilin kütləvi etirazlarından sonra Yaşıllar Hərəkatının aparıcı fiqurlarının taleyi belə olmuşdu”, – məqalədə vurğulanır.

Əvəzində təşkilatlanma horizontal gedir. Etirazçılar polisin cərgəyə düzüldüyü yol qovşaqları deyil, əsas yollar boyunca yığışırlar. Təcrübədən bilirlər ki, belə bir mürəkkəb ölkədə ambisiyalı manifestlər bölücülük yarada bilər. Ona görə də, şüarlar formasında, yaxud Telegram kimi sosial media platformalarında tələbələrin həbsdən buraxılması, etirazçılarn ölümünə görə məsuliyyət daşıyan təhlükəsizlik əməkdaşlarının mühakimə olunması, çuğulluq edəm müəllimlərin işdən çıxarılması tələb olunur.

“The Economist” rejimin əlində ən effektli silahın iqtisadiyyatla bağlı olduğunu yazır. Çox az adam uzunmüddətli ümumi tətil çağırışlarına qoşula bilər. İnflyasiya 50 faizdən yuxarıdır. Milli valyuta dəyərsizləşib. Milyonlarla insan yoxsulluq içindədir. Ona görə də etirazçıların yolu uzun və qeyri-müəyyən görünür. Üsyanın uğurlu olması üçün ona daha çox orta sinif və orta yaş təmsilçisi qatılmalıdır. Digər tərəfdən, təhlükəsizlik qüvvələri hələlik, rejimə sadiqlik göstərib.

“The Economist” başqa bir yazısında etirazların mümkün nəticələrini təhlil edir. Belə ki, xalqın istəklərini daha yaxşı reaksiya verəcək növbəti İran rejimi ölkədə və xaricdə daha az repressiv davrana bilər. İran xaricə islam inqilabı ixrac etməsə, Yaxın Şərqdə gərginlik azalar, Körfəz ölkələri silaha daha az pul xərcləyər.

Ancaq etirazların daha pis nəticələri də ola bilər. Məsələn, millətçi militarist rejim ölkədə məcburi qaydaları nisbətən yüngülləşdirə, amma xaricdə silahlı dəstələri silahlandırmağa davam edə bilər. Yaxud Suriyadakı kimi, diktator hakimiyyətdən getmək əvəzinə ölkəni yandırıb xarabalığa çevirər.

Xaricdən iranlılara köməyə gəlincə, onsuz da sərt sanksiyaları bir az da ağırlaşdırmaq çətindir. Xaricdə proksi serverlər yaratmaqla, VPN yükləməyi asanlaşdırmaqla etirazçıların bir-birilə kommunikasiyasına yardım göstərmək olar. 

“Nə qədər çox iranlı məktəbli qızların qəddar mollaları ələ saldığını görsə, klerik rejimin labüdlüyü daha çox azalar”, – məqalədə vurğulanır(azpoltika.info). 

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR