Zəlzələ Türkiyə iqtisadiyyatının hansı sahələrinə təsir edəcək? - Hökumət 100 milyard ayırıb

10 fevral, 2023 13:51

Fevralın 6-da Türkiyədə baş verən zəlzələ ölkənin 10 vilayətində böyük dağıntılar törədib. Ölkə statistika qurumunun bilgilərinə görə, zəlzələ ərazilərində toplam 13.5 milyon insan yaşayır. Bu, ölkə əhalisinin 15.7 faizi deməkdir. Dağıntılar nəticəsində minlərlə insan həyatını itirib. Dağılan bina sayı da minlərcədir.

Dağıntının miqyası böyükdür, yalnız yaşayış binaları deyil, xəstəxana və məktəblər, ictimai tikililər, yol və nəqliyyat infrastrukturları, iş yerləri də dağılıb.

“Azadlıq” radiosu xəbər verir ki, baş verən fəlakət təkcə insan itkiləri deyil, iqtisadi itkilər də doğurub.

Türkiyə hökuməti təcili yardım fəaliyyətinə, ilkin olaraq, 100 milyard türk lirəsi dəyərində büdcə ayırıb. Bu, təxminən 9 milyard manat vəsait deməkdir.

Bölgədə dağıntılar və qurtarma işləri hələ də sürdüyündən dəyən zərərin tam hesablanması indilik mümkün görünmür. Ancaq ilkin proqnozlar açıqlanıb. Ekspertlərin fikrincə, zəlzələ nəticəsində Türkiyədə ümumi daxili məhsulun (ÜDM) həcmində 0.6-2 faiz aralığında azalma baş verə bilər. İqtisadçılar bu rəqəmləri istehsalın 50 faiz azalacağı və bərpa prosesinin 6-12 ay davam edəcəyi ssenarisinə dayanaraq hesablayıblar.

Zəlzələnin əhatə dairəsini görməyə imkan verən göstəricilərdən biri də ölkədə tükədilən elektrik enerjisidir. Rəsmi açıqlamaya görə, zəlzələdən sonra Türkiyədə günlük elektrik enerjisi istehlakı ötən həftənin eyni günü ilə müqayisədə 11 faiz azalıb.

Rəsmi göstəricilərdən aydın olur ki, Türkiyədə ÜDM-in formalaşmasında zəlzələ bölgələrinin payı 9.3 faizdir. Müxtəlif sektorlarda bu göstərici daha yüksəkdir. Məsələn, kənd təsərrüfatı istehsalında zəlzələ baş verən bölgənin payı 14.3 faizdir. Başqa deyimlə, ölkədə yetişdirilən kənd təsərrüfatı məhsullarının, dəyər olaraq, 1/7-i bu 10 bölgənin payına düşür.

Zəlzələ olan ərazilərin ölkə sənayesindəki payı isə 11.1 faizdir. Türkiyə iqtisadiyyatından ötrü önəmli sayılan turizm sektorunda isə bölgənin payı nisbətən az – 1 faizdir.

Zəlzələ olan bölgələrin Türkiyənin ixracatındakı payı 8.5 faizdir. Ötən il Türkiyənin toplam ixracının 254 milyard dollar olduğu yada salınsa, söhbət, azı, 20 milyard dollardan gedir. Müqayisə üçün, bu, Azərbaycanın 2022-ci ildə neft satışından qazandığı gəlirdən daha böyük rəqəmdir. Ekspertlərin qənaətincə, 2023-cü ildə bölgənin toplam ixracında bir neçə milyard dollar dəyərində azalma baş verə bilər.

Zəlzələ baş verən bölgələrdən ikisi – Qaziantəp və Hatay Türkiyənin ən çox ixrac gerçəkləşdirən ilk 10 bölgəsi arasındadır. Ötən il təkcə Qaziantəp bölgəsində ixrac göstəricisi 10.52 milyard dollar olub. Bu o deməkdir ki, Türkiyənin ixracatının 4.4 faizi yalnız Qaziantəp bölgəsinin payına düşür. Zəlzələnin ən çox zərər vurduğu yerlərdən olan Hatayda isə ötən il 3.56 milyard dollarlıq ixracat olub. Müqayisə üçün, həmin müddətdə Azərbaycan Respublikasının toplam neftdənkənar ixracatı daha az – 3 milyard dollardır. Zəlzələ bölgələrində yerləşən Adana və Qəhrəmanmaraşda da illik ixrac 1 milyard dolları aşır.

Zəlzələ ölkənin logistika infrastrukturlarının fəaliyyətində də dayanmalara səbəb olub. Türkiyənin əsas neft ixrac məntəqəsi və Azərbaycan neftinin də Avropaya açılan qapısı sayılan Adanadakı Ceyhan limanında zəlzələ üzündən əməliyyatlar müvəqqəti dayandırılıb.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR