İran şirkəti "Şahdəniz" layihəsindən çıxarıla bilərmi?

03 aprel, 2023 15:57

İranın Azərbaycana qarşı düşmənçilik siyasəti iki ölkə arasında bütün sahələrdəki münasibətlərə mənfi təsir göstərib. Hazırda bu ölkə, Ermənistan istisna olmaqla, yaxın qonşular arasında Azərbaycanla ən aşağı ticarət dövriyyəsinə malikdir.

Tehranın hədə-təhdid siyasətindən əl çəkməməsi bu ölkəyə məxsus şirkətin neft-qaz layihələrindən çıxarılması ilə nəticələnə bilər.

Neft sektoru üzrə mütəxəssis İlham Şaban “azpolitika.info-ya açıqlamasında belə bir perspektivin kifayət qədər real olduğunu deyib. Ekspert xatırladır ki, 2012-ci ildə İrana qarşı sərtləşdirilmiş ABŞ və Avropa İttifaqı sanksiyaları işə düşəndə onun dövlətə məxsus NİOC şirkətinin “Şahdəniz” layihəsindən çıxarılması məsələsi müzakirəyə çıxarılıb.

“Çünki bundan öncə İranın Şimal dənizində Qərb şirkətləri ilə layihədəki payına sanksiya tətbiq edilmişdi. Amma rəsmi Bakının davamlı xahişindən sonra bu məsələ üzrə belə razılıq əldə edildi ki, İran iştirakçı kimi qalır, amma nüvə razılaşması ilə bağlı sanksiyalar götütülməyənə qədər İran “Şahdəniz”dən mənfəət əldə edə bilməz. Qeyd edim ki, Azərbaycan “Şahdəniz-2” layihəsi üzrə müqaviləni yekunlaşdırır və öz qazını Avropaya çıxartmaq üçün son mərhələ işləri görüldüyünə görə istəmirdi ki, İran bu möhtəşəm layihədə baş ağrısına çevrilsin. Bu məqsədlə layihənin o zamankı kommersiya operatoru “Statoil” şirkəti Norveçdə xüsusi hesab açdı ki, İrana çatmalı olan mənfəət ora köçürülsün”,- İ.Şaban vurğulayıb.

Qeyd edək ki, hazırda layihənin kommersiya operatoru SOCAR, texniki operatoru isə BP şirkətidir.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR