Səttar Bəhlulzadənin əsərləri ölkədən necə çıxarılıb?

13 yanvar, 2023 14:44

Azərbaycan rəssamlıq məkətbinin ən görkəmli nümayəndələrindən olan Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Böyükağa Mirzəzadənin, Toğrul Nərimanbəyovun və Əli Verdiyevin əsərlərinin "eBay" internet-mağazasında Oğuz Tolga adlı şəxs tərəfindən satışa çıxarıldığı ilə bağlı məlumatlar tirajlanmaqdadır. Dəhşətlisi budur ki, “Tolga & Sons Art Gallery” şirkətinin sahiblərindən biri Deniz Bülent Tolqa həmin rəsmlərin onlara erməni rəssamların əsərləri olaraq satıldığını bildirib. Mətndə qeyd edilir ki, bütün rəsm əsərlərinin Azərbaycan Dövlət İncəsənət Muzeyindən orijinallıq sertifikatı var.

Bu əsərlərin hər biri xalqımızın üçün milli sərvəti hesab olunur. Əgər dövlət bu əsərlərlə bağlı təcili tədbirlər həyata keçirməsə, onlar bir müddət sonra erməni rəssamların əsərləri kimi beynəlxalq sərgilərdə nümayiş olunacaq.

Ümumiyyətlə, bu əsərlər nə zaman, kimlərin əli ilə, hansı şəraitdə, və ölkədən necə çıxarıllb?

D.B.Tolqa bildirib ki, 40 ildir bu əsərlərə Azərbaycandan heç kim sahib çıxmır.

Düşünürəm ki, bu əsərlərin ölkədən necə və nə vaxt çıxarılmasının səbəblərini bilən adamlar var, onlar Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev və Azərbaycan Rəssamlıq Akademiyasının prorektoru Səlhab Məmmədovdur. Bu şəxslər istənilən rəsm əsərinin orijinal olub-olmadığını, hər bir əsərin yüz il əvvəlki və sonrakı taleyini bilən adamlardırlar. Təsviri sənət Dövlət Ekspert Komissiyası var, bu komissiyanın da sədri məhz Ç.Fərzəliyevdir. Ölkədən çıxan bütün əsərlərə bu komissiya rəy verir və üstünə öz möhürünü vurur.

Təsəvvür edin, Səttar Bəhlulzadənin 650 əsəri satışa çıxarılıb və bu əsərlərə 18 milyon 500 min dollar qiymət qoyulub.

Heç şübhəsiz ki, dövlət bu əsərlərin geri qaytarılması üçün təcili işlər görməlidir. Belə çıxır ki, bu əsərləri Vətənə qaytarmaq üçün 18 milyon 500 min manat pul xərcləməliyik. Halbuki vaxtında sahib çıxa bilsəydik, indi belə bir acınacaqlı duruma düşməzdik.

Həmişəki kimi, Mədəniyyət Nazirliyi bu məsələdə də seyrçi möqe tutmağı qərara alıb. Bu günə qədər Azərbaycan Mədəniyyət Nazirliyinə rəhbərlik etmiş hər bir şəxs bu məsələdə məsuliyyət daşıyır. Müstəqilliyimizin ilk illərindən başlayaraq, muzeylərdən rəsm əsərlərinin oğurlanması ilə bağlı iddialar zaman-zaman ortaya çıxıb.

Ekspertlər qeyd edirlər ki, 1974-cü ildə Səttar Bəhlulzadənin vəfatından sonra onun emalatxanasını boşaldılıb, onlar müxtəlif şəxslərin əlinə keçib və əsərlərin bir çoxunu da emalatxanadan bayıra atıblar. Bəs, bu əsərlər daha sonra kimlərə çatıb, ölkədən çıxışı necə təşkil olunub? Söhbət bir-iki yox, yüzlərlə rəsm əsərindən gedir. Bu əsərlərin 40 il sonra - indiki məqamda satışa çıxarılması onu deməyə əsas verir ki, bu əsərlər ötən əsrin 70-ci illərində yox, bəlkə də yaxın tarixdə ölkəmizdən çıxarılıb.

Səttar Bəhlulzadə yaradıcılığının tədqiqatçısı Ziyadxan Əliyev Turan.az-a açıqlamasında saxta və ya real rəsmlərin surətlərinin satışa çıxarıldığını istisna etməyib:

“1974-cü ildə Səttar Bəhlulzadənin vəfatından sonra çoxlu sayda çizgi, yarımçıq rəsm, eskiz şəxsi əllərdə, rəssamın qohumlarının evlərində qalıb. Satılan əsərlərin 95%-ə qədərinin onun məşhur əsərlərinə aidiyyatı yoxdur. Bu əsərləri bizim soydaşlarımız və əcnəbilər alıb ölkədən çıxara bilərdi. Mənə məlumdur ki, rəsmlərin çoxunu türk diplomat Turqut Ər aparıb, sonra o, rəsmləri Türkiyədən azərbaycanlılara satmağa çalışıb, amma alıcı olmayıb (Bakıda çalışan digər dövlətlərin diplomatları da azərbaycanlı rəssamların əsərlərini xaricə daşıyıblar). 650 rəsm əsərinin bir satıcının əlində cəmləşməsi narahatlıq doğurur. Onu da deyə bilərəm ki, onun satdığı əsərlərin bəziləri Bəhlulzadənin orijinal əsərlərinə bənzəmir. Rəsmlərin qanunsuz daşınmasında günahkar olanlara gəlincə, onların adlarını istintaq orqanları açıqlaya bilər, şəhadətnamələrin olması isə rəsmlərin gizli daşınmasının mümkünsüzlüyünə zəmanət vermir, belə ki, qrafik eskizlər və çizgiləri diplomat- çamadana qoyub onlarla birlikdə təyyarəyə minmək olar. Rəsmlərin sərhəddən keçirilməsinin təşkil edə bilən peşəkar maklerlər var. Azərbaycanda hər şeyi alıb aparmaq olar, bu, hamının gözü qarşısında baş verir, ona görə də cinayətkarların baqajını yoxlamayan sərhədçilərin günahını inkar etmək olmaz".

Bəz ekspertlər qeyd edirlər ki, S.Bəhlulzadənin bu qədər rəsm əsəri ola bilməz, haradasa nəhəng dəzgah işləyir, tanınmış rəssamların adına çıxılan saxta əsərləri satışa çıxarır.

Z.Əliyev onu da bildirib ki, azərbaycanlı rəssamların çoxlsaylı əsərinin saxlanması və xaricdə satılması problemi var. İran və Türkiyədə mədəniyyət əsərlərinin xilası üçün ictimai fondlar fəaliyyət göstərir. Onlar müxtəlif ölkələrdə sənət əsərlərini əldə edib öz dövlətlərinə qaytarırlar. Bakıda analoji dövlət qurumu var, lakin oğurlanmış əsərlərin hamısının əldə edilməsi üçün vəsaitləri yoxdur. Bununla fərdi-mesenantlar məşğul olmalıdır.

Azsiyaset.com

16 fevral

12:33 - Postsovet ölkəsinə xəbərdarlıq olundu - Ukraynanın aqibəti ilə üzləşəcəksiniz12:29 - "Müharibə olsa, İrana köməyə hazırıq..." - Taliban sözçüsü12:27 - "Müharibə bu il bitməyəcək" - Amerikalı general ABŞ-ı ittiham etdi

11 fevral

11:30 - "Rusiya ilə bizi qarşıdurmaya sürükləyə bilməzlər" - Paşinyan11:27 - "Bakı və İrəvan arasında sülh anlaşması pozularsa..." - Pol Qobl11:22 - "Azərbaycan Ermənistan mallarının öz dəmir yolu ilə ixracı imkanını təsdiqləyib" - Paşinyan

09 fevral

15:13 - Peskov Ankoriç ruhunun sirrini açdı - Ukrayna müharibəsində böyük sıçrayışın 28 gizli bəndi15:11 - Şagirdlər "İdrak" liseyini tərk edir15:08 - Dələduzluğa görə həbs edilən dəstə başçısı - Ev dustaqlığına buraxıldı

02 fevral

14:25 - FED-də dəyişiklik bazarları silkələdi - Qızıl və gümüş "çökdü", neft ucuzlaşdı14:23 - "Xalq" qəzetində keçirilən görüşdə Veysəloğlu Şirkətlər Qrupu tərəfindən qocaman jurnalistə dəstək ifadə edilib - FOTOLAR12:37 - Azərbaycanda MTK-ların "qara siyahı"sı yaradıla bilər12:34 - Prezidentdən Azərbaycan gənclərinə müraciət - YENİLƏNİB09:47 - İran ABŞ üçün şərtlərini açıqladı

28 yanvar

14:53 - 60 min boş iş yeri haradadır? - Agentlik sədrinin müəmmalı açıqlaması14:52 - Orduya böyük sərmayə qoymuşuq...14:50 - Ohanyan üzə çıxdı - "Azərbaycan XTQ-ni, Ermənistan isə polisi gücləndirir"14:48 - "Araz" supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir

26 yanvar

14:38 - ABŞ-da qətl: təhlükəsizlik qüvvələri vətəndaşı güllələdi - Bəs demokratiya nağılı?14:34 - "Təcavüzə ağır cavab veriləcək" - Bəqai14:31 - Çinin ikinci şəxsi ABŞ casusu olub? - QALMAQAL

21 yanvar

10:27 - "Biz üç ildən artıq dövrdə Avropaya qaz ixracını 13 milyard kubmetrə çatdırmışıq" - İlham Əliyev10:22 - Azərbaycan Trampın dəvətini qəbul edib, Sülh Şurasına qoşulub10:17 - Qızılın qiyməti yenə rekord qırdı - Bu il qızılın qiyməti nə qədər olacaq?

16 yanvar

10:41 - Azərbaycandakı sayt və sosial şəbəkələrdə əxlaqsız paylaşımlar qadağan edildi - DETALLAR10:37 - Qəddafinin qızı İran xalqına müraciət edib - "İmperialistlərin aldatıcı sözlərinə və şüarlarına inanmayın"10:36 - Avropa Komissiyası 8 ölkə üçün silah kreditini təsdiqlədi

07 yanvar

16:40 - Erməni təcavüzü nəticəsində nə qədər vətəndaşımız itkin düşüb? - Dövlət Komissiyası16:34 - Ucuz məhsul keyfiyyətsizdirmi? - Ekspertlərdən açıqlama16:32 - "Cənab səfir, bizə cavab verin!"