Azərbaycanda "Kərimə" dövləti qurmaq istəyən Ruhullah Axundzadə vaxtından əvvəl azadlığa necə çıxıb?

10 aprel, 2023 09:06

İran-Azərbaycan münasibətlərinin daha da gərginləşməsi ölkəmizdə “Kərimə” dövləti qurmaq istəyən şəxslərin fəaliyyəti ilə bağlı yeni nüansları ortaya çıxarır.

Məsələn, 2011-ci ilin yanvar ayında tutularaq, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq), 278-ci (hakimiyyəti zorla ələ keçirmə) maddələri üzrə ittiham edilən və 11 il 6 ay azadlıqdan məhrum olunan Ruhullah Höcət oğlu Axundzadə necə olub ki, əfv sərəncamına düşərək azadlığa çıxıb?!

Əfv sərəncamına düşən şəxslər islah olunmuş şəxslər ola bilər. Amma Ruhullah Axundzadə həbsdə olarkən ailə üzvləri vasitəsilə İrana bağlı mediaya məlumatlar ötürərək heç bir əməlindən peşman olmadığını dilə gətirirdi. O, həbsdə olarkən “Məni əfv etməyin! Üzr istəyin və bəraət verin!” demişdi. Təsadüfi deyil ki, R.Axundzadə 2021-ci ilin mart ayında azadlığa çıxandan dərhal sonra Azərbaycan vətəndaşlığından imtina etdiyini bəyan edərək İrana getmişdi. 11 il 6 ay həbs cəzası alan və cəzasının çəkilməyən hissəsindən (1 il 4 ay) azad edilən R.Axundzadə 10 il 2 ay məhkum həyatı yaşayaraq azadlığa çıxıb.

İndi o, İrandadır və yenidən fars xüsusi xidmət orqanlarının tapşırıqları ilə Azərbaycan əleyhinə fəaliyyətini davam etdirir.

R.Axundzadə əfv sərəncamına salınmamışdan öncə onun İranda yaşayan və “Kərimə” dövlətinin əsas “ideoloq”larından olan Tohid İbrahimbəylinin qaynatası olması nəzərə alınmalı idi. Çünki R.Axundzadə həbsdə olarkən T.İbrahimbəyli Azərbaycana təhdidlər yağıdırır və burada müxtəlif şəxsləri İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb edirdi. T.İbrahimbəylinin qaynatası R.Axundzadənin azadlığa çıxması hüquqi və mənəvi baxımdan ciddi məsuliyyət yaratmalı idi. Amma...

Əldə olunan məlumatlardan görünür ki, Penitensiar Xidmətin 15 saylı rejimli cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayan R.Axundzadə həbsdə olduğu müddətdə güzəştli şəraitdə saxlanılıb. Cəzaçəkmə müəssisəsinin rəisi digər məhkumlardan fərqli olaraq, R.Axundzadəyə xüsusi diqqət göstərib. O, səliqəli otaq saxlanılıb, “razvod”a çıxmayıb və cəzaçəkmə müəssisəsinin qanunla müəyyənləşdirilmiş sərt qaydalarından tamamilə kənarda tutulub. Həbsdə olduğu müddətdə daha da radikallaşan R.Axundzadənin islah olunması ilə bağlı heç bir addım atılmayıb.

Əsas suallar isə bunlardır:

Birincisi, Ruhullah Axundzadə kimlərin tapşırığı ilə və yaxud nəyin müqabilində güzəştli şəraitdə saxlanılıb?

İkincisi, onu əfv sərəncamına kim və necə saldırıb? Adətən məhkumun vaxtından əvvəl azadlığa çıxması proseduru belə həyata keçirilir ki, müəssisə rəhbəri təqdimat yazır, Penitensiar Xidmət isə həmin təqdimatı tədiqləyir. İndi araşdırılsın görək, müəssisə rəhbəri hansı səbəblərə və nə üçün hesab edib ki, R.Axundzadə azadlığa çıxmalıdır? Eləcə də Penitensiar Xidmət R.Axundzadənin azadlığa çıxması ilə bağlı təqdimatı hansı səbəbdən təsdiq etdiyinə aydınlıq gətirməlidir. Halbuki müəssisə rəhbəri Penitensiar Xidmətin icazəsi olmadan təqdimat da yaza bilməzdi. Deməli...

Həbsdə olduğu müddətdə R.Axundzadə islah olunmamışdı. Onun azadlığa çıxması və nəticələri ilə bağlı situasiya düzgün şəkildə təhlil olunmalı idi. Görünür, buna vaxt və imkan tapa bilməyiblər. Ona görə də hazırda R.Axundzadə, onun kürəkəni T.İbrahimbəyli və digərləri ölkəmiz əleyhinə daha radikal fürsət imkanı qazanıblar.

Müəllif: Samir Feyruzov

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR