Avropanın Azərbaycana ehtiyacı varmı? - Rəqəmlər...

01 may, 2023 15:46

Ukrayna ilə Rusiya arasında gedən müharibə Avropanın qaz təchizatında ciddi problemlərə səbəb olub. Müharibədən əvvəl Avropanın əsas qaz tədarükçülərindən biri hesab edilən Rusiyanın mavi yanacağının Avropa İttifaqına satışında xeyli azalma müşahidə edilir.

Rəsmi məlumata görə, ötən il Rusiya Avropaya 61 milyard kub metr qaz tədarük edib. Müqayisə üçün qeyd edək ki, 2021-ci ildə "Qazprom"un Avropa İttifaqına tədarükü 146 milyard kub metr təşkil edib. Ekspertlərin fikrincə, "Qazprom"un Avropaya ixracı bundan sonrakı ildə 20-30 milyard kub metrədək aşağı düşə bilər.  Tədarük edilən qazın həcminin azalması Rusiyanın ixrac gəlirlərinin, dövlət büdcəsinə daxilolmaların azalmasına gətirib çıxarır.  

Belə ki, 2023-cü ilin birinci rübünün sonunda Rusiyanın federal büdcə kəsiri 4 trilyon rubl təşkil edib. Bu zaman 2023-cü il üçün büdcə kəsirinin 2, 9 trilyon rubl olacağı nəzərdə tutulub. "Köhnə qitə"nin qaz bazarında Rusiyanın mövqeyinin zəifləməsi fonunda Avropa ölkələri alternativ mənbələr axtarmağa başlayıb. 

Belə olan halda bütün diqqətlər Avropa İttifaqının strateji tərəfdaşı hesab edilən Azərbaycana yönəlib və Bakının qaz bazarındakı rolu önə çıxıb. Təsadüfi deyil ki, artıq Azərbaycan Avropanın qaz təminatçılarından birinə çevrilib. Ötən həftələrdə Azərbaycan Bolqarıstanın paytaxtı Sofiyada Avropaya əlavə qazın tədarükü üçün ötürücü sistem operatoru ilə razılaşma memorandumu imzalayıb. 

“Həmrəylik halqası” adlandırılan əlavə qaz tədarükü Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın təkmilləşdirilmiş ötürücü şəbəkə sistemləri vasitəsilə həyata keçiriləcək. Prezident İlham Əliyev çıxışında bildirib ki, bununla bərabər Azərbaycan yaxın zamanda Avropanın 10 ölkəsinə qaz tədarük etmiş olacaq.  

"Bu gün Azərbaycan qazı Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, bu ildən isə həm də Rumıniyaya ixrac edilir. Bu ilin sonuna bütün zəruri birləşdirici boru kəmərlərinin mövcud olacağı şərtilə biz Macarıstana və Slovakiyaya qaz tədarükünü başlamağı planlaşdırırıq. 

Biz Albaniya ilə yerli qazpaylayıcı sisteminin inşası barədə danışıqlar aparırıq, çünki Cənub Qaz Dəhlizi Albaniyanın ərazisindən keçir. Biz həmçinin "həmrəylik zəncirinin" üzvü kimi Slovakiya ilə də danışıqlar aparırıq. Əminəm ki, Slovakiya da həmçinin tezliklə bizim energetika sahəsində tərəfdaşımız olacaq. Biz öz qaz tədarükümüzün coğrafiyasını ən azı 6 ölkədən 10 ölkəyədək genişləndirəcəyik. Bizim Avropanın qaz bazarında iştirakımız daha da çox olacaq", - deyə dövlət başçısı vurğulayıb.

Məlumat üçün bildirək ki, təşəbbüsün ümumi investisiya dəyəri 730 milyon avro (804 milyon dollar) olacaq. 

Rəsmi statistikaya görə, Azərbaycanın qaza daxili ehtiyacı təxminən 13 milyard kubmetr təşkil edir. Keçən il Azərbaycan 35 milyard kubmetr qaz hasil edib, onun təxminən 13 milyard kubmetri daxili bazara yönəldilib, qalan 22 milyard kubmetri isə ixrac olunub. 

Bununla da Prezident İlham Əliyevin "gələcək üçün yol xəritəsi" adlandırdığı Avropa İttifaqı ilə keçən il imzalanmış enerji memorandumuna əsasən, Azərbaycandan Avropaya qaz nəqlinin həcmi yaxın illərdə 20 milyard kubmetrə çatdırılmalıdır. 

31 dekabr 2020-ci il tarixindən etibarən Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) yekun seqmentini təşkil edən Trans Adriatik Boru Kəməri (TAP) vasitəsilə Avropaya təbii qaz tədarük edir. TAP Türkiyə-Yunanıstan sərhədindən başlayır və Yunanıstan, Albaniyadan keçməklə 773 kilometr quru və 105 kilometr dəniz marşrutları ilə İtaliyadakı son məntəqəyə doğru uzanır. 

Üç seqmentli boru kəməri yeddi ölkəni və altı tənzimləmə sistemini əhatə edir. Boru kəmərinin ilkin 16 milyard kubmetr illik nəql həcmi müvafiq olaraq 6 milyard kubmetr və 10 milyard kubmetr olan Türkiyə və Avropa arasında bölüşdürülür. Azərbaycanın əsas təbii qaz mənbəyi təxmin edilən 1,2 trilyon kubmetr təsdiqlənmiş ehtiyata malik dənizdəki Şahdəniz yatağıdır. 

Hazırda Azərbaycandan gündəlik qaz ixracının ən böyük payı Avropa bazarının payına düşür. Avropalı istehlakçılara sutkada təqribən 27 milyon kubmetr Azərbaycan qazı verilir. 2023-cü ildən başlayaraq Azərbaycanın Aİ-yə ildə 12 milyard kubmetr qaz tədarük edəcəyi gözlənilir. 2027-ci ilə qədər qaz tədarükünün ümumi həcminin ildə 20 milyard kubmetrə çatacağı proqnozlaşdırılır. 

Nəticə olaraq qeyd edə bilərik ki, Azərbaycanın Avropa qaz bazarında payı ötən illərlə müqayisədə 6,9% artıb. Bunun növbəti illərdə daha da artacağı gözlənilir. Beləliklə, Prezidentin də dediyi kimi, Azərbaycan Avrasiyanın enerji xəritəsini yenidən cızır.(modern.az).

17 avqust

12:03 - "Türkiyəni satın alaram" deyən iş adamı həbs edildi - Evindən narkotik tapıldı12:00 - Ermənistan Azərbaycana 17 milyon dollar ödədi

13 avqust

17:56 - Avtomobil idxalı kəskin azaldı, qiymətlər isə artdı

10 avqust

19:43 - "Avropa Rusiyadan qaz idxalını artırır" - "Welt am Sonntag"19:37 - "Azərbaycan bizə kömək oldu" - Pezeşkian19:35 - 10 milyon dövriyyəsi olan mərc şəbəkəsi ifşa edildi - VIDEO

03 avqust

11:52 - Kimin evində varsa, varlanacaq - Heç belə qiymətə olmamışdı11:49 - Azərbaycan ən güclü hərbi donanmaya sahib olub - "Forbes"11:46 - Azərbaycan Rusiyadan kibrit idxalını artırıb - Qiymət 21% bahalaşıb

30 iyul

11:35 - Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə şəhid övladları üçün keçirilən "Zəfər" Amerika Yay Düşərgəsi uğurla başa çadı - FOTOLAR

13 iyul

13:08 - Hakan Fidanın müqayisəsi təəccüblüdür - İran XİN13:06 - Azərbaycanın potensial daxili riskləri yoxdur13:04 - "Etibar Pirverdiyevin mənə qəzəbinin səbəbini bilmirəm"

01 iyul

20:13 - Tramp Türkiyədən nə istəyir? - CNN20:09 - Kiyev "İsgəndər"lə vuruldu20:07 - Azərbaycanlılar ən çox bu ölkələrin vətəndaşları ilə evlənir20:05 - Prezident ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib - FOTO

25 iyun

19:16 - "ABŞ memorandumun iki bəndini pozub" - İran

19 iyun

11:29 - "Veysəloğlu" nümayəndə heyəti "Şölen"in Qaziantepdəki yeni zavodunun açılışında iştirak edib

16 iyun

17:17 - Veysəloğlu Şirkətlər Qrupu "Süni Zəka Dövründə Liderlik" mövzusunda forum keçirib - FOTOLAR

12 iyun

14:14 - Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub - FOTO

06 iyun

19:24 - "Ermənistan Rusiyasız mövcud ola bilməz" - Samvel Ayvazyan19:20 - "Azərbaycanda sülh sazişi imazalanmalı, Türkiyə ilə sərhəd açılmalıdır"19:17 - Azərbaycanda bank rəhbərləri nə qədər qazanır: İllik 20 milyonu keçir - SİYAHI19:15 - Paşinyanın partiyası seçkilərdə qalib gəldi

30 may

13:27 - Neft bazarında kəskin eniş - Bakı neftinin qiyməti belə dəyişdi13:23 - İranın Trampdan tələb etdiyi şərt..13:20 - Rusiyanın Ermənistandakı səfiri Moskvaya çağırıldı

18 may

19:12 - "Araz" supermarketlər şəbəkəsi yeni nəsil Tədarükçü Əməkdaşlıq Platformasını təqdim edib - FOTOLAR

16 may

18:42 - Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI