Gürcüstanda azərbaycanlılara vəzifə vermirlər - Günah kimindir?

27 aprel, 2023 13:22

Prokurorluq-məhkəmə sistemində, nazirliklərdə ermənilər daha çox işlədiyi halda soydaşlarımız yüksək postlara qaldırılmır; Natiq Cəfərli: “Əsas səbəb dil öyrənməmək və hərbi xidmətdən yayınmaqdır, amma son vaxtlar irəliləyiş var”

Gürcüstanın keçmiş azərbaycanlı millət vəkili, Gürcüstan Naminə Siyasi Partiya  və Gürcüstan Azərbaycanlıları Beynəlxalq Şurasının sədri Fazil Əliyev maraqlı bir statistika açıqlayıb. “Yeni Müsavat”ın məlumatına görə, o, Gürcüstanda milli tərkibə görə dövlət vəzifələrində çalışanların arasında türklərin (Azərbaycan türklərinin) ən az göstəriciyə malik olduğunu bildirib. Belə ki, prokurorluq orqanlarında erməni 40 nəfər, kürd 25 nəfər çalışdığı halda, 1 nəfər də olsun türkün işləmədiyi iddia olunub. Məhkəmə sistemində də eynilə, 25 erməni, 15 kürd işlədiyi halda, 1 nəfər türk çalışmır. Prezident Aparatında isə 3 erməni çalışdığı halda, 1 nəfər də olsun türk yoxdur. F.Əliyev nazirliklərdə də oxşar vəziyyətin olduğunu bildirib. Həmçinin iş adamları arasında da böyük biznesi olan, milyarder olan 1 nəfər türkün olmadığını qeyd edib. O, həmçinin dini məsələdə Gürcüstandakı soydaşlarımıza təsirlərin çox olmasına, fars rejiminin təsirlərinin artdığına dair həyəcan təbili çalıb.

Gürcüstandakı soydaşlarımız niyə dövlət orqanlarında vəzifələrə aparılmırlar? Bu bir siyasətdir, yoxsa soydaşlarımız özləri dil öyrənib, vəzifələrə getmirlər? Özümüzün də günahımız varmı? Amma bəzi nümunələr gətirmək də olar. Misal üçün, hakim “Gürcü Arzusu” partiyası Qadınlar Təşkilatında İdarə Heyətində Nigar Orucova Gürcüstanın azərbaycanlı icmasını təmsil edir.

REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a qeyd etdi ki, burada düzəlişə ehtiyac var. Onun sözlərinə görə, Gürcüstanda dövlət orqanları bələdiyyə və parlament də sayılır: “Ona görə hər ikisində azərbaycanlılar var. Hətta yerli özünüidarəetmədə azərbaycanlı rəhbər də var. Buna misal kimi Marneuli rayonunu göstərmək olar. Amma hüquq-mühafizə sistemində azərbaycanlılar azdır. Yəni polis, prokurorluq, məhkəmə sistemində vəzifə daşımırlar. Buna da əsas səbəb dil məsələsidir. Soydaşlarımız yeni-yeni gürcü dilini öyrənməyə həvəs göstərirlər. Əvvəl dil öyrənməyə maraq yox idi. İndi isə yeni nəsil gürcü dilini bilir. Çünki qabaq azərbaycanlılar kənd təsərrüfatı ilə məşğul olurdular deyə dil öyrənməyə həvəsli deyildilər”.

N.Cəfərli hüquq-mühafizə orqanlarında azərbaycanlıların az olmasının ikinci səbəbi kimi hərbi xidmət keçməyi göstərir: “Açığı, bizimkilər orduda xidmətdən əsasən yayınırdılar. Rusiya və ya Azərbaycanda olaraq hərbi xidmətə getmirdilər. Bu da hüquq-mühafizə sistemində işləməyə mane olur. Amma burada da müəyyən irəliləyiş var. Son vaxtlar Gürcüstanda azərbaycanlılar orduda xidmətə başlayıblar. Hətta dövlətin mükafat verdiyi azərbaycanlı zabit və əsgərlər var. Sadəcə, biz gecikmişik. Bunu çoxdan başlamaq lazım idi. Amma yavaş-yavaş irəliləyiş var. Yəni günahı özümüzdə daha çox axtarmalıyıq, Gürcüstan hakimiyyətini ittiham etmək olmaz. Əksinə, azərbaycanlılara ermənilərdən fərqli olaraq, daha çox simpatiya bəslənir. Çünki Cavaxetiyada ermənilərin ərazi iddiaları var və bu da gürcülərin xoşuna gəlmir”.

07 oktyabr

11:09 - "Neftin qiyməti 200 dollar olacaq" - "Financial Times"11:06 - Azad edilmiş ərazilərimizdə 32 kütləvi məzarlıq tapılıb11:05 - Azərbaycanı təhqir edən hesablar bağlanmalıdır

01 oktyabr

09:52 - Qondarma rejimin "televiziyası" bağlandı09:45 - Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb - Ölkədə ixtisar müəmması davam edir

29 sentyabr

19:07 - Döyüşdə iştirak edən hərbçilərə ikiqat ödəniş müddəası çıxarılır

27 sentyabr

17:24 - "Onun arvadını hamı tanıyır" - Zaxarova17:14 - Azərbaycana qarşı kampaniyaya qoşulan türkiyəli professor üzr istədi17:11 - ABŞ-nin daha bir məxfi silahı İranın əlinə keçdi17:09 - Husilərə görə Ər-Riyadda məktəblər bağlandı

21 sentyabr

13:05 - Veysəloğlu Şirkətlər Qrupu Qarabağda təhsilin inkişafına dəstək verəcək - FOTOLAR11:22 - Təhsildəki mafiya - Bu dəfə 3 milyonluq olimpiada biznesini araşdırdıq11:18 - Azərbaycana yük gətirib, yük aparan ölkələrin siyahısı

14 sentyabr

13:55 - Polşa da müharibəyə cəlb olunur? 13:43 - İranda minlərlə insan ölkənin müdafiəsinə qoşulur13:28 - İrəvan Azərbaycan qazından asılı qalacaq13:25 - Vüsal Şilderin qətli ilə bağlı məhkəmə başladı

09 sentyabr

11:21 - Avropanın yeni sağını kim formalaşdırır: Tramp, Bannon və İsrail detalı gündəmdə - "Milliyet"11:16 - İran F-35-lərin olduğu bazanı vurdu 11:14 - "Paşinyan qorxduğu üçün..." - Zatulindən açıqlama

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR